Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 09:38 62 nəfər oxuyub
 
Telman İsmayılovun qardaşı haqda həbs qərarı
GÜNDƏM Xəbəri
Telman İsmayılovun qardaşı haqda həbs qərarı

Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Vaqif İsmayılovu qiyabi həbs edib. O, adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunur.

 

Xeber365.com rus mətbuatına istinadla yazır ki, Vaqif İsmayılovun qiyabi həbsi üçün məhkəməyə təqdim olunan ərizəyə baxılıb və məhkəmə müsbət qərar çıxarıb. Xəbərdə o da qeyd olunub ki, İsmayılovun həbsi barədə qərar hələ oktyabrın 30-da qəbul olunub.

 

Rusiya qanunvericiliyinə görə, yalnız beynlxalq axtarışda olan şəxslər haqda qiyabi həbs qərarı çıxarılır. Xatırladaq ki, bir neçə gün öncə iki nəfərin qətlində ittiham olunan azərbaycanlı iş adamı Telman İsmayılov da beynəlxalq axtarışa verilib.

Mənbə: Müəllif:
Telman, İsmayılovun, qardaşı, haqda, həbs, qərarı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa