Xəbər haqqında
01 Noyabr 2017 - Çərşənbə 16:13 2061 nəfər oxuyub
 
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
BAXIŞ Xəbəri
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?

Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehran görüşü gəlib çatdı. Hər üç ölkə mediasının diqqətində olan  bu görüş müxtalif aspektlərdən şərh olunmaqdadır. Daha çox Rusiya və İran üçün tarixi əhəmiyyət kəsb edən Tehran sammitində Azərbaycanın da yer alması, dövlət başçısı İlham Əliyevin Putin və Ruhani ilə üçtərəfli görüşləri isə ölkə politoloqların fikir ayrılığına səbəb olub. 

 

Bəzi analitiklər bu görüşün Azərbaycanın strateji siyasəti üçün mühüm olduğunu iddia etsə də, Tehrana səfəri ölkəmizin Avropaya inteqrasiyasından üz döndərməsi kimi şərh edənlər də var.  Digər bir qrup isə, sözügedən görüşlərin, sadəcə, enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələrdən ibarət olacağını deyir. 

 

Xeber365.com bildirir ki, politoloq Sülhəddin Əkbər isə Prezidentin Tehran səfəri ilə Azərbaycanın strateji siyasət seçimi edəcəyi ilə əlaqələndirilməsini doğru hesab etmir:


“Azərbaycan rəsmi olaraq 2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyasında başlıca strateji hədəf Avro-Atlantik məkana inteqrasiya olduğunu bəyan etsə də, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra bu deklarativ xəttindən imtina edib. Azərbaycan çalışır ki,  bütün mərkəzlərdən məsafəli siyasət aparsın. Hansı tərəfdən daha çox təzyiq gəlirsə, o tərəfə doğru taktiki referanslar edir. 2008-ci ildən Rusiyanın hərbi-siyasi təzyiqi artdığına görə Azərbaycan daha çox  Rusiyaya  yaxın siyasət aparmağa çalışır. Son zamanlarda Rusiya-Türkiyə yaxınlaşması olduğuna görə Türkiyə ilə icazə verilmiş yaxınlaşma siyasəti aparır”. 


Politoloq bu səfərin ölkəmizi  İranla xüsusi yaxınlaşdıracağını düşünmür: “Sadəcə olaraq, Azərbaycan regionda gedən proseslərin tələbi ilə Rusiya, Türkiyə, İran arasında yaxınlaşmanı nəzərə alıb İranla əməkdaşlığı, xüsusilə də nəqliyyat, ticarət, iqtisadi sahədə genişləndirməyə çalışır. Bundan başqa, nəticələr çıxarmağa ehtiyac yoxdur.  Azərbaycanın burda enerji, nəqliyyat, ticarət, iqtisadi maraqları var. Rəsmi Bakı çalışır ki, xüsusilə də neft gəlirlərinin azaldığı bir vaxtda bu sahələrdə öz marağını inkişaf etdirsin və büdcə kəsirini bu sahələrdən gələn əlavə gəlirlər hesabına qapada bilsin”. 

 

Sülhəddin Əkbər mövcud hakimiyyətin heç vaxt  Avropaya meyilli siyasət yürütmədiyini söyləyib: “Əgər belə olsaydı, GUAM üzvü olan ölkələr, yəni Ukrayna, Gürcüstan, Moldova kimi Avropa birliyi ilə  2014-cü ildə Asossiativ sazişi imzalayardı. Azərbaycan rəsmi şəkildə bəyan edir ki, nə Avropa birliyinə, nə də NATO-ya daxil olmaq fikri var”.

Mənbə: Müəllif:
Tehran, görüşü, Azərbaycanı, hara, aparır:, İran,, Rusiya,, yoxsa, Avropaya?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa