The document has moved here.
|
||
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Ermənistanda gözlənilən baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi. 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı”. Bu sözləri Xeber365.com-a dünən Ermənistanda keçirilən parlament seçkilərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, keçirilən seçkilərin bir çox pərdəarxası məqamları olub: "İstədikləri nəticəni əldə etdilər. Prezident Serj Sarkisyanı sərt tənqid edən hər iki müxalif blok parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyaları düşdülər. Bu, o deməkdir ki, seçki saxtakarlığından istifadə olunub. Seçiciləri pulla ələ alıblar. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir". Elxan Şahinoğlu seçkilərin nəticəsinin gələcəkdə Ermənistana təsirindən danışıb: "İnanmıram ki, Ermənistan cəmiyyətinin əksəriyyəti indiki hakimiyyətə səs verib. 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda indiki klan “seçki yoluyla” hakimiyyətdən gedən deyil. Əlbəttə, Ermənistan müxalifəti seçki nəticələrinə hansısa formada etiraz edəcək. Ancaq bunun ümumi nəticəyə təsiri olmayacaq. Sarkisyan prezident seçkisində onlarla vətəndaşını gülləbaran etmişdi. İndi də lazım gəlsə yenə vətəndaşlarının qanını tökər, ancaq geri addım atmaz". Politoloq seçkilərin nəticəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsiri olmayacağını deyib: "Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəliləyişin olmayacağının işarəsidir. İşğal davam edəcək və Sarkisyan əvvəlki kimi status-kvonu uzatmağa çalışacaq. Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir..." |
||
|
||
Sarkisyan, ermənilərin, qanını, tökər,, amma, geri, çəkilməz, –, POLİTOLOQ, |
|