301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
23 Fevral 2017 - Cümə axşamı 10:41 17378 nəfər oxuyub
 
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Türkiyədə 16 apreldə keçiriləcək referendum və onun nəticəsinin nə olması, ölkədə qarşı-qarşıya duran “hayırcılar” və “evetçiler” dəstəsi Türkiyə qədər, Azərbaycanın da gündəmini zəbt edib. Bu referendum Azərbaycan vətəndaşını və media qurumlarını da düşündürür, müxtəlif təhlillər ortaya çıxarır.
MÜSAHİBƏ Xəbəri
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz

Türkiyədə 16 apreldə keçiriləcək referendum və onun nəticəsinin nə olması, ölkədə qarşı-qarşıya duran “hayırcılar” və “evetçiler” dəstəsi Türkiyə qədər, Azərbaycanın da gündəmini zəbt edib. Bu referendum Azərbaycan vətəndaşını və media qurumlarını da düşündürür, müxtəlif təhlillər ortaya çıxarır.

 

Xeber365.com-un əməkdaşı Ankarada bir müddət əvvəl sədrliyə namizəd olduğu üçün Milliyyətçi Hərəkat Partiyasından xaric edilən millət vəkili, akademik Ümid Özdağla görüşərək onunla Türkiyəni və ölkədə keçiriləcək olan referendumu müzakirə edib. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərində Türkiyənin yerindən danışılıb.

 

Ümid Özdağla xüsusi müsahibəni təqdim edirik:

 

 

– Ümid bəy, Ankaraya gələndə Anıtkabiri ziyarət etdim. Bir qoca kişiylə söhbətləşdim orda, başqanlıq sisteminə “hə”, yoxsa “yox” deyəcəyini soruşdum. “Xeyirlisi nədirsə, elə edəcəyik” deyə cavab verdi. Türkiyə vətəndaşı onun üçün, ölkəsi üçün nəyin xeyirlisi olacağını bilirmi?

 

– Hazırda Türkiyədə toplum üzərində böyük bir basqı var. İnsanların ictimai şəkildə fikirlərini açıqlamağın qarşısını alırlar. Ancaq “xeyirlisi olsun” deyən bir insan, əslində, “xeyir” deyir. Sadəcə bunu açıq şəkildə deyə bilmədiyi üçün fikrini o cür ifadə edir. Qərarsız olduğunu deyən insanlar da “yox” deyənlərdir. Amma bunu dilə gətirə bilmədiklərini üçün elə deyirlər. Yəni Türkiyə vətəndaş üzərində basqının yüksək həddə çatdığı bir mərhələdən keçir. Demokratiyanın, hüquqi dövlətin çöküşünü yaşayırıq. Bu referendumun nəticəsinin “xeyir” olması Türkiyədə demokratiyanın yenidən təsis edilməsi deməkdir, ona görə də bu qədər böyük əhəmiyyət kəsb edir. 

 

– Bu gün hökumət sizin, MHP-nin xalqla bir araya gələ bilməsindən narahatdır. Maraqlıdır, xalqla nə qədər yaxınsınız, bir araya gələ bilirsinizmi?

 

– Bəli, iqtidar bizim xalqla bir araya gəlməyimizdən qorxur, nəticədə xalqdan qorxur. Buna görə də televiziyaya çıxmağımıza qadağa qoyulur, toplantılar keçirməyimizin qarşısı alınır, dövlət xidmətçiləri xalqa basqı edərək referendumda “hə” dedirtməyə çalışırlar. Bütün bunlara rəğmən biz bu sahədə işlərimizi davam etdirəcək, xalqla bir araya gəlmək üçün yollara düşəcəyik. Bilirik ki, dostlarımızın bu istiqamətdə işlərini əngəlləməyə çalışacaqlar. Mən millət vəkili olduğum üçün mənim fəaliyyətim açıq şəkildə əngəllənə bilməz. Ancaq mən yoldaşlarıma nələrin edildiyini və bundan sonra da nələrin ediləcəyini yaxşı bilirəm. Mübarizəmizi bu şərtlər çərçivəsində davam etməkdə qərarlıyam.

 

– Səhv etmirəmsə, bu mübarizəni aparan 45 nəfər həbs olunub. Bu, digər dostlarınızı qorxudub yolundan döndərmir ki?

 

– Təbii ki, insanların bir hissəsini qorxudur, amma əksəriyyət hələ də inamla mübarizə aparırlar.

 

– Sizcə, bu mücadilə nəticəyə təsir göstərmək gücündədir?

 

– Bunu referendumun sonunda görəcəyik. Sona qədər dəqiq bir şey demək mümkün deyil.

 

– Belə deyək, məlumdur ki, referendumun nəticəsində sandıqdan “yox” çıxması üçün görüşlər keçirir, kampaniyalar aparırsınız. Fikirlərini dəyişdiyiniz insanlar olurmu, çoxdumu onlar?

 

– Hazırda ictimai rəyə əsasən, “yox” deyənlər çoxluq təşkil edir. Görünən odur ki, onlar öndə olmağa davam edəcəklər. Ancaq kampaniya hələ tam sürətlə aparılmır. Aparılmağa başlayanda daşlar yavaş-yavaş yerinə oturacaq. Biz iqtidarın və sarayın referendum nəticələrinə təsir eetmək üçün qeyri-qanuni yollara getməmısinə çalışırıq.

 

 

Türk xalqı 7 İyunda Ərdoğanı yendi

 

 

– Ümid bəy, hərdən vətəndaşlarda elə bir fikir yaranır ki, onların səsi heç nəyi həll eləmir. İnsanlarınız tarix yazacaqlarına inanırlar?

 

– Bəli, inanırlar. Çünki Türkiyədə sonuncu dəfə 7 İyun seçkisində, bildiyiniz kimi, AKP iqtidardan düşdü və təkrar Dövlət Baxçalının dəstəyiylə iqtidara gələ bildi. Bu referendumda da çox ağır bir zərbə alacaq. Rəcəb Tayyib Ərdoğan yenilməz-filan deyil. Xalq onu 7 İyunda yendi, ona gücünü göstərdi. Bu referendumda da türk xalqının demokratiyanı, hüquqi dövləti, parlament idarəetməsini seçdiyini göstərən bir referendum olacaq.

 

– Ümid bəy, hökumətin ölkədə idarəedilən bir xaos yaratmaq istədiyini açıqlamısınız. Bəs belə bir xaos yaradılarsa və Ərdoğan başqan seçilərsə, ondan sonra da onun yenilməz olmadığı qənaətində olacaqsınız?

 

– Bəli, mən Ərdoğanın idarəedilən bir xaosa inandığını düşünürəm. Amma Türkiyədə idarəedilən bir xaos yaratmaq mümkün olmaz. Bunu təcrübədən keçirmək istəyən Türkiyəni çox ciddi bir təhdidlə qarşı-qarşıya qoyar. Bu gün zəruri olan sülh içərisində və demokratik haqları qəbul edən, “yox” deyənlərin də hüquqlarını qoruyan bir yanaşmayla referenduma getməkdir. Biz buna çalışırıq.

 

 

– Yəni yenidən Gəzi hadisəsi kimi bir olayın baş verməsi gözlənilən deyil ki?

 

– Mən baş verməməsinə üstünlük verirəm. Gezi hadisəsi kimi bir olay üçün küçəyə çıxanın ya sağlam düşünmək qabiliyyətini itirdiyini, ya agent olduğunu, ya da axmaq olduğunu düşünürəm.

 

– Bir də Ərdoğanın “hayırcıları” terrorçu adlandırması, deyəsən, xalqı bir az geri çəkib. Bu fikir ictimai rəy sorğusunda “yox” deyənləri azaltmayıb ki?

 

– “Yox” səsini azaltmadı, əksinə daha da qətiyyətli şəklə saldı və artırdı. Çünki türk xalqı ona təzyiq göstərilməsini sevmir.

 

 

“Yox” demək bir şərəfdir

 

– Burda olduğum müddətdə sadə insanlarla danışanda  onların “terrorçu” damğası almaqdan qorxduğunu gördüm. Bu da istər-istəməz nəzitəcəyə təsir edə bilər...

 

– Təbii ki, heç kim “terrorçu” adlandırılmaq istəməz. Amma “yox” deyənlərə “terrorçu” demək heç kimin həddinə deyil. Mən “yox” deyirəmsə, sonuna qədər deyəcəm. “Yox” demək bir şərəfdir. Çünki bu, parlament idarətməsini müdafiə etməkdir. Biz də insanlara bunu izah etməyə çalışırıq.

 

– Bəs Dövlət Baxçalının mövqeyini dəyişərək Ərdoğanın yanına keçməsi bu gücü azaltdı yoxsa MHP-ni daha da coşdurdu?

 

 Baxçalı kimin yanına keçirsə, o uduzur. Tarix bunu göstərir.

 

– Səhv etmirəmsə, elə MHP-lilərin açıqlamasında belə bir fikir vardı ki, Baxçalı, Ərdoğan başqan olsa da, uduzacaq, olmasa da. Yəni hər iki halda uduzan Baxçalı olacaq...

 

– Baxçalı haqqında çox danışmaq istəmirəm. Amma o, özünü siyasətdən silən bir adamdır.

 

– Elə bu günlərdə də Baxçalının sizin üçün artıq bir tarix olduğunu söylədiniz. Bəs onun tarixə keçməsi bu tarixi mərhələdə nəyisə dəyişdirdimi?

 

– Yox, heç nəyi dəyişmədi. Baxçalı son 10 ildə başqanlıq sisteminin Türkiyəni parçalayacağını deyirdi. Ya indi yalan danışır, ya da o vaxt yalan danışırdı. Hansında yalan danışırdı, çox maraqlıdır. Amma biz 10 ildir müdafiə etdiyimiz fikrin arasında dururuq. Baxçalının isə MHP-nin əngəllənməsində sarayın əməyinə təşəkkür etmək üçün Ərdoğanı başqanlığa aparmaq istədiyi qənaətindəyik.

 

– Özüylə bir söhbətiniz olubmu, ictimaiyyətə açıqladığından fərqli bir şey söyləyibmi sizə?

 

– Mənim yox, amma Yusif Halaçoğlunun onunla iki dəfə söhbəti olub. Fərqli bir şey söyləməyib. Hər iki söhbətin nəticəsində nə qədər doğru qərar aldığımızı bir daha anladıq.

 

– Ötən il MHP sədrliyinə namizəd olduğunuzu açıqlamışdınız. Bu barədə indi nə düşünürsünüz?

 

– Bu gün nə Türkiyənin gündəmində, nə də mənim gündəmimdə MHP qurultayı var. Mənim  gündəmimdə tək şey var: referendum və onun nəticəsinin “yox” olması üçün əlimizdən gələni etmək.

 

– Bəs nəticə “hə” olsa, nə olacaq?

 

– Çox, çox, çox pis olacaq. Sadəcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox pis nəticələr doğuracaq.

 

– Amma siz çox ümidli görünürsünüz...

 

– “Yox” çıxacağından əminəm. Amma bunun üçün çox mücadilə edəcəyik.

 

 

 

“Hə” çıxarsa, bu, təkcə Türkiyəyə deyil, bütün bölgəyə təsir edəcək

 

 

– Ümid bəy, mərhum yazar Uğur Mumcunun məşhur bir çıxışı var və demək olar ki, bütün mətbu orqanlarda onun Türkiyənin gələcəyi ilə bağlı verdiyi proqnozların özünü doğrultduğu yazılıb. Bəs siz bir aydın olaraq Türkiyənin gələcəyinə dair hansı qənaətdəsiniz?

 

– Mən Türkiyənin gələcəyindən ümidliyəm.Türkiyə Ərdoğana qalib gəlmiş bir ölkədir. Avtoritar, tək adam rejimini də aşacaq. Türkiyədə bu layihənin xalqı içinə sürükləməyə çalışdığı ikiyə bölünməni geridə qoyacaq. Türk milləti bir millət olduğunu xatırlayaraq demokratiyaya və təkrar istehlak iqtisadiyyatından istehsal iqtisadiyyatına, israfdan, millətin qaynaqlarının yağmalanmasından qurtularaq o  qaynaqlara sahib çıxılmasına geri dönəcək. Həmçinin, parlament idarəetməsi çərivəsində milli birliyini qoruduğu kimi iqtisadi inkişafını da həyata keçirəcək.  Amma bu referendum bu nöqtədə önəmli bir mərhələni təşkil edir. Bu refendumdan hiyləylə, təzyiqlə “hə” çıxarılarsa Türkiyə üçün bu gün olduğundan da ağır bir dövr başlayar. Və bu ölkə çətin illər, çəyin günlər yaşayar. Bu da ümumilikdə Qafqazın, Orta Şərqin, Balkan ölkələrinin çətin bir dövrə qədəm qoyması deməkdir. Çünki Türkiyə sadəcə Qafqaz, Orta Şərq, Balkan ölkəsi deyil, bu üç yarımadanın birləşdiyi nöqtədə yerləşən bir ölkədir. Burda yaşanan böyük iqtisadi cəhətdən qeyri-sabitlik bölgədə dağıdığıcı effekt yaradar.

 

– Belə bir sual vermək istəyirəm. Deməli, Türkiyədə hər dəfə terror hadisəsi baş verəndə Azərbaycanda da gündəm dəyişir və bu kimi hadisələrin təqsirkarı kimi ölkə başçısını qınayırlar. Siz bu terror olaylarını nə ilə əlaqələndirirsiniz, niyə dayanmaq bilmir bu hadisələr?

 

– Ona görə belə düşünülür ki, Ərdoğan terrorla mübarizə apara bilmədi.  Əksinə, terrorun yolunu açdı, terrorçularla anlaşa biləcəyini düşündü, onların şəhərlərə yerləşməsinə şərait yaratdı. Dövlət qüvvələrinin terrorla mübarizə aparmasının qarşısını kəsəcək addımlar atdı. Nəticə etibarilə PKK-nın bu gün olduğu yerə gəlib çıxmasını təmin etdi. Eyni zamanda, Ərdoğan Suriya siyasətiylə İŞİD və PYD-nin daha geniş ərazilərə nəzarət etməsinə şərait yaratdı. Bunları unutmadıq. Bu, Ərdoğanın yanlış siyasətinin nəticəsiydi. Ancaq Türkiyə Suriyada sabitliyi dəstəkləməliydi. Bunu etmədi. Bəşər Əsədi devirmək üçün yola çıxdılar, amma Əsəd devrilmədi. “Əsədi devirəcəyik” deyən Davudoğlu özü devrildi. Bu cür davam edərsə, böyük ehtimalla Ərdoğan özü də devriləcək və Əsəd Ərdoğanın devrilməsini görəcək.

 

 

– Ümid bəy, bu kimi faciələr Azərbaycanı üzdüyü qədər, Türkiyənin dayanışma gücü, dik duruşu bizi də qürurlandırır, bizə də güc verir. Siyasilərinizdən tutmuş sənətçilərinizə qədər hər kəs bu mübarizəyə baş qoyub. Amma bizim ucqarlarda yaşayan, elmsiz, təhsilsiz insanlarınızdan xəbərimiz yoxdur. Onlar da bir dirəniş nümayiş etdirirlərmi, onlardan sarı da ümilisinizmi?

 

– Bəli, bəli. Onlardan da ümidliyəm. İnsanlar tək adam rejiminı qarşıdılar, belə idarəçiliyi istəmirlər. Bu rejimin Türkiyəni fəlakətə aparacağına inanırlar. Hətta AKP seçicilərinin belə çoxu “hə” demir. Elə ona görə “hə” sayı belə azdır. Onlar deyir ki, bu gün də bir seçki olsa, AKP-yə səs verərik, amma başqanlığa “hə” demərik. Çünki bu gün başqanlığa mənim dəstəklədiyim adam gələr, amma sabah mənim heç dəstəkləmədiyim adam iqtidara gələrsə, nələr edər...

 

 

– Amma övladına “Evet” adı verən insanlar da var...

 

– Onlar hər yerdə var. Bir tərəfdə 10 faiz Ərdoğandan nifrət edən insan var, digər tərəfdə 10 faiz ona “sitayiş edən” insan var.

 

– Səmimidir onlar, yoxsa qorxurlar, ya nələrisə itirmək istəmirlər, nəyəsə ümid edirlər?

 

– Hə, səmimidirlər. Hər iki tərəf səmimidir. Amma onların səmimi olması qorxuncdur. Çünki məntiqli bir qərar vermirlər. Nifrət və ya sevgiylə qərar verirlər.

 

– Onları fikirlərindən daşındırmaq da olmaz yəni...

 

– Yox. Onlar bir-birləriylə döyüşə də bilərlər. Təhlükəlidir bu.

 

– Belə bir qarşıdurma gözləniləndir hazırda?

 

– Bəli. Bu, böyük riskdir və mən buna görə də bu referendumun ertələnməli olduğunu da demişəm. Ancaq saray bunu gözə alıb, belə bir qarşıdurma yaranarsa, bunu idarə edə biləcəyini düşünür.

Azərbaycan toplumu çox dinamikdir və dünyayla təsiredici bir ünsiyyətdədir

 

– Bəs qardaş ölkə olaraq sizi Azərbaycanla bağlı narahat edən məqamlar varmı?

 

– Əvvəlcə narahat edənlərdən yox, məni sevindirən məqamlardan danışım. İlk növbədə, Azərbaycan dövlət olma mərhələsini yaşayır. Dövlət olman asan deyil. 1 ildə, 10, 20 ildə belə dövlət olmaq olmaz. Azərbaycanın dövlət olaraq müstəqilliyini itirdiyi çox oldu. Çox nəsillər müstəqil dövlətə sahib olmadan yetişdilər. Bu gün Azərbaycanda doğulduğu zaman müstəqil bir ölkənin vətəndaşı olan uşaqlar əsgərliyə getməyə başlayıblar. Bu, çox önəmlidir. Onlar başlarının üstündə bir başqa bayraq görmədilər, yad dil eşitmədilər. Amma bu uşaqlar əsgərlikdən sonra, qızlar məktəbi bitirdikdən sonra dövləti idarə etməyə başladıqları zaman istər ictimai mənada, istərsə də insani baxımdan bir müstəqil quruluş formalaşmağa başlayacaq.

 

Türkiyədə Osmanlı imperiyasının yıxılmasından sonra və tək partiya rejimi formalaşdırmaq adı altındakı proses 1923-cü ildən 50-ci ilə qədər davam etdi. 1950-ci ildə artıq ikipartiyalılığa keçildi. Azərbaycanda bu mərhələ yaşanan zaman bir dövlət quruluşu formalaşmağa başladı. Bu dövrdə, məsələn, iqtidarın Elçibəyə artıq sabiq prezident kimi yanaşmasında gördüm. Yəni hakimiyyət bir ailədən çıxır, dövlət bir quruma çevrilir. Dövlətin bir qurum olması qoyduğu qanunlara özünün də əməl etməsiylə bağlıdır. Həmçinin, ordusunun bir qurum olmasıdır. Bunlar müsbət göstəricilərdir. İkincisi, Azərbaycan toplumu çox dinamikdir və dünyayla da təsirə malik bir ünsiyyətdədir. Bir çox azərbaycanlı gənc Amerikada, Türkiyədə, Avropada təhsil alır, sonra ölkəsinə qayıdıb xidmət edir. Digər ölkələrlə müqayisədə siyasi mədəniyyətin müsbət və mənfi tərəflərini görə bilir. Sabah bunları bir-birindən ayırd edib müsbət tərəflərin Azərbaycanda siyasi mədəniyyətin bir hissəsinə çevrilməsi və demokratikləşməsinə öz töhfəsini verir. Mən belə düşünürəm. Təbii ki, Azərbaycanda seçkilər keçirilir, bu seçkilər kifayət qədər demokratik deyil, bunu görürük. Amma Azərbaycanda demokratik seçkiyə gedən yolun çox vaxt almayacağını da görürük. Yəni Azərbaycanda daha demokratik seçkilər gerçəkləşməyə başlayacaq. Digər tərəfdən, ölkənizdə müstəqil iqtisadiyyatın və zənginləşmənin də nəticələrini müşahidə edirik. Azərbaycan 1992-ci ildəki ölkə deyil. Gəlir ədalətsizliyi varmı, var. Ancaq bu, Türkiyədə də, Amerikada da var. Amma Azərbaycan sahib olduğu qaynaqlarla XXI əsrin toplumu olmaq xüsusiyyıtinə sahibdir.

 

Azərbaycan dövlət idarəçiliyi ictimai diplomatiyanın təsirli olduğunu anladı və bunu uğurlu hesab edirəm. Ancaq eyni zamanda, demokratiyaya xarici müdaxilənin olmasına zəmin yaratmadan özlərinin şəkilləndirməsini istəyirəm. Bunu demokratikləşmənin gücünü anlayıb daxili dinamikliklə həll edə bilərlər.

 

– Son olaraq bir şeyi soruşum. Deməli, britaniyalı təhlilçi, jurnalist Tomas Vaal bu yaxınlarda məqaləsində yazmışdı ki, Türkiyənin Ermənistan məsələsində Azərbaycanın yanında dayanması heç nəyi dəyişmir. Amma bu mövqe onun Rusiyayla münasibətinə xələl gətirir. Siz bu mövzuda nə düşünürsünüz?

 

– AKP hökumətinin Ermənistan və qondarma soyqırımı siyasəti uğursuzdur. Bunu lap başdan görmək lazım idi. Və Türkiyə bu məsələdə nə edir-etsin, bunun Bakıyla bərabər şəkildə etməyi gərəklidir. Qərarlar birlikdə verilməlidir. Ermənistan bir tərəfdə Rusiyadan, digər tərəfdə ABŞ-dan çox təsiredici şəkildə istifadə edir. Bunu qəbul etmək lazımdır. Buna qarşı Türkiyə və Azərbaycan ortaq hərəkət etməsələr, bir-bilərini küsdürəcək addımlar atsalar, bundan ancaq ermənilər fayda görər. Amma həm Azərbaycan, həm də Türkiyə zərərli çıxar. Bunu indidən duymaq lazımdır.

Mənbə: Müəllif: Sevinc Fədai
Türk, insanı, AKP-yə, “hə”, deyər,, başqanlığa, səs, verməz,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı