Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 16:20 240 nəfər oxuyub
 
Türk ordusu Suriyada yeni əməliyyata başlayır
DÜNYA Xəbəri
Türk ordusu Suriyada yeni əməliyyata başlayır

Yaxın günlərdə Türkiyə ordusu PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara start verəcək.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bugünkü konfransında məlumat verib.

 

“Türkiyə Suriyada İdlib əməliyyatı ilə bu terror dəhlizinin qərb qanadını çökdürməyə müvəffəq oldu. Afrindəki terrorçular təslim olmasalar, Afrini onların başına yıxacağıq. Suriyanın Münbic bölgəsindən terrorçuların çıxacağı ilə bağlı bizə verilən vəd yerinə yetirilməzsə, öz göbəyimizi özümüz kəsəcəyik. Bir həftə tamamlanmamış nə edəcəyimizi görəcəklər” deyə Türkiyə lideri bildirib.

 

"Fərat Qalxanı" əməliyyatı zamanı 3 min İŞİD terrorçusunun məhv edildiiyin xatırladan Ərdoğan lazım olsa, 3 min terrorçunu da məhv edə biləcəklərini deyib.

Mənbə: Müəllif:
Türk, ordusu, Suriyada, yeni, əməliyyata, başlayır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı