Xəbər haqqında
09 Oktyabr 2017 - Bazar ertəsi 16:44 1662 nəfər oxuyub
 
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
MÜSAHİBƏ Xəbəri
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin sifarişi ilə "Şərq-Qərb" nəşriyyatında çap edilən dərslikdə “dənizdən-dənizə böyük Ermənistan”ın xəritəsi verilib. Bu da cəmiyyət arasında böyük etiraza səbəb oldu. Azərbaycan mediasında bununla bağlı xeyli sayda tənqidi yazılar getdi. Azərbaycan mediası ilə yanaşı, son 2 gündə Ermənistan mediasının əsas xəbəri və müzakirə mövzusu məhz bu mövzudur.

 

Ermənistan qəzetlərində və digər KİV-lərində bu mövzu ilə əlaqədar dərc olunan yazıların, televiziyalarda yayımlanan proqramların xülasəsi bundan ibarətdir: “Azərbaycanda artıq ağıllı, savadlı və səmimi elm adamları yetişməkdədir. Yeni nəsil tarixi gerçəyi danmır”.

Bu məqam bizə bir daha Ermənistanla təkcə hərbi yox, həm də informasiya müharibəsində olduğumuzu xatırlatdı. Bununla yanaşı, ictimai qınağın, media nəzarətinin hələ də işlədiyini gördük. Bəs görəsən, ölkə mediası özü bu kimi həssas durumlarda informasiya axınını düzgün idarə bilirmi? Ümumiyyətlə, biz cəmiyyət olaraq lazımi məsələrdəmi qınaq yaradırıq? PR işinə kompleks yanaşma varmı və bu yanaşmadan vətəndaş, jurnalist, ən əsası, PR xidmətləri hansı şəkildə istifadə edir? Bizi düşündürən sualların ümumi mənzərəsi yenə də düşmənə informasiya müharibəsində uduzduğumuzu göstərir. Bəs nəticəni necə dəyişə bilərik?

 

Mövzu ilə bağlı Xeber365.com-un suallarını Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü, PİARMEN Vəli Əlibəyli cavablandırıb.

 

– Vəli bəy, Ermənistan mediasına baxanda Tarix dərsliyi qalmaqalının həm də başqa bir mənada ziyanımıza işlədiyini görürük. Sizcə, bu məsələdə necə addım atılmalı idi, informasiya hansı şəkildə verilməli və hansı şəkildə açıqlamalar olmalı idi?

 

– Mən tarixçi olmadığımdan dərslikdə verilən həmin materialın doğru ya da yanlış olduğunu, Romaya aid olub-olmadığını deyə bilmərəm. Lakin bir məsələ var, dərsliyin digər iki variantında həmin material yoxdur, yalnız rus versiyasında var. Buna görə də, bunun texniki səhv olduğunu demək olar. Yaxud da əksinə, əgər həmin xəritə düzgündürsə, niyə Azərbaycan və gürcü versiyasına salınmayıb? Bu baxımdan Təhsil Nazirliyinin açıqlaması məntiqli qəbul oluna bilər. Bütün hallarda məsələ ictimailəşibsə, doğru olanı demək lazımdır.

 

Deyək ki, bu məsələ iki, üç, ya da bir neçə gün sonra yaddan çıxdı. Heç kim bu haqqda heç nə yazmadı, heç nə danışmadı. Lakin maraqlıdır, düşmən ölkəyə material verməmək üçün bu kimi hallarda necə davaranmaq lazımdır?

 

– Birincisi, biz müharibə şəraitində yaşayırıq. Bu müharibə təkcə cəbhədə getmir. Eyni zamanda, biz uzun illərdir ki, Ermənistanla informasiya müharibəsindəyik. Buna görə də, onlar da biz onları izlədiyimiz kimi, bizim informasiya məkanımızı ciddi şəkildə izləyirlər. Belə bir hal Ermənistanda baş versəydi, bizim mətbuat da eyni şəkildə davranardı. Biz də deyərdik ki, Ermənistanda artıq sağlam düşüncəli insanlar var. Yəni biz buna hazır olmalıyıq, hər zaman belə hal baş verə bilər. Digər tərəfdən, dövlətin bununla bağlı strategiyası olmalıdır. Məsələn, Türkiyəyə diqqət etsəniz, bunu müşahidə edə bilərsiniz. Türkiyədə bir dövlət siyasəti var ki, ona hər kəs, jurnalist də, sadə vətəndaş da bu kimi məsələlərdə ürəkdən inanaraq riaət edir. Azərbaycan dövləti də mühiti, bu siyasəti formalaşdırmalıdır.

 

Bu tip məsələlərin gündəmə gətirilməsi nə dərəcədə doğrudur? Sizcə mövcud vəziyyətimizi nəzərə alaraq, vətəndaşın daxili senzurası olmalıdırmı?

 

– Elə bir məsələyə toxunursunuz ki, bu, bütün dünya jurnalistikasında çox müzakirələrə və mübahisələrə səbəb olur. Məsələn, belə bir foto var, qartal canyaqlarını tam açaraq köməksiz uşağın üstünə şığıyıb, onu ovlayır. Fotoqraf onu xilas etmir, fotosunu çəkir.

 

Jurnalistikada da daxili senzura olmalıdır. Bir vətəndaş kimi mən istərdim ki, bu məsələ səssiz, daxilimizdə həll olunsun. Bunu aşkar edəndə aidiyyəti qurumlara müraciət etmək olar ki, burada belə bir yanlışlıq var, bunu düzəltmək lazımdır. Lakin biz bunu hamıdan tələb edə bilmərik. Hərdən peşə daha üstün gəlir. Bəziləri üçün pəşəsi vətəndaşlıqdan önəmlidir. Məsələn, mən olsaydım, bu informasiyanı yaymazdım.

Mənbə: Müəllif:
Tarix, dərsliyindəki, xəritə, qalmaqalı, Ermənistan, mediasında, –, Nəyi, doğru, etmədik?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı