Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 13:31 398 nəfər oxuyub
 
Türkiyədə həbsdən rüşvətlə çıxdım - Rza Zərrab
DÜNYA Xəbəri
Türkiyədə həbsdən rüşvətlə çıxdım - Rza Zərrab

Rza Zərrabın məhkəmə iddiaları bu gün də gündəmin əsas mövzusu olub. İranlı iş adamı Türkiyədə həbsdən buraxılmasında da rüşvətin rolu olduğunu deyib. 

 

Xeber365.com Sözcü-yə istinadən bildirir ki, 17 dekabr 2013-cü il əməliyyatları çərçivəsində 74 gün həbsxanada qalan Rza Zərrab həmin vaxt azadlığa çıxmasında da rüşvətin rolu olduğunu deyib. İş adamı deyib ki, həbsxanadan çıxdıqdan sonra da Xalqbankla “əlaqə”ləri davam edib. 

 

Məhkəmədə Zərrabla prokuror arasında belə bir dialoq olub: 

 
Sual: 17 dekabr 2013-də nə baş verdi?

Cavab: Saxlanıldım.

Sual: Necə oldu ki, azadlığa çıxdınız?

Cavab: Vəkillərim gəldi görüşdük sonra azadlığa çıxdım. 

Sual: Azadlığa çıxmaq üçün pul ödəmisinmi?

Cavab: Bəli ödəmişəm. 

Sual: Rüşvət?

Cavab: Qismən.

Sual: Həbsxanadan çıxdıqdan sonra yenə işinizlə məşğul oldunuz?

Cavab: Bəli cənab. 

Sual: Nə etdiniz? 

Cavab: Azadlığa çıxdıqdan sonra yenidən ticarətə başlamaq üçün Xalqbankla görüşdüm. 

Sual: Nə danışdınız?

Cavab: Ticarətin davam etdirilməsi üçün lazım olan ehtiyacları müzakirə etdik. 

Sual: Sonra nə baş verdi?

Cavab: Bankdan çıxdım. Yenidən cənab baş direktorla görüşdüm. Düzəldə bilməyəcəyim sənədlər barəsində ona məlumat verim 

Sual: Ne dediniz?

Cavab: Akreditasiya olmaz dedim. Mövcud sənədlərlə mümkün olacağını dedim.  

Sual: Baş direktor nə dedi?

Cavab: “Baxıb sənə xəbər edərəm” dedi
 

Məhkəmənin sonunda Rza Zərrab 17 dekabr tarixindən sonra heç bir Xalqbank əməkdaşına rüşvət vermədiyini deyib. 

Mənbə: Müəllif:
Türkiyədə, həbsdən, rüşvətlə, çıxdım, -, Rza, Zərrab,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı