Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 10:44 121 nəfər oxuyub
 
“STAR”da yerüstü boruların 87 faizi montaj olunub
İŞ DÜNYASI Xəbəri
“STAR”da yerüstü boruların 87 faizi montaj olunub

SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa olunan "STAR" neft emalı zavodunun yerüstü borularının 87 faizinin montaj işləri yekunlaşıb.

 

Xeber365.com bildirir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş" “Tvitter” səhifəsində məlumat yayıb.

 

 

“STAR” zavodunun üst borularının ümumi çəkisi 55 min tondur. Montaj işləri nəhəng kranlardan istifadə olunaraq həyata keçirilir.

Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

 

 

Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.


“STAR Rafineri A.Ş”-nin baş direktoru Mesut İlter ötən həftə bildirib ki, bu ilin sonuna "STAR"da inşaat işlərinin 97,5-i tamamlanacaq.

Mənbə: Müəllif:
“STAR”da, yerüstü, boruların, 87, faizi, montaj, olunub,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı