Xəbər haqqında
06 Yanvar 2018 - Şənbə 14:17 554 nəfər oxuyub
 
Sevgi vardır ki, bahardan bizə güllər gətirir... - Müşfiq - VİDEO
YARADICI Xəbəri
Sevgi vardır ki, bahardan bizə güllər gətirir... - Müşfiq - VİDEO

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanlarından olan şair Mikayıl Müşfiqin anım  günüdür.

 

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də  Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundan olub. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. 

 

Похожее изображение

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.

 

1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları nəşr edilmişdir. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

 

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. O, həm də tərcümə ilə də məşğul olmuş, A.S.Puşkin, M.Y.Lermontov, S.Y.Marşak, T.Şevçenko, Ö.Xəyyam və başqa şairlərin irsindən nümunələri Azərbaycan dilinə çevirib.

 

Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib.

 

Картинки по запросу mikayıl müşfiq

 

Xeber365.com şairin anım günündə oxuculara onun şeirlərindən birini  təqdim edir: 

 

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

 

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

 

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

 

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

 

 

Mənbə: Müəllif:
Sevgi, vardır, ki,, bahardan, bizə, güllər, gətirir..., -, Müşfiq, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı