The document has moved here.
|
||
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Türkiyə beynəlxalq terrorizmin deyil, beynəlxalq imperializmin hədəfindədir”
Bunu Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin və Türkiyənin Ərciyəz Universiteti Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Çaxmaqlı dekabrın 10-da İstanbulda baş verən və 44 nəfərin ölümüylə nəticələn terror hadisəsi barədə xəbər365-ə danışarkən deyib.
Yaxın Şərqdə hələ məsələlərin həll edilmədiyini deyən professor bildirib: “İki gün əvvəl mən Antalyada bir beynəlxalq Birinci Dünya Müharibəsiylə bağlı konfrasdaydım. Orada da bu nəticəyə gəlindi ki, Türkiyəni Yaxın Şərqdə bölgəsindən çıxarmaq və orada öz işlərini kefləri istədiyi kimi görmək istəyənlər ona nail olmayıbla, İraq və Suriyada yaşananlar da Birinci Dünya Müharibəsinin davamıdır. Türkiyə də bu bölgədə söz sahibi olmasını hər addımda ortaya qoyduğundan bu haqqı onun əlindən almaq çətinləşir. Ona görə də fərqli yöntəmləri işə salırlar. Bunlardan biri terrordur.
Beşiktaş terroru nə üçün bu günlərdə baş verməsinin səbəbləri var. Türkiyə artıq cənub sərhədlərində bir güvənlik bölgəsi yaratmaq ərəfəsində idi. Əl-Babda əməliyyat keçirildikdən sonra Münbiç sırada olacaqdı. Amerikanın dəstəklədiyi və silah verdiyi PYD Fıratın o biri sahilinə atılacaqdı. Bu, yenə olacaq. Türkiyə bir terrorla, bir zərbə ilə öz qərarlı addımından dönən ölkələrdən deyil. Amma məsələ ondadır ki, terrorla verilən mesaj daha uzun gələcəkdə burada proseslərə Türkiyənin göz yumması üçün edilir. ABŞ-ın da, digər maraqlı ölkələrin də əsas amacı burada bir kürd dövləti yaratmaqdır. Türkiyə buna imkan vermir”.
Tarixçinin fikrincə, terror və bu kimi təhdidlər Türkiyədə hələ uzun müddət davam edəcək: “Əlbəttə, ortada Ərdoğan faktoru da var. Gəzi olaylarından bu tərəfə dəyişən bir siyasət yoxdur. Mən Yaxın Doğu Projesini nəzərdə tuturam. Türkiyə Amerikanın eşbaşkanı olmaq istəmədi. Öz sərhədlərinin güvənliyi qayğısına qaldı və ən doğrusu da budur. Bu gün PKK , PYD , İŞİD və onların yerinə peyda etdiriləcək başqa bir terror örgütünün hədəfi Türkiyədir. Türkiyə bu vəziyyətdən çıxa biləcəkmi, proqnoz vermək çox çətindir. Onu da bilməliyik ki, Türkiyənin başının üstündəki bu təhlükə Azərbaycandan da yan keçməyəcək. Bu mənada hazır olmalıyıq”.
|
||
|
||
“Türkiyədəki, təhlükə, Azərbaycana, da, təsir, edə, bilər”, |
|