The document has moved here.
|
||
Tramp Orlando şəhərində respublikaçı-mühafizəkarların konfransında çıxış edəcək | ||
- Xəbəri | ||
![]() |
||
|
||
ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Florida ştatının Orlando şəhərində keçiriləcək ABŞ-ın Respublikaçılar partiyasının mühafizəkar dairələrinin konfransında çıxış edəcək.
"Xəbər365"xəbər verir ki, bu barədə “CNN” telekanalı özəl mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini başa vurmasından sonra ilk çıxışı fevralın 28-də olacaq. O, Respublikaçılar partiyasının gələcəyi və mühafizəkar hərəkatı barədə danışacaq.
Bundan əlavə, keçmiş dövlət başçısının ABŞ-ın hazırkı prezidenti Co Baydenin miqrasiya siyasəti ilə bağlı kəskin tənqidlərlə çıxış edəcəyi də gözlənilir. |
||
|
||
Tramp, Orlando, şəhərində, respublikaçı-mühafizəkarların, konfransında, çıxış, edəcək, |
|