Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 12:42 189 nəfər oxuyub
 
Siyasi təşkilatların “Cümhuriyyət ili” ilə bağlı planları
- Xəbəri
Siyasi təşkilatların “Cümhuriyyət ili” ilə bağlı planları

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Müsəlman şərqində və türk dünyasında ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənə ilə qeyd olunması üçün ölkəmizdə və dünyada hansı işlər görüləcək, cümhuriyyətin, onun dəyərlərinin təbliği ilə bağlı nə kimi planlar var?


Xeber365.com bu suallarla siyasi partiyalara müraciət edib.

 
“Müsavat” Partiyası: “Partiyamızın Divanı müsəlman şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin layiqincə qeyd edilməsi üçün tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə Müsavat Partiyasının başqanı Arif Hacılının sədrliyi ilə Təşkilat Komitəsinin yaradılıb. Layihədə Cümhuriyyətin 100 illiyi münasibətilə kütləvi tədbirlərlə yanaşı, yazı müsabiqəsinin, açıq şahmat və futbol turnirlərinin, elmi-praktik konfransların və sərgilərin keçirilməsi planlaşdırılır”.

 

Azərbaycan Demokratiya və Rifah - ADR Hərəkatı: “2018-ci ilin Cumhuüriyyət ilinə çevilməsi həm də 100 il bundan əvvəl bərqarar olmuş ADR-in ənənələrinin təzələnməsi, dəyərlərinin tətbiqi, ideyalarının gerçəkləşdirilməsi ilə yadda qalmalı,  ADR-i quranlara və onu yaşadanlara münasibətdə xüsusi anım tədbirləri həyata keçirilməlidir. Biz ADR Hərəkatı olarq bu istiqamətdə artıq ötən il qərar qəbul etmiş, təsdiqlədiyimiz tədbirlər planına uyğun olarar tədbirlər keçirməyə başlamışıq. Təbii bu qərar bizim kimi ictimai-siyasi təşkilatların da fəaliyyətinin aktivləşdirilməsi üçün əsaslar yaratmalıdır”.

 

Mənbə: Müəllif: XƏBƏR365
Siyasi, təşkilatların, “Cümhuriyyət, ili”, ilə, bağlı, planları,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı