301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
13 Aprel 2015 - Bazar ertəsi 09:18 1261 nəfər oxuyub
 
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
Birbaşa da olmasa, İrandakı rejimin mahiyyətinin dəyişə bilməsi haqqında ehtimal irəli sürürük. Ancaq bu, avtomatik olaraq dil, yaxud muxtariyyət haqqının verilməsi anlamına gəlməməlidir. O vaxt Amerika İranı vurandan sonra güneylilərin müstəqil olacağını deyəndə, mən bunun ordakı milli gücdən asılı olacağını söyləyirdim.
MÜSAHİBƏ Xəbəri
  “Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”

 

Aprelin 2-də Lozannada ABŞ başda olmaqla “Altılıq”la İran arasında əldə edilən anlaşma dünya siyasi arenasında daha çox müzakirə olunan məsələ sayılır. Xüsusən, neftin qiymətinin endiyi indiki dövrdə İran neftinin bazara çıxmasına qoyulan embarqonun götürülməsi və Rusiyaya qoyulan sanksiyalar nəticəsində zərər görən Qərb şirkətlərinin yeni bazar əldə edəcəkləri müzakirə mövzusudur.  Beləliklə, iqtisadi yeniliklərin dünyanın siyasi düzəninə təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Azərbaycanın İrandakı sabiq səfiri və keçmiş millət vəkili Nəsib Nəsibli ilə söhbətimizdə bu yöndə yaranan suallara cavab almağa çalışdıq.   

 
- Nəsib bəy, söhbətimizə tarixə ekskursla başlamaq istərdim. “Altılığ”ın İranla ilkin anlaşması baş tutanda 2013-cü ilin 23 sentyabrında Amerika prezidenti Obamanın İran İslam Respublikasının prezidenti Ruhaniyə telefon zəngini xatırladım. Həmin zəngi alanda Ruhani Nyu-Yorkun Kennedi hava limanındaydı, BMT-in toplantısına gəlibmiş. 1979-cu ildən sonra iki ölkənin prezidentləri arasında birbaşa danışıq olmamışdı və ötən müddətdə İran Amerikanı şeytan adlandırırdı. Paralel olaraq, 1985-ci ilin 19 noyabrında Cenevrədə Qorbaçov-Reyqan görüşünü də xatırladım. Həmin vaxt  da Reyqan SSRİ-ni şər imperiyası adlandırmışdı. Bu görüşdən sonra, tədricən, sovet imperiyasının çöküşünü gördük. İndi isə Amerika İranla bir masa arxasında oturur. Tarixi paralel baxımından Lozanna anlaşmasından gözləntiləriniz nədir?
- Sualınızda bir neçə maraqlı məqam var. Birinci, danışıqların gizli keçirilməsi və sonradan aşkarlanması. Bu, çoxdan olan məsələdir və ənənəsi də var. Orta əsrlərdən bəri gizli danışıqlar olub. İlk dəfə Amerika prezidenti Vudro Vilson bu məsələni qaldıranda, on dörd məşhur prinsipinə daxil edəndə dünya bunun inqilab olduğunu dedi. Necə yəni danışıqlar açıq keçirilsin, hamının xəbəri olsun. Sonralar daha çox açıq danışıqlara üstünlük verildi, ancaq bütün hallarda beynəlxalq münasibətlərin, əlaqələrin xeyli hissəsi bağlı qapılar arxasında qurulur və hətta bəzən 20-30 il heç kəsin xəbəri olmur. Bu, çox normal praktikadır. Anormal olanı İranın 36 il Amerika ilə düşmənçilik etməsidir. O mənada ki, İran Amerika səfirliyini mühasirəyə alıb diplomatlarını 444 gün zindanda saxladı. Yəni bu, anormal bir praktikadır. Çünki “elçiyə zaval olmaz” prinsipi var. Normal dövlətlərin hamısı buna riayət edir, ən azından, üzdə ona riayət etdiyini göstərir. Ancaq İran sanki “əlcək atdı” və düşmən olduğunu dedi, bu günə qədər də “Amerikaya ölüm!” deyirdi.
- Bəs bundan sonra da deyəcəkmi?
- Gələk o məsələyə. Aprelin 2-də Lozannada çərçivə anlaşması imzalandı. Hələ iyunun 30-na qədər bu anlaşmanın detalları razılaşdırılmalı və son müqavilə imzalanmalıdır. Aprelin 2-dən bu yana İran hökuməti tarixi qələbə qazandıqlarını deyir.
- Hətta xarici işlər naziri Zərifi Tehranda alqışlarla qarşıladılar...
- Bəli. Bu məsələyə bir neçə tərəfdən yanaşmaq olar. Bir, İran totalitar və teokratik rejimdir. Biri var xalq üçün verilən mesajlar, biri də var məsələnin mahiyyətini əks etdirən məqamlar. Bax, “nəhayət, qalib gəldik” mesajı xalqa verilmişdi. Hadisənin məntiqi də odur ki, Tehran atom enerjisindən dinc məqsədlər üçün istifadə edəcəklərini söyləyirdi və “Qərbi bizə inanmağa məcbur etdik” deyə bəyan edirdilər. Ancaq belə deyil. Əhalinin bir hissəsi də həqiqətən sevindi. Səbəbini deyim. Xatırlayırsınızsa, bir neçə il əvvəl yerli və xarici mətbuat tez-tez İranın filan ayda vurulacağı barədə informasiyalar yayır və bu xəbərlərə şərhlər verirdi. Çox ciddi təhlükə vardı. Hətta Azərbaycan rəsmiləri deyirdi ki, vəziyyətin bu həddə gəlməsini istəmirlər, çünki 100 minlərlə insan bura köçməyə məcbur olacaq. İnsanlar da müharibənin sovuşmasına sevindi. Onları da anlamaq lazımdır. Məsələnin digər tərəfi İrana qoyulan təhrimlər, embarqo, yaxud məhdudiyyətlərlə bağlıdır. Embarqo İran iqtisadiyyatını çökmək həddinə gətirib. Məsələ yalnız tümənin dollara nisbətdə məzənnəsinin dəyişməsi, bahalığın, inflyasiyanın olması yox, insanların sabaha ümidlərini itirməsi idi. Ən vacib məqam bu idi. Söhbət iqtisadi ümidlərdən gedir, çünki İran neftini sata bilmirdi. Satılan neft də orta əsrlərdə olduğu kimi natura qaydasında olurdu. Səbəb də İran banklarının dünya bank sistemindən çıxarılması idi. Halbuki Afrikanın yeni müstəqillik qazanmış ölkəsi də maliyyə işlərini banklar vasitəsilə həll edir. İndiki zamanda milyonlarla pulu çamadana doldurub apara bilməzsən. Xatırlayırsınızsa, müğənni Ebru Gündəşin əri, təbrizli Rza Zərrab Türkiyədə buna görə həbs olundu. İkinci, İran iqtisadi və sosial çətinliyə düçar olduğundan  sosial təbəqələr öz narazılıqlarını ifadə edirdi və proses siyasi müstəviyə keçə bilərdi.
- Ancaq prezident Ruhaninin iki minnətdarlığı oldu- ali dini rəhbər Xamneyiyə və xalqa...
- Əslində, rəsmi şəxslərin sevinməsi də məntiqlidir. Bu, təkcə onların övladlarının Avropada təhsil almaları deyil. Əsas odur ki, iqtisadi embarqo İran hakimiyyətini də çətin vəziyyətə salmışdı. Dövlətin büdcəsi boşalmışdı, on illərlə yığdıqları rezervlər tükənirdi.
- Bəs bunlar rəsmi rəqəmlərlə etiraf olunurdumu?
- Əlbəttə. İslam Şura Məclisinin nümayəndələrindən biri deyirdi ki, bu günə qədər məhdudiyyətlərə gətirən siyasətin müəllifləri məhkəmə qarşısında dayanmalıdır. Yəni İran bu günə qədər səhv yol tutub.
- Mollalar məhkəmə qarşısında dayanmalıdır?
- Bəli, onu deyirdi. Hətta bəziləri deyirdi ki, 200 milyard nüvə araşdırmalarına - özü də hərbi istiqamətdə - pul xərclənib, bunlar gərəksiz idi. Bax, bu barədə danışırdılar.
- Ancaq bəzi detallara varmağımız gərək. İsrail anlaşmanın əleyhinədir, Türkiyə məmnun deyil, İrandakı mühafizəkarlar çox sərt yanaşma sərgiləyirlər, o cümlədən, Amerikadakı respublikaçılar. Bütün bunların fonunda iyunda anlaşma baş tutacaqmı?
- Dediyim kimi, İran rəsmiləri sevinclərini, sonra da şübhələrini ifadə etdilər. Rəhbər Xamneyi dedi ki, mən buna nə müxalifəm, nə də rəy verirəm. Amma rəhbər Xamneyinin razılığı olmadan prezident də danışıqlara gedə bilməzdi. Çünki ölkənin başında Ayətullah Xamneyi durur. İranda prezident Fransada olduğu kimi baş nazir funksiyasını belə daşımır.
- Amma Ruhani də sıradan biri deyil. İlk dəfə İranda Xomeyniyə İmam titulunun verilməsi təklifini ayətullahın oğlu Mustafanın dəfnində o verib.
- Ruhani çox nüfuzlu şəxslərdən biridir və onun İran siyasətindəki çəkisini azaltmıram. Ancaq onun məqamı ilə rəhbərin məqamı arasında böyük uçurum var. Yəni prezident bu cür məsələlərdə fikir bildirməzdən əvvəl rəhbərin nə deyəcəyinə baxır və heç vaxt ona zidd fikir bildirməz. Qayıdaq sualınıza. Mühafizəkarlar narazıdır, çünki illərlə “niyə İsrailin, ABŞ-ın nüvə silahı var, bizim olmasın” söyləyib geri çəkilməyəcəklərini deyirdilər. Narazı tərəflərdən biri İsraildir və fəal şəkildə mane də oldu. Çünki anlaşmanın İrana bir müddətdən sonra nüvə proqramına qayıtmağa imkan verəcəyini deyir.  Baş nazir Netanyahu ABŞ Konqresində forma baxımından yaxşı bir çıxış da etdi. Hətta bir dəfə onun çıxışına o qədər əl çaldılar ki, Amerika qəzetləri “heç Obamanın çıxışına bu qədər əl çalmırlar” deyə yazdılar. Beləliklə, İsrail, yəhudi lobbisi və arxasınca Konqresdə çoxluqda olan respublikaçılar narazıdır. Bunları ona görə xatırlatdım ki, qarşıdakı 3 ayda öz şübhələrinə cavab ala bilməsələr, anlaşmanın Konqresdən keçməsinə imkan verməyəcəklər.
- Bəs ehtimalınız nədən ibarətdir: cavab ala biləcəklərmi?
- Heç kəs indidən nəsə deyə bilməz. Vəziyyət çox mürəkkəbdir. Baxın, Xamneyi dedi ki, anlaşmanın detallarını və onlara nə qədər riayət olunacağını bilməyincə son fikrini deməyəcək. Hərçənd hər şeyi bilir. Nəzərə alın ki, bu məsələdə Qərbin yanında Çin və Rusiya da var.
- Ancaq Rusiya anlaşmadan məmnun deyil...
- Çünki Rusiya İranın atom dövlətinə çevilməsini istəmir, sadəcə status-kvonun qalmasında maraqlıdır. Rusiya İranı sağmal inək kimi sağır. Yəni təzyiqlər güclənəndə İran, Rusiya və Çinə sığınmağa məcbur olur.
- Nəsib bəy, Türkiyə də anlaşmadan məmnun deyil...
- Türkiyə ona görə məmnun deyil ki, İranın dinc məqsədlərlə nüvə enerjisindən  istifadəsinə haqqı olduğunu demişdi. Bu, Türkiyənin də artıq proqrama başlaması demək idi. Əlbəttə, Türkiyə İranın hegemonluq iddialarından çox narahatdır. Çünki Ərdoğan hökuməti indi-indi regionda, müsəlman aləmində birinci gücə çevrilir. Bildiyimə görə dünyanın böyük güclərinin ilkin anlaşmada əldə etdiyi şərtlər reallaşsa, İranın yaxın 15 ildə atom dövlətinə çevrilməsi şansı sıfıra bərabərdir. Mən 2003-cü ilin martını xatırlatmaq istəyirəm: Amerikanın İraqa hücumu ilə ikinci Körfəz müharibəsi başladı və 36 günə işğal başa çatdı. Ondan əvvəl Səddam  Hüseyn bildirmişdi ki, onda nə bioloji, nə də atom silahı var. Amma beynəlxalq aləm təzyiqlərində israrlı idi. Onda o razılaşdı ki, Beynəlxalq Atom Enerjisi Agentliyi gəlib müşahidə aparsın. Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri bütün nöqtələri, hətta Səddam Hüseynin yataq otağını belə yoxladılar. Əgər buna razılıq verirsənsə, təhlükəsizliyin böyük hissəsindən imtina edirsən. Sual olunur: Amerika əsgərləri niyə 36 gün ərzində Bağdada çatdılar? Çünki hər şeyi bilirdilər. Hətta Lozanna anlaşmasının içində atomla bağlı olmayan  hərbi araşdırmalara nəzarət məsələsində xarici işlər naziri Zərif razılıq verib.
- Demək istəyirsiniz ki, İraqdakı vəziyyət İranda da yaşana bilər?
- Əlbəttə. İranın canına indidən qorxu düşüb. Baxın, birdən-birə embarqonun götürülməsinin mümkünsüzlüyündən danışırlar, çünki ortada BMT, Avropa Birliyi var. Avtoritar rejim deyil ki, prezident əmr versin, 2 saata hər şey aradan qaldırılsın. İkinci, Qərb İrandan təminat istəyir, məhz, bu sığortanın da yetmədiyini İsrailin baş naziri Netanyahu deyir. Baş nazir Tehranın nə zaman sözünün üstündə dayandığını sual edir.  İrana qarşı embarqolar 3 qrupa bölünür- bəzilərini donduracaqlar, əgər kiçik şübhə yaransa, yenidən işə salacaqlar. Bəziləri mərhələ-mərhələ ləğv olunacaq, qalanları isə heç ləğv olunmayacaq. Xamneyi də bu detalları nəzərdə tutur.
- Ancaq Avropa Birliyi İranla anlaşmaya sevinir, çünki Rusiyaya qarşı sanksiyalardan itiriblər. Buna görə Avropa şirkətləri İran bazarının yaranmasından çox məmnundur. Bu mənada dünyanın düzəni dəyişirmi?
- Əlbəttə, kiçik məsələ deyil. İrandakı rejimi nə qədər sevməsək də,  onun bizə, bizim ona nifrətimiz, yaxud qardaşlığımız və dostluğumuz qarşılıqlı olsa belə, İran bir gücdür. Bütün dünya İranda belə bir rejimin olmasını arzulamır. Söhbətimizin əvvəlində Amerika diplomatlarını 444 gün girov saxladıqlarını elə-belə demədim. Bəs qarşıdakı 3 ayda nə olacaq, artıq iş başlayıb. Bundan əvvəlkilər elə bir şey deyildi, 2009-cu ildə danışıqlar başlamışdı və qapalı gedirdi. Ancaq hər şey açıldı və mənə elə gəlir ki, İranın dəyişməsi dünya iqtisadiyyatına və bölgənin siyasi dəngəsinə də təsir edəcək. Birinci, neftin qiyməti düşəcək. İran dünyada neft ixrac edən ikinci, yaxud üçüncü ölkədir. Embarqolar götürüləndə İran neftini bazara çıxartmağa məcbur olacaq və bu, qiymətlərin ən aşağı səviyyədə qalmasına təsir edəcək. İkinci, siyasi baxımdan, şərtlər qəbul olunsa, İranın zamanla mahiyyətini dəyişmək şansı var. Ən vacib şərtlərdən biri Beynəlxalq Atom Enerjisi Agentliyinin hər yerə “burnunu soxa” bilməsidir və İranın təhlükəsizliklə bağlı başı ağrıyacaq. Başqa çıxış yolu da yoxdur və mənə elə gəlir ki, Tehranın “quyruğu artıq qapı arasındadır”. Bəzi adamlar  “müsəlman dövlətin atom silahına malik olmasının nəyi pisdir” deyə sual edirlər. Pis olanı bu silahın fars şovinizminin əlində olmasıdır. Fars şovinizmi və İran rejimi Azərbaycanın və türklüyün düşmənidir. Bu mənada bizim nigarançılığımız, hətta qorxumuz anlaşılandır.  
-  İran açılımı başlayırsa, bu ölkədəki xalqlar nə vaxtsa milli-mədəni muxtariyyat alacaqlarmı?
- Birbaşa da olmasa, İrandakı rejimin mahiyyətinin dəyişə bilməsi haqqında ehtimal irəli sürürük. Ancaq bu, avtomatik olaraq dil, yaxud muxtariyyət haqqının verilməsi anlamına gəlməməlidir. O vaxt Amerika İranı vurandan sonra güneylilərin müstəqil olacağını deyəndə, mən bunun ordakı milli gücdən asılı olacağını söyləyirdim. Bəli, xarici faktorlar önəmlidir, amma ən önəmlisi daxili faktordur. Biz vəziyyətə nə qədər hazırıq, bundan istifadə edə biləcəyikmi?
- Müşahidələriniz nədir, hazırıqmı?
- Hələ hazır deyilik. Ancaq proses çox sürətlə gedir. Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib.
- Son sual və keçək Şimali Azərbaycana. Adətən, hakim elitanın təmsilçiləri, məsələn, deputat Səməd Seyidov ABŞ-da olarkən deyirdi ki, Azərbaycanı sendviç kimi əzirlər. Söhbət Rusiya və İrandan gedir. Bu mexanizmlərdən biri-İran sıradan çıxırsa və neftin qiyməti də düşürsə, Azərbaycan hakimiyyətinə iqtisadi-siyasi islahatlarla bağlı təzyiqlər olacaqmı? Bu barədə fikirlərinizi bölüşmənizi istərdik...
- Rəsmi Bakını ən çox neftin qiymətinin aşağı düşməsi narahat edir. İran neftinin də bazara çıxması qiyməti aşağı səviyyədə saxlayan bir şərt olacaq. İranın Şərqdə bir sıra terror qruplarını dəstəklədiyi sirr deyil.  Tehran rejimi bu gün yaranmayıb, artıq formalaşmış, oturuşmuş bir rejimdir və siyasi səhnəni avtomatik tərk etməyəcək. Müqavimət göstərəcək, “zəhərli dişi” çəkilsə də, bədəni qalır. Məncə, təzyiqlər və insanları heyrətə sala biləcək işlər gözləyə bilərik.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
, , “Son, 20, ildə, Güney, Azərbaycan, 200, ildə, keçdiyi, yolu, keçib”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı