The document has moved here.
|
||
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Cazibəli, sehirli, cəsarətli qadın…
Cazibəli və sehirli qadındır. Ona “gələcəyin Sezen Aksusu” da deyirlər. Özünün yazdığı və oxuduğu sakit, kədərli mahnılarla qısa bir vaxtda dinləyicilərini tapdı, məşhurlaşdı. Ancaq mahnıları və qeyri-adi geyim tərziylə gündəmə gəlir, məsafəni qoruyur. Zəhmətkeşdir.
Həm də xarakterli və cəsarətli… 36 yaşlı Sıla xarakterini və cəsarətini 15 iyulda Türkiyədə baş verən çevrilişə cəhddən sonra Ankarada “Demokratiya və şəhidlər” mitinqi haqqında söylədikləriylə göstərdi. Dedi ki, çevrilişlərə qarşıyam, amma belə bir şounun içində olmayacam. Bunu dediyinə görə də ölkənin iqtidar mediasının hədəfinə çevrildi. Sözünün arxasında durduğuna görə isə, ard-arda konsertlərini ləğv elədilər. Bu da azmış kimi onun haqqında “xalqı kin və düşmənçiliyə təhrik etmək və aşağılamaq” iddiası ilə ittiham irəli sürdülər. Ancaq o, yenə susmadı, dedi ki, demokratiya fərqli fikirlərə sayğı duymağın, fərqli insanlarla çiyin-çiyinə yaşamağı bacarmağın adıdır.
Azərbaycanda da dinlənilən, sevilən Sılanın bu fikirləri ona qarşı sevgi və rəğbəti daha da artırdı. Biz isə bu cazibəli və cəsarətli müğənnini sizə daha yaxından tanıtmaq istəyirik… 5 yaşımda da beləydi, 15 yaşımda da, indi də…
İzmirliyəm, Dənizlidə doğulmuşam. Ailənin tək uşağıyam. Anam əczaçıdır, atam isə mühəndis. Ailəmizdə musiqiçi yoxdur, amma atamın yaxşı musiqi duyumu və səsi var. Pianonun arxasına keçsə, eşitdiyi musiqini asanlıqla çala bilər. Deyir, atama çəkmişəm, yəqin.
“Dəcəl uşaq olmuşam. Amma çox sakit görünmüşəm həmişə. “Suyun lal axanı” tipindən yəni. Anam arxa dişlərini mənə hirsindən sıxaraq qırdığını deyir. Uşaqlıqdan bir xəyalım olub: səhnədə öz mahnılarını oxuyan yaxşı bir müğənni olmaq. Elə balacalığımdan bəri qəribə bir şəkildə öz mahnılarımla bir yerdə olmağıydı niyyətim. 5 yaşımda da beləydi, 15 yaşımda da, indi də…”
İlk sevgim mənə “Qırıq güzgü” adlı o bəstəni yazdıran adamıydı
İçimdən musiqidən başqa heç nə keçmirdi. Bir də ədəbiyyata çox bağlıydım. İndi də düşünəndə görürəm ki, müğənni olmasaydım, yazar olardım, yəqin ki. Mahnı oxumağa başlayanda çox balacaydım, neçə yaşımda olduğumu belə xatırlamıram. İlk musiqimi 11 yaşında bəstələmişdim.
İlk sevgimi xatırlamıram, amma 11 yaşında mənə “Qırıq güzgü” adlı o bəstəni yazdıran adamıydı, yəqin ki. Sevgi nəğməsiydi. Yadımdan çıxıb, sinifdə kiməsə vurulmuşdum, yoxsa məhəllədən birinə. Sonra o musiqiyə söz də yazdım.
İlk məğlubiyyətimlə necə baş edəcəyimi bilmirdim…
Konservatoriyaya qəbul olunmaq üçün imtahanlara getdim, amma qəbul olunmadım. O qorxunc xəbəri aldığım günü yaxşı xatırlayıram. Evə gəldim, paltarlı, ayaqqabılı vannaya girdim, eləcə oturdum. Yaşadığım xəyal qırıqlığını ifadə etmək çox çətindir. 18 yaşım var idi və ilk məğlubiyyətimlə necə baş edəcəyimi bilmirdim. “Musiqini atıram” dedim. Onsuz da univerisitetə qəbul olunmuşdum. Fransız dili və ədəbiyyatı fakültəsində oxumağa başladım, amma bir il dözə bildim. İstəsəm də, musiqidən qaça bilmirdim. Sonrası da məlumdur…
Uşaq vaxtından özümü gözəl hesab etmirəm, amma elə bir kompleksim olmayıb, indi də yoxdur. Zahiri görünüşün ikinci planda olduğunu düşünmüşəm həmişə. Adamda əvvəlcə başqa xüsusiyyətlərin olmağı lazımdır. İşinizi yaxşı görürsünüzsə, uğurlusunuzsa, mənə çox gözəl görünürsünüz…
Mənim üçün xoşbəxtlik yeni bir mahnının doğulmasıdır
Fiziki olaraq ən çox gözlərimi bəyənirəm. Daha çox yeyib-içib kökəlməyən biri olmaq istəyərdim. Filinta (lüləsi qısa, kiçik tüfəng) kimi olmaq istəyərəm. Gərək həmişə belə şeylərdə diqqətli olam. Əslində, qoysalar, bir oturuma bir qazan makaronu yeyib-qurtara bilərəm. Amma öz-özümə “yeməyəcəksən” deyirəm və buna əməl edirəm.
Mənəvi olaraq isə səbrli və çalışqan olmağımdan xoşum gəlir. Qavrama qabiliyyətim də yaxşıdır. Özümdən tez çıxıram, bu, bir az pisdir. Amma əsəbim tez də keçir.
Mənim üçün xoşbəxtlik yeni bir mahnının doğulduğu andır. Elə tərifsiz bir hissdir ki, bu… Yaratmaq ən zəif nöqtəmdir mənim. Hər yerdə mahnı yazıram. Harda gəldisə, bu, anlıq bir şeydir. Elə bil beyninizdə bir işıq yanır, yaxud birdən bir cümlə qopur səndən. Evimin zalındakı divanın qırağında daha çox yazıram. Türkün ağlı hamamda işləyir deyirlər, duş vaxtı da birdən təb gəlir. Tualetdə olanda da nə isə zümzümə edirəm. Səyahət zamanı yazdığım da olur. Evdə tək olanda elə hey özümlə danışıram, səsli düşünürəm. Otağın bu başından-o başına gedib gələ-gələ danışıram, qulağıma xoş gələn sözləri qeyd edirəm. Bu, yanımda adam olanda edə biləcəyim şey deyil. Dəli könlümdən daha yaxşı mahnılar yazmaq və oxumaq keçir.
|
||
|
||
Sıla:, “Özümü, bu, ölkədə, yadplanetli, kimi, hiss, edirəm”, |
|