Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 17:25 74 nəfər oxuyub
 
Türkiyə-Azərbaycan iqtisadi ortaqlığı bununla bir addım da irəlilədi
İŞ DÜNYASI Xəbəri
Türkiyə-Azərbaycan iqtisadi ortaqlığı bununla bir addım da irəlilədi

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvarı ziyarət edib. 
 

Millət vəkilinin sözçüsünün Xeber365.com-a verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisində baş tutan görüşdə Azərbaycan və Türkiyə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. 
 

Təqribən 3 həftə əvvəl vəzifəsinə başlayan səfir Xəzər İbrahim səmimi söhbət əsnasında iki dost və qardaş ölkə arasında münasibətlərin, həm bölgə, həm də dünya üçün önəmli olduğunu vurğulayıb. 
 

Öz növbəsində türkiyəli millət vəkili Necdet Ünüvar da Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan boru xətti ilə başlayan iqtisadi ortaqlığın Bakı-Tbilisi-Qars dəmiryol xətti  ilə bir addım daha irəli getdiyini deyib. 
 

Millət vəkili qeyd edib ki, Dəmir yolunun təmin edəcəyi nəqliyyat əlverişliliyi dünya ticarəti baxımından da önəmlidir. 
 

Ünüvar, TANAP layihəsinin də hər iki ölkə üçün önəminə diqqət çəkib. Bildirib ki, Azərbaycan dünya bazarına təbii qaz çıxararkən, Türkiyə də bu layihə ilə daha ucuz qaza nail olacaq.

Mənbə: Müəllif:
Türkiyə-Azərbaycan, iqtisadi, ortaqlığı, bununla, bir, addım, da, irəlilədi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı