The document has moved here.
|
||
Tayvanda qatar qəzasında ölənlərin sayı 48-ə çatıb - YENİLƏNİB | ||
DÜNYA Xəbəri | ||
![]() |
||
|
||
Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
"Xəbər365"in xəbərinə görə, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 66 nəfər xəsarət alıb. Buna qədər 40 nəfərin öldüyü, 61 nəfərin xəsarət alması barədə xəbər verilib.
*** 09:09
Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb, 61 nəfər xəsarət alıb, daha 72 nəfər də qatarda çıxılmaz vəziyyətdə qalıb.
"Xəbər365" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Buna qədər dörd nəfərin öldüyü, 27 nəfərin xəsarət alması barədə xəbər verilmişdi.
Qeyd edək ki, hadisə yerli vaxtla saat təxminən 09:00-da (Bakı vaxtı ilə 05:00) Huayalyan bölgəsindəki “Datsinşuy” tünelində baş verib. Qatar səkkiz vaqondan ibarət olub və 350 sərnişin daşıyırmış.
Qəza nəticəsində ikinci və üçüncü vaqonlar relsdən çıxıb. Ümumilikdə ilk üç vaqondan 60 nəfər artıq xilas edilib, dördüncü və beşinci vaqonlar ciddi şəkildə zədələnib, xilasetmə əməliyyatı aparılır.
Agentlik təcili tibbi yardım xidmətinə istinadən bildirir ki, “ilkin məlumatlara görə, hadisə yerində həyat əlamətləri olmayan çox sayda adam var”.
Bildirilir ki, qəzaya səbəb dəmir yolları üzərində “pis park edilmiş” mühəndis avtomobili ilə toqquşma olub. |
||
|
||
Tayvanda, qatar, qəzasında, ölənlərin, sayı, 48-ə, çatıb, -, YENİLƏNİB, |
|