Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 12:10 135 nəfər oxuyub
 
Tramp Obamaya görə bu ölkəyə getmədi
- Xəbəri
Tramp Obamaya görə bu ölkəyə getmədi

Tramp Böyük Britaniyaya səfərini ləğv etdiyini təsdiqləyib.

 

Xeber365.com “RİA Novosti”yə istinadla yazır ki, bu barədə Amerika lideri öz Tvitter səhifəsində yazıb.

 

Donald Tramp sələfi Barak Obama administrasiyasının atdığı addımlardan narazı olduğunu və buna görə də London səfərini ləğv etdiyini bildirib.

 

“London səfərimi ləğv etdim çünki Obama administrasiyasının pərəstişkarlarından deyiləm. Söhbət Londondakı ən yaxşı səfirlik binarlardan birini  qəpik-quruşa satıb şəhər kənarında 1,2 milyard dollara yenisini tikdirən Obama administrasiyasından gedir. Qırmızı lenti kəsməyimi istəyirdilər?  Bunu görməyəcəksiniz" deyə Tramp yazıb.

 

Qeyd edək ki, daha əvvəl KİV Trampın səfərin təşkilindən - Kraliça II Yelizaveta ilə görüşə bilməyəcəyinə görə Britaniya səfərini ləğv etdiyini yazmışdı. 

Mənbə: Müəllif:
Tramp, Obamaya, görə, bu, ölkəyə, getmədi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı