Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 20:02 130 nəfər oxuyub
 
“Türk iş adamlarının təşəbbüsünü alqışlayırıq” – Məlahət İbrahimqızı
GÜNDƏM Xəbəri
“Türk iş adamlarının təşəbbüsünü alqışlayırıq” – Məlahət İbrahimqızı

“Türkiyəli iş adamlarının “Cocuq Mərcanlı” brendi ilə dünyaya çıxması ilə bağlı təşəbbüslərini alqışlayırıq. Onlar illərdir istifadəsiz qalan torpaqlarda heyvandarlığı inkişaf etdirmək istədiklərini dilə gətiriblər. Bu çox təqdirəlayiq haldır. İnanıram ki, bizim dövlət strukturlarımızla, aidiyyatı qurumlarla razılaşdırıldıqdan sonra bu təşəbbüs gerçəkləşdiriləcək​”.

 

Xeber365.com-un informasiyasına görə, bunu millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkili qeyd edib ki, Ankara ilə Bakının problemləri ortaqdır. Sevinci də, kədərimiz də birdir. Təkcə türk iş adamları yox, Azərbaycan da imkan olduqca Cocuq Mərcanlı adı altında bütün beynəlxalq təşkilatlarda, iqtisadi sferada, bütün sahələrdə layihələr həyata keçirməlidir:

 

“Türkiyədən olan iş adamlarının, dostlarımızın Qarabağ məsələsinə, Cocuq Mərcanlıya bu qədər həssaslıqla yanaşmasını təqdirəlayiq hesab edirəm. “Cocuq Mərcanlı” brendi altında dünyaya çıxacaq məhsullar Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir”.

Mənbə: Müəllif: XƏBƏR365
“Türk, iş, adamlarının, təşəbbüsünü, alqışlayırıq”, –, Məlahət, İbrahimqızı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı