Xəbər haqqında
29 Noyabr 2017 - Çərşənbə 16:57 754 nəfər oxuyub
 
Türkiyə-Ermənistan sərhədində böyük anti-terror əməliyyatı
DÜNYA Xəbəri
Türkiyə-Ermənistan sərhədində böyük anti-terror əməliyyatı

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

 

Xeber365.com Türkiyə KİV-inə istinadən bildirir  ki, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardumançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib. 

 

Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir. 


Ağrı əyaləti Jandarm Komandalığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları başda olmaqla bütün bölgədə fasiləsiz olaraq, aparılacaq.


Qeyd edək ki, bir müddət əvvəl terrorçu PKK qruplaşması silahlılarının Ağrı əyaləti ərazisindən Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçdikləri haqda məlumat yayılmışdı. 

Mənbə: Müəllif:
Türkiyə-Ermənistan, sərhədində, böyük, anti-terror, əməliyyatı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı