Xəbər haqqında
10 Noyabr 2017 - Cümə 18:30 59 nəfər oxuyub
 
Tereza Mey "Breksit"in sona çatacağı tarixi açıqladı
DÜNYA Xəbəri
Tereza Mey

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması prosesinin yekunlaşma vaxtını elan edib: “Brexit” 2019-cu il martın 29-da Qrinviç vaxtı ilə saat 23:00-da başa çatacaq.

 

Xeber365.com AZƏRTAC-a istinadən məlumat verir ki, deputatlar “Brexit” müddətini təsdiqləyən qanun layihəsini gələn həftə müzakirə edəcəklər. Tereza Mey deputatları Aİ-nin tərkibindən çıxma prosesini uzatmaq və ya ləğv etmək cəhdlərindən çəkinməyə çağırıb.

 

Birləşmiş Krallığın Avropa İttifaqındakı sabiq daimi nümayəndəsi və Lissabon sazişinin 50-ci maddəsinin hazırlanmasında iştirak edən lord Con Kerr bir qədər əvvəl deyib ki, “Brexit” prosesi istənilən an ləğv oluna bilər.

Mənbə: Müəllif: XƏBƏR365
Tereza, Mey, "Breksit"in, sona, çatacağı, tarixi, açıqladı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı