Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 12:47 466 nəfər oxuyub
 
Trampın Qüds planının arxasında nə dayanır?
DÜNYA Xəbəri
Trampın Qüds planının arxasında nə dayanır?

Qüds bir əsr əvvəl İingiltərənin, 50 il öncə isə İsrailin işğalına məruz qalıb. İsrail müsəlmanların Məkkə və Mədinədən sonra ən müqəddəs şəhəri hesab olunan Qüdsü 1980-ci ildə birtərəfli olaraq paytaxt elan etsə də beynəlxalq arenada bunu dəstəkləyən olmamışdı. İndi Trampın yenidən bu ölü ideyaya sahib çıxmasının səbəbi nədir?

 

Xeber365.com bildirir ki, Türkiyənin mediasında bununla bağlı geniş analiz yazısı yer alıb. 

 

Bildirilir ki, ABŞ-ın bununla bağlı hələ 1980-ci illərdən müxtəlif cəhdləri olub. Məsələn, o vaxt Reyqan Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürməyə cəhd edirdi.  Lakin təhlükəsizlik səbəbindən bu "sevda" baş tutmadı. 

 

İndi isə məsələni Donald Tramp yenidən gündəmə gətirib. Çünki Tramp prezident seçilməmişdən əvvəl yəhudi lobbisinə bir neçə vəd verib. Hansı ki, 2008-ci ildə belə vədləri Obama da vermişdi.

 
Ancaq Tramp həmin vaxt vədi bir az da şişirdərək bildirdi ki, Qüdsü paytaxt olaraq tanıyacaq. 


İndi isə Trampın prezidentliyi müzakirə predmeti olduğundan o yenə yəhudi lobbisinin dəstəyinə ehtiyac duyur. Onun prezidentliyini şübhə altına alan ABŞ cəmiyyətinin təzyiqindən bu cür qurtulmaq istəyir. Fikirləşir ki, sözügedən böhrandan Qüdsü tanımaqla çıxa bilər. 

 

 

Mənbə: Müəllif:
Trampın, Qüds, planının, arxasında, nə, dayanır?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı