Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 15:57 364 nəfər oxuyub
 
Tərəfdarları Saakaşvilini müdafiəyə qalxdı
DÜNYA Xəbəri
Tərəfdarları Saakaşvilini müdafiəyə qalxdı

Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları onun saxlanıldığı mikroavtobusun qapısını sındıraraq onu azad ediblər.

 

Xeber365.com Ukrayna KİV-lərinə istinadən bildirir ki, Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Saakaşvilini həbs etdikdən sonra onun tərəfdarları siyasətçinin aparıldığı avtobusu mühasirəyə alıblar. Bir neçə saatlıq mühasirədən sonra Saakaşvilinin tərəfdarları avtobusun pəncərələrini sındırıblar, onlara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Buna baxmayaraq izdiham avtobusun qapısını sındıraraq Saakaşvilini çıxarıblar.

 

Hazırda Saakaşvili öz tərəfdarları ilə birlikdə Kiyevin Kostelni küçəsi ilə irəliləyir.

Mənbə: Müəllif:
Tərəfdarları, Saakaşvilini, müdafiəyə, qalxdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı