Xəbər haqqında
11 Noyabr 2017 - Şənbə 23:53 97 nəfər oxuyub
 
Tunis və Mərakeş yığmaları DÇ-2018-ə vəsiqə qazanıb
İDMAN Xəbəri
Tunis və Mərakeş yığmaları DÇ-2018-ə vəsiqə qazanıb

Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-ə vəsiqə qazanıb.
Xeber365.com
“Report”a istinadən məlumat verir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.
Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur
Tunis – Liviya - 0:0
DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur
Fildişi Sahili – Mərakeş - 0:2
0:1 – Dirar – 25, 0:2 – Benatia – 30
Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.

Mənbə: Müəllif: XƏBƏR365
Tunis, və, Mərakeş, yığmaları, DÇ-2018-ə, vəsiqə, qazanıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı