The document has moved here.
|
||
Son bir ildə İranda həbs olunan soydaşlarımızın sayı açıqlanıb | ||
GÜNEY AZƏRBAYCAN Xəbəri | ||
![]() |
||
|
||
"Iranwre"ın hesabatına əsasən, 241 Azərbaycanlı fəal - yazıçı, jurnalist, tələbə, şair və sənətçidən 181-i həbs edilərkən fiziki təzyiqə məruz qalıb, 16 məhbusun həbsxanada döyülməsi və fiziki işgəncə görməsi davam etdiirilib. Bildirilib ki, bu imüddətdə qadınların aktivliyi daha çox müşahidə olunub. Ötən ilin sentyabrında Urmiyədəkı küçə etirazlarının əsas nüvəsi qadınlar olub. Eyni zamanda Təbrizdə keçirilən küçə etirazlarında da qadınlar əhəmiyyətli rol oynayıblar. Bu müddətdə həbs və məhkum olunanların arasında gənclər və yeniyetmələr də olub.
12 iyul 2020 tarixində Tovuz bölgəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi qarşıdurmalar başlayandan sonra Tehran, Təbriz, Urmiyə, Zəngan, Ərdəbil, Naqadə, Miyane və Maragha da daxil olmaqla müxtəlif şəhərlərdə İran İslam Cümhuriyyətinin Qarabağ müharibəsi siyasətinə qarşı mitinqlər keçirilib. Bu aksiyalar zamanı 40 türk saxlanılıb. "Qarabağın Qurtuluşuna Dəstək" başlığı ilə keçirilən mitinqlərdə ümumilikdə 182 nəfər həbs olunub. Bu mitinqlərdə tutulanlar üçün keçirilən məhkəmə proseslərindən yalnız birində, ikisi qadın olan Təbrizin 13 sakini ümumilikdə 13 il həbs və 780 şallaq cəzasına məhkum edilib. Ötən ilin ən təsirli hadisələrindən biri, Azərbaycanlı siyasi məhbusların "Yusuf Kari"yə dəstək olaraq kütləvi aclıq aksiyası keçirməsidir. Ərdəbil Mərkəzi Həbsxanasında iki il həbs cəzası çəkən Yusuf Kari 14 yanvar günü Ərdəbil məhkəmə məmurlarının həbsxanadakı siyasi məhbusların hüquqlarına məhəl qoymamasına, 8-ci karantin bölməsinə köçürülməsinə və Ərdəbil həbsxanasının müdir köməkçisi olan Sepehrinin təhqirinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbuslar Abbas Lisani, Əli Vasiqi, Riza Vasiqi Evin Həbsxanasında saxlanılan dörd Azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi, Behnam Şeyxi, Tohid Əmir Əmini və Kiyanuş Əslani də Yusuf Kariyə dəstək olaraq aclıq aksiyasına başlayıb. 20 fevralda, Yusuf Karinin tələbinin qəbul edilməsi və təhlükəli cinayətlər məhkumlarının bölməsindən Ərdəbil Mərkəzi Həbsxanasınnın birnci bölməsinə köçürülməsi ilə Azərbaycanlı siyasi məhbusların kütləvi aclıq aksiyası sona çatıb. Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan soydaşımız Kazım İbadi koronavirusdan vəfat edib. 1399-cu ildəki digər bir mühüm hadisə, Abbas Lisaninin 15 il həbs cəzasını Ərdəbil Həbsxanasında saxlanılan Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 2019-cu ilin yayında 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə qədər artırılıb və nəhayət 2020-ci ilin iyul ayında Ali Məhkəmə Lisanini şikayətini rədd edib, hökmü təsdiqləyib. Bu il ana dilində təhsil tələb edən aktivistlər ən çox təhlükəsizlik və məhkəmə təzyiqlərinə məruz qalıblar. Əliriza Farşi, Həmid Mənafi və Behnam Şeyxi tutularaq iki illik həbs cəzalarını çəkmək üçün həbsxanaya göndərilib. Siyamək Mirzayi 28 dekabrsa Qaen şəhərindəki sürgün zamanı ona qarşı açılan bir saxta işə görə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və bir il on gün həbs cəzasını çəkmək üçün Evin Həbsxanasına köçürülüb. Ana dilində təhsil tələb edən Tohid Əmir Əmini, Kiyanuş Əslani, Səhənd Məali, Cəfər və Milad İsmayılzadə və digər siyasi məhbuslara da təzyiq davam edib. |
||
|
||
Son, bir, ildə, İranda, həbs, olunan, soydaşlarımızın, sayı, açıqlanıb, |
|