Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 16:05 414 nəfər oxuyub
 
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
BAXIŞ Xəbəri
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH

Bu səfərlərin Qarabağ probleminin həllinə mütləq təsiri var. Çünki bu münaqişənin həlli ilə bağlı əsas iki yol var: Biri hərpi-diplomatik, digəri isə sadəcə hərbi xarakterli yol. Hər ikisi üçün də Azərbaycan ordusunun imkanlarının artması, müdafiə qabilliyyətinin gücləndirilməsi və Türkiyə ilə hərbi müttəfiqliyin davam etməsi vacibdir.

 

Bu sözləri Xeber365.com-a açıqlamasında politoloq Araz Aslanlı deyib. Siyasi şərhçi Türkiyə Silahlı Qüvvələrinin yüksək səviyyəli zabitlərinin Bakıya intensiv səfərlərini iki ölkə arasındakı hərbi münasibətlər baxımından vacib hesab edib:

 

 

“Bu səfərlər Azərbaycanın xarici siyasəti, ümumilikdə təhlükəsizliyi baxımından önəmlidir. Azərbaycan müstəqilliyinə qovuşduğundan bəri ərazi bütövlüyü problemi yaşayır. Bizim ölkəmiz konkret hücuma məruz qalıb. Ona görə də güclü orduya sahib olmaq, güclü müttəfiqlərlə əməkdaşlıq,  ümumilikdə  müdafiə qabiliyyətini artırmaq Azərbaycan üçün strateji məsələsidir". 

 

Araz Aslanlı hərbi görüşlərdə iki ölkə tərəfindən imzalanan sazişləri hətbi ittifaqın hüquqi bazası kimi analiz edib: “Mən xüsusilə qeyd etmək istəyirəm 2010-cu ildə strateji tərəfdaşlıqla bağlı sazişi. Həmin sazişin bir hissəsi birbaşa hərbi əməkdaşlığı nəzərdə tuturdu. Doğrudur indiyədək iki ölkə arasında hərbi ittifaq sazişi yoxdur. Amma hərbi ittifaq sazişinə qədər bütün hüquqi baza var. Faktiki olaraq iki dövlətin birgə hərbi təlimlərinə şahidik. Həm təhsildə, həm də təlimdə qarşılıqlı münasibətləri görürük. Sözügedən son səfərlər də məhz bu xətti qorumağa və daha da dərinləşdirməyə xidmət edir".

 

Politoloq səfərlərin Qarabağ probleminin həllinə təsirini mütləq hesab edib: "Biz arzulayırıq Qarabağ problemi tamamilə dinc yolla həll olunsun. Amma danışıqlar prosesi göstərir ki, bu ehtimal zəifdir.  Çünki işğalçı dövlət mövqeyində dəyişikliyə getmir.  Buna görə də Azərbaycana hərbi ilə dəstəklənən diplomatik yol lazım olacaq. Qardaş Türkiyə ilə hərbi münasibətlərin daim yüksək səviyyədə saxlanılması bu yolun uğurla başa çatmasını daha real edir”.

 

Xatırladaq ki, bu gün Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir. Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

 

 

Bundan əvvəl  isə Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycana səfər etmişdi.

 

 
 

 

Mənbə: Müəllif:
Türk, generallarının, Bakıya, səfərləri, nə, ilə, bağlıdır?, -, ŞƏRH,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı