Xəbər haqqında
15 Sentyabr 2017 - Cümə 21:39 252 nəfər oxuyub
 
Təbriz fərmandarı Azərbaycan haqqında bunları dedi
GÜNEY AZƏRBAYCAN Xəbəri
Təbriz fərmandarı Azərbaycan haqqında bunları dedi

İran və Azərbaycan xalqları eyni mədəniyyətə və eyni milli adət ənənəyə malikdirlər ki, bunlar da əlaqələrin daha da geniş şəkildə inkişafına təkan verir.

 

Xeber365.com xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Təbriz şəhərinin fərmandarı (icra hakimiyyətinin başçısı) Rəhim Şöhrətifər deyib. O bildirib ki, Azərbaycanın bütün uğurları bizi sevindirir.

 

Təbrizin 2018-ci ildə UNESCO tərəfindən İslam mədəniyyəti və turizm paytaxtı seçildiyini bildirən R.Şöhrətifər nəzərə çatdırıb ki, bu münasibətlə gələn il Təbrizdə beynəlxalq şer məclisləri, konsert proqramları, idman yarışları keçiriləcək. Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Bakıda Avropa Olimpiya Oyunları, İslam Həmrəylik Oyunları və başqa tədbirlər uğurla keçirildi. Bu təcrübədən istifadə edərək Təbrizə gələn bütün qonaqları yüksək səviyyədə qarşılamağı planlaşdırırıq.

 

Təbrizin böyük turizm potensialına malik olduğunu qeyd edən R. Şöhrətifər tədbirlər zamanı azərbaycanlı turistlərin də şəhərə səfər etməsindən məmnun olacağını bildirdi. Təbriz ictimaiyyəti bütün qonaqları şadlıqla qarşılamağa hazırdır. Azərbaycandan gələn qonaqların isə xüsusi yeri var.

Mənbə: Müəllif: XƏBƏR365
Təbriz, fərmandarı, Azərbaycan, haqqında, bunları, dedi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı