The document has moved here.
|
||
“Sputnik Azərbaycan”ın baş redaktorunun iş icazəsinin uzadılmasına imtina edildi | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika və onun həyat yoldaşı Antonov Pavelin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib.
Xeber365.com Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.
Qeyd edək ki, ölkədə iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətə imtina zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir. Onların hazırkı iş icazəsinin müddəti bir illik idi və icazənin uzadılmasına imtina verildiyi barədə məlumat diqqətlərinə çatdırılıb.
İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.
|
||
|
||
“Sputnik, Azərbaycan”ın, baş, redaktorunun, iş, icazəsinin, uzadılmasına, imtina, edildi, |
|