301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
21 Dekabr 2015 - Bazar ertəsi 14:46 1239 nəfər oxuyub
 
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
Başa düşmürəm. Şimali Koreyanı görəndən sonra suallarım daha da çoxaldı. Ora gedəndə müəyyən fərziyyələrim vardı. Hər şeydən əvvəl fikirləşirdim ki, orda qorxu, təzyiq sistemi hökm sürür və insanlar öz içlərində hər şeyi dərk eləyirlər. Amma yaxından tanış olandan sonra gördüm ki, insanlar nəinki dərk eləmirlər, hətta bu barədə düşünmürlər belə... Bir dəfə bir pələng təlimçisi ilə söhbət eləyirdim. O mənə başa saldı ki, pələng anadan olanda – sirkdə çıxış üçün nəzərdə tutulmuş pələng- ilk gündən elə tərbiyə edilir ki, pələng olduğunu bilmir. Yəni o böyüyür, caynaqları, dişləri, bığları uzanır, mırıldanır, nərildəyir, hoppanır, ancaq pələng olduğunu bilmir...
MÜSAHİBƏ Xəbəri
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib

Tanınmış rus rejissoru, seçdiyi mövzular, maraqlı baxış bucağı ilə məşhurlaşmış Vitali Manski “Günəşin şüaları altında” adlı növbəti sənədli filmi ilə festivalları fəth eləməyə başlayıb. “Günəşin şüaları altında”, Şimali Koreya Xalq Respublikasının paytaxtı Pxenyanda çəkilib və səkkiz yaşlı Zin Minin həyatından bəhs eləyir. KXDR-in Mədəniyyət Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərərək filmin nümayişinə qadağa qoyulmasını tələb eləyib. Səbəb? Rejissor, “The New Times” jurnalına müsahibəsində bu suala cavab verir.

 

 


- Şimali Koreya haqqında film çəkməyi sizə təklif etmişdilər, yoxsa öz qərarınız idi?

 

- Təbii ki, öz qərarım idi. Şimali Koreya məni həmişə maraqlandırıb, çünki “İnsanı necə əzmək olar? Ondakı əsas prinsipləri necə  məhv eləmək olar? Niyə insan tabe olmağa hazırdı?” kimi suallar məni hər zaman narahat edib.  Təbii ki, bu film təkcə Şimali Koreya haqqında və yalnız ona aid deyil. Mən “Koreya bu gün” jurnalını oxuyurdum,  acgözlüklə orda olan insanları sorğu-sual eləyirdim, daima ordan danışan videolara (az-çox nə varsa) baxırdım.  Bir dəfə şimali koreyalı məmurlarla tanış olmaq imkanı yarandı. Hər şey belə başladı.

 
- Çuçxe ölkəsinə ilk dəfə nə vaxt getdiniz?
(çuçxe- Şimali Koreya Milli Kommunist partiyasının dövlət ideologiyasıdır, Kim İr Sen tərəfindən “marksizm”ə qarşı hazırlanıb-xeber365.com)

 

- İlk tanışlıq səfərim 2013-cü ildə baş tutdu: mənə oranın necə gözəl ölkə olduğunu göstərdilər, axırda da qəhrəmanımı seçdim: məni nümunəvi bir məktəbə apardılar, direktorun kabinetinə beş balaca qız gətirdilər və dedilər: “Sizin beş dəqiqəniz var. Qızlarla tanış ola və xoşunuza gələni seçə bilərsiz”.  Sənədli filmin ssenarisi Uşaq İttifaqına, pionerə daxil olan qızdan bəhs eləyir. Ona çox vacib bir iş tapşırırlar – dünyanın ən böyük bayramında iştirak etmək. Qız, yoldaşları ilə birlikdə həmin bayrama uzun müddət hazırlaşır və sonda dünyanın ən nəhəng canlı rəsmini yaradan minlərlə insandan birinə çevrilir. Absolyut xoşbəxtliyi təsvir edən rəsm həmin vaxt artıq hazır idi, baxmayaraq ki, qəhrəmanımı hələ tapmamışdım. Mən Zin Mini seçdim. Çünki o, atasının jurnalist işlədiyini dedi. Mən də düşündüm ki, onun işi sayəsində haralarısa görə bilərəm. Anası haqqında isə dedi ki, zavod yeməkxanasında işləyir. Fikirləşdim ki, əladı, yeməkxana, insanlar yemək yeyirlər, bu da bir fakturadı.  Zin Mi vağzal yaxınlığında, birotaqlı mənzildə anası, atası, nənəsi və babası ilə yaşayırdı.

 

- Amma filmdə hər şey başqa cürdü: ata jurnalist deyil, yeməkxana da yoxdu, baba ilə nənə də...

 

- Təbii ki. Biz çəkiliş üçün gələndə ata möcüzəli şəkildə nümunəvi tikiş fabrikində mühəndisə çevrilmişdi, ana isə soya südü hazırlayan nümunəvi fabrikin əməkdaşına. Sonra da məlum oldu ki, onlar şəhərin düz mərkəzində yerləşən, pəncərəsindən fantastik mənzərə açılan möhtəşəm bir evdə yaşayırlar. Düzdü, evin parketini əvəz eləyən linoleum qayçı ilə kəsilib beton döşəmənin üzərinə sərilmişdi. Hətta plintusla döşəməyə bərkitməmişdilər belə. Mebel təzəcə gətirilmişdi, rəsmlər divara təzəcə asılmışdı. Mən şkafa baxmağa fürsət tapdım: o, boş idi, vannadan heç vaxt istifadə olunmamışdı, orda heç su da gəlmirdi. İşıq çəkilişlər zamanı yanırdı. Ümumiyyətlə, məndə belə bir hiss yarandı ki, binada heç kim yaşamır, lifti də filmin xatirinə işə salıblar. Amma bu binada, heç olmasa, üç blok açıq idi. Üzbəüz binanın isə- müşayiətçilərimin gözündən yayınmağa imkan tapanda oranı gəzdim- yerli-dibli girişi yox idi. Bununla belə axşamlar binanın pəncərələrində işıqlar yanırdı. Ancaq diqqətlə baxanda hamısında lampaların eyni olduğunu gördüm. Güman ki, hansısa sistem qurulmuşdu- axşamlar ümumi mənbədən işıq verilir və binada həyat olduğu təəssüratı yaradılırdı. Hərçənd orda heç kim yaşamırdı və bir dənə də girişi yox idi. Orda hər şey saxtaydı.
 
- Necə yəni? Sadəcə qutu idi?

 
- Hə.
 
- Bəs Zin Minin valideynləri? Onlar realdılar?

 
- Realdılar. Ailə albomlarına görmüşəm. Amma albomdakı şəkillər hansısa saxta bir fonda çəkilmişdi. Ya mebel salonunun fonunda çəkilmişdi, ya da jurnallardakı şəkillərə montaj edilmişdi.  Mən həmin fotoları qəsdən filmin əvvəlində göstərirəm. Orda bir müddət yaşayandan sonra anladım ki, Pxenyan- başdan-ayağa Stalin, Brejnev dövrünün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisidi, şəhərin bütün sakinləri isə eskponatdılar. Məsələn, hər yerdə yaşıl otlar var. Səhər saat altıda, ya da axşamlar işdən sonra üçqat əyilmiş adamlar orda pinsetlə alaqları qopardırlar. Yeri gəlmişkən, qəhrəmanımızın atasının, guya mühəndis işlədiyi nümunəvi tikiş fabrikində çəkiliş aparanda mən ayaqyoluna getmək istədim, ancaq qapını səhv saldım. Açdım və içəridə 150-ə yaxın çılpaq qadının duş aldığını gördüm. Gizlincə pəncərədən baxanda başa düşdüm ki, fabrikin ərazisində baraklar qurulub və fəhlələrin işə gəldiyi səhnə tamamilə saxtadı. Çünki onlar elə fabrikdə yaşayırlar.

 

 

Koreyalılar qəti əmindirlər ki, hardasa müharibə gedir, Şimali Koreya ordusu ordadı, cəbhə xətti var, əsgərlər həlak olur, dahi rəhbər isə onların övladlarının qayğısına qalır


 
- Belə saxtakarlıq eləməyin nə mənası var? Pxenyana əcnəbilər, demək olar ki, buraxılmır. Buraxılanda da, öz dediklərinə görə, əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət eləyirlər.

 
- Bilmirəm. Oktyabrın axırından aprelin əvvəlinə qədər ölkə, ümumiyyətlə, əcnəbilər üçün bağlanır: evlər ya kömürlə, ya da odunla qızdırılır. Pəncərələrdən çıxan boruların görüntüsü, çətin ki, cəlbedici olsun. Hazırda Şimali Koreyanın dünyada iki əsas partnyoru var: Çin və bu yaxınlarda yenidən Rusiya oldu. Rusiya Şimali Koreyaya ildə  500-ə yaxın viza alır. Mənim üç səfərim olub. Qrupda dörd nəfər vardı, bu, on iki viza eləyir. Hər il DİN, ya da Aleksandrov xoru gedir - bu da yüz viza. İndi hesablayın, görün, Rusiyadan oraya neçə adam gedir. Yəqin, Çindən gedən daha çoxdu. Bir də çox-çox məhdud sayda başqa əcnəbilər olur.
 
- Onda bu filmin çəkilməyinə niyə razılıq vermişdilər? Xüsusilə də rus rejissoruna.. Özü də üsyankar kimi ad çıxarmış bir rejissora...


- Ölkədə internet yoxdu, hardan biləydilər? Yəqin elə biliblər, bir halda ki, Rusiya onların dostudu, onda Rusiyada da qaydalar Şimali Koreyadakı kimidi, insanlar da ordakı kimi yaşayırlar. Üstəlik Rusiya Mədəniyyət Nazirliyi filmi rəsmi şəkildə dəstəkləyib, rejissor Manski də Putin haqqında filmlər çəkib. Bu məlumat onlara kifayət eləyib.

 

- Şimali Koreyaya neçə ekspedisiyanız oldu?


- İki. Hərçənd üç olmalıydı, amma girişi qadağan elədilər.
 
- Niyə? Sizin gizlincə film haqqında film çəkdiyinizi hiss elədilər?

 
- Onlar bunu nə başa düşürdülər, nə də görürdülər. Amma mənim, məsələn, oteldə pərdələrin arxasından çəkməyim xoşlarına gəlmirdi. Bir dəfə səs-küyə oyandım, pəncərəyə yaxınlaşdım və həddindən artıq fantastik bir mənzərə gördüm:  səhər saat altıda bütün meydan, səkilər insanlarla doludu. Kimisi sallağı oturub, kimisi arxasını yerə qoyub, kimisi nəsə çeynəyir, kimisi yatır, kimisi uzanıb- onları növbəti mitinqin məşqləri üçün gətirmişdilər. Təbii ki, dərhal kameranı qapdım və pəncərədən çəkməyə başladım. İki-üç dəqiqədən sonra qapı döyüldü: mənim otağımın sağında və solunda qalan müşayiətçilərim idi. Dedilər ki, pəncərədən aralanın, istəyirsiz, sizi bir də bura buraxmayaq? Filmdə qeyri-rəsmi çəkilən hər şey- avtobusda bir-birini itələyən insanlar, zibil çəlləklərinin yanındakı uşaqlar, talonla ərzaq alanların növbəsi – bunların hamısı ya pərdə arxasından, ya da hansısa dəlikdən çəkilib.

 

- Bəs bayırda gəzə bilirdiz?

 

- Yox, pasportlarımızı əlimizdən almışdılar. Onsuz küçəyə çıxmaq yasaq idi. Ancaq bir-iki dəfə müşayiətçilərimizi aldadıb oteldən qaçmışdıq.


- Mağazalara girmək imkanınız olmuşdu?
 
- Bir-iki dəfə univermaqda oldum. Orda gülməli vəziyyətlə qarşılaşdım. Birinci dəfə o univermağa məni müşayiətçilərim aparmışdılar. Gəzdim, baxım, hər şey çox ucuz idi. Bu, ilk səfərimdə olmuşdu. Onda nə baş verdiyini anlamamışdım. Üstəlik əcnəbilərin Şimali Koreya pulu gəzdirməyə ixtiyarları yoxdu, ona görə də heç nə almaq mümkün deyildi. Ancaq sonra bir qədər pul tapdım və bir-iki suvenir almaqdan ötrü müşayiətçilərimlə birlikdə univermağa getdim. İçəri girdim. Orda bir yığın gülməli dəftərçələr vardı. Satıcıdan üç dəftərçə istədim. Cavab: “Siz onları ala bilməzsiz”.  Sonra anladım: satıcılar, müştərilər, mallar... Ora əsl mağaza deyildi, sərgi idi. Növbəti dəfə – təbii ki, müşayiətçilərlə birlikdə - ərzaq mağazasına girdik. İçəridə 15-20 adam vardı, yuxarıdan-aşağıya qədər bütün rəflərə pomidor şirəsi qutuları düzülmüşdü. Qiymətini soruşdum. Müşayiətçim ənənəvi şəkildə cavab verdi: “Sonra deyərik”. Mən: “Yox, indi tərcümə eləyin”. Satıcı uzun-uzadı nəsə danışdı. Müşayiətçim mənə: “Qiymət kağızlarını hələ gətirməyiblər”. Mən: “Yaxşı. Bəs keçən həftə pomidor şirəsi neçəyə idi?” O, satıcının cavabını tərcümə elədi: “Tomat şirəsi satılmır”.

 

 

 

- Bəs çəkiliş qrupunuz harda yemək yeyirdi?


- Səhər yeməyini və naharı oteldə yeyirdik. Axşamlar, adətən, öz otaqlarımızda. Bir neçə dəfə səfirliyin mağazasından ərzaq almışdıq - konservləşdirilmiş sosiska-filan. Hərdən bizi valyuta ilə işləyən restorana aparırdılar: bir nahar-on avro. Baha deyil. Bizim üçün baha deyil. Bilirsiz, Pxenyanda 800 nəfər işçisi olan sənədli kino studiyasının baş ssenaristinin maaşı nə qədərdi? Onun maaşı ayda 75 sentə bərabərdi.

 

- Filminizdə bir səhnə var: bütün ailə- ana, ata və qız- üstü yeməklə dolu alçaq masanın ətrafına toplaşırlar. Əgər ölkədə bütün ərzaqlar talonla verilirsə, mağazalar sərgi salonlarıdısa, o yeməklər hardandı?


- O yeməkləri bizim yanımızda sellofana bükülü halda gətirdilər, açdılar, masaya düzdülər. Adamlar onlara toxunmağa qorxurdular. Müşayiətçilər onlara “yeyin, yeyin” deyirdilər. Adamlarsa onlara baxırdılar: doğrudan, yemək olar?

 

- Axı, yeganə malı pomidor şirəsi olan mağazaların anlamı nədi?


- Başa düşmürəm. Şimali Koreyanı görəndən sonra suallarım daha da çoxaldı. Ora gedəndə müəyyən fərziyyələrim vardı. Hər şeydən əvvəl fikirləşirdim ki, orda qorxu, təzyiq sistemi hökm sürür və insanlar öz içlərində hər şeyi dərk eləyirlər. Amma yaxından tanış olandan sonra gördüm ki, insanlar nəinki dərk eləmirlər, hətta bu barədə düşünmürlər belə... Bir dəfə  bir pələng təlimçisi ilə söhbət eləyirdim. O mənə başa saldı ki, pələng anadan olanda – sirkdə çıxış üçün nəzərdə tutulmuş pələng- ilk gündən elə tərbiyə edilir ki, pələng olduğunu bilmir. Yəni o böyüyür, caynaqları, dişləri, bığları uzanır,  mırıldanır, nərildəyir, hoppanır, ancaq pələng olduğunu bilmir... Bir nümunə göstərim. Metroda çəkiliş aparırdıq. Pxenyanda əcnəbi, yanında müşayiətçi olmadan metroya girə bilməz. Müşayiətçi ilə də yalnız iki stansiya gedə bilər. Yəni cəmi üç stansiyanı görmək imkanı var. Orda əcnəbilər üçün xüsusi marşrut var: metroya konkret stansiyada daxil olursan və konkret stansiyada ordan çıxırsan. Biz iki stansiyaya çəkilişi bitirə bilmədik və xahiş elədik ki, daha bir neçə stansiya getməyimizə icazə versinlər. Cavabında “qətiyyən olmaz” eşitdik. Bizə geri qayıdıb eyni stansiyalarda çəkməyi təklif elədilər. İzah elədim ki, geri qayıdanda vaqonda artıq başqa adamlar oturacaq.  Müşayiətçilər bunun problem olmadığını dedilər və vaqondakı sərnişinlərə əmr elədilər: “Qalxın və o biri qatara keçin”. Bütün vaqon ayağa qalxdı və əks istiqamətə qayıdan vaqona keçdi. Səssiz-səmirsiz, müzakirəsiz.

 

- Onlar gerçək sərnişinlər idilər?


- Mən hardan bilim?
 
- Siz demək istəyirsiz ki, Şimali Koreyada hər şey birmənalıdı? Hətta Stalin dövründə SSRİ-də də belə deyildi.

 
- Tamamilə. Orda insanlar valideynləri, valideynlərinin valideynləri hansı şərtlərdə yaşayıblarsa, həmin şərtlərdə doğulurlar. Onlar başqa bir həyatın mövcudluğundan xəbərsizdilər. Heç yerə getmirlər, internetləri yoxdu. Mənə elə gəlir ki, onların içində artıq qorxu da yoxdu. Dəhşət ondadı ki, bu, hansısa başqa bir mərhələdi, qorxudan sonra gəlir. Bilirsiz, bir ölkəni ifşa  və izah eləyən ən güclü şey onun televiziyasıdı. Təbii ki, Şimali Koreyada televiziya verilişlərini köçürmək qadağandı, amma biz özümüzlə xüsusi bir qurğu aparmışdıq: hər ehtimala qarşı sutkada 24 saat televiziya siqnalını sərt diskə yazırdıq. Deməli, orda cəmi iki kanal var. Reklam verilmir. Reklam fasilələrinin əvəzinə dahi rəhbərlər haqqında kliplər göstərilir. Kontent- ya rəhbərləri mədh eləyən verilişlər, ya da çuçxenin oxunması. Hətta bizim bildiyimiz xəbərlər proqramı da yoxdu.
 
- Sevgi filmləri də yoxdu?


- Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib.
 
- Bəs sizin qəhrəmanlar- qızın ata-anası öz münasibətlərini necəsə göstərmirdilər?


- Yox. Qətiyyən. Onlar vacib dövlət tapşırığını yerinə yetirirdilər: filmə çəkilirdilər.
 
- Yaxşı, tutaq ki. Amma ola bilməz ki, insanın ağlına gəlməsin: niyə filmdə masanın üstünə onların ömürləri boyu nəinki yemədikləri, hətta üzünü belə görmədikləri yeməklər düzülüb?

 
- Onlar bilirlər ki, pis yaşayırlar, çünki Birləşmiş Ştatlar onlara qarşıdı. Uşaqların pionerə qəbul olunması səhnəsini çəkəndə müşayiətçilər bizə yeddi-səkkiz yaşlı, hərbi forma geyinmiş uşaqları göstərdilər və “onların valideynləri müharibədə həlak olub,  onlar müharibə uşaqlarıdı” dedilər. Hansı müharibənin? Şimali Koreya axırıncı dəfə altmış il əvvəl müharibədə iştirak eləyib! Amma Ş.koreyalılar qəti əmindilər ki, hardasa müharibə gedir, Şimali Koreya ordusu ordadı, cəbhə xətti var, əsgərlər həlak olur, dahi rəhbər isə onların övladlarının qayğısına qalır. Onlar döyüşürlər, həqiqətən döyüşürlər.
 
- Onların qəzetləri necədi?


- Şimali Koreyada üç qəzet çıxır. Yeri gəlmişkən, onları ölkədən çıxartmaq və kağız kimi istifadə eləmək qadağandı.  Hə, qəzetlərin hamısı eyni sxem üzrə nəşr olunur. Birinci səhifə- rəhbərin böyük şəkli və kiçik mətn. İkinci səhifə- rəhbərin dörd şəkli və onlara uyğun kiçik mətnlər. Üçüncü səhifə- rəhbərin səkkiz şəkli. Bir qayda olaraq, hansısa ümumi fotolar olur. Dördüncü səhifə – ölkədə baş verənlər, lap küncdə isə – dünyada baş verənlər. Güclə seçilən ağ-qara fotolarla verilmiş xırda mətnlər: üsyanlar, fəlakətlər, təyyarə qəzaları haqqında xəbərlər. O qəzetləri almaqdan ötrü hər gün köşklərin qabağında növbələr yaranır.
 
- Demişdiz ki, çəkdiyiniz materialları hər gün təhvil verməliydiz. Bəs gizli çəkdiyiniz kadrları ordan necə çıxarda bildiz?


- Operator hər gün qarın ağrısından şikayətlənirdi və 20 dəqiqəlik ayaqyoluna girirdi. Orda, çəkilmiş materialı başqa yaddaş kartına köçürürdü. Düzünü desəm, yəqin ki, bu mənim ən çətin filmim oldu. Hərçənd çətinliklə başa gələn filmlərim az deyil. Amma bu, psixoloji baxımdan çox ağır idi. Sutkalarla nəzarət altında idik, ya işarələrlə danışırdıq, ya da dəhlizə çıxırdıq, çünki növbəti çəkilişi müzakirə eləməliydik. Hər gecə nömrənin qapısı qarşısında barrikada qururduq ki, gecə heç kim içəri girməsin, qapını bayırdan açmaq mümkün olmasın..

 

- Pxenyanda neçə gün çəkdiniz?


- 45. Hərçənd müqaviləyə görə 75 gün olmalı idi.

 

- Sonra nə baş verdi?


- Sonra ölkəyə girişimizə qadağa qoydular. Filmin Tallin kinofestivalında nümayiş olunacağından xəbər tutana qədər. Artıq bütün dünyada göstərildiyini bilmirdilər. Tallin festivalı haqqında eşidəndə geri qayıdıb filmi tamamlamağı təklif elədilər. Amma nə mənası vardı bunun? Bizim mədəniyyət nazirliyi də koreyalıların notasından sonra adının titrlərdən silinməyini istədi. Ki, çox qəribə və axmaq istəkdi. Çünki dünyanın, təxminən, 30-a yaxın böyük festivalında iştirak üçün göndərdiyimiz sorğular təsdilənib, bir neçə ölkə artıq filmi tv-də nümayiş üçün alıb, Avropanın bir neçə  ölkəsində isə prokata çıxacaq. Hazırda ortaqlarım filmin ABŞ-da prokata çıxması haqqında danışıqlar aparırlar.
 
- Bəs Rusiyada göstəriləcək?


- Məncə, Dmitri Kiselevin proqramı gedən vaxtda göstərilsəydi, yaxşı olardı. Amma televiziyalar mənə müraciət eləməyiblər. O ki qaldı kinoprokata, əvvəlcə prokat vəsiqəsi almaq lazımdı. Ümid eləyirəm, yazda bununla məşğul olacağıq.
 
- Filmə qayıdaq. Finalda balaca qız qəflətən hönkürüb ağlayır. Arxadan sizin səsiniz eşidilir. Zin Mi sizə cavab olaraq rəhbərə sadiqlik andını deklomasiya eləməyə başlayır. Orda nə baş vermişdi?

 

- Məncə, qız ona görə ağladı ki, üzərində böyük məsuliyyət hiss eləyirdi və bunun öhdəsindən gəlmədiyini fikirləşirdi. Onu seçiblər.  Ona görə seçiblər ki, ölkənin qüdrətini, gücünü, ona olan sədaqəti göstərsin. Qıza elə gəlir ki, ona ünvanlanan suala kifayət qədər yaxşı cavab verməyib. Buna görə özünü itirir və ağlayır. O deyir ki: “Mən başa düşmürəm, dahi rəhbərə minnətdarlığımı bildirmək üçün əlimdən gələn hər şeyi elədim, ya yox?”. Düşünəndə ki, yox, hər şeyi eləməyib, ağlamağa başlayır.

Tərcümə: Aygün Aslanlı

Mənbə: newtimes.ru

Mənbə: Müəllif: Aygün Aslanlı
Şimali, Koreya, kinosunun, tarixi, boyunca, heç, bir, filmdə, heç, vaxt, heç, kim, öpüşməyib,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı