The document has moved here.
|
||
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislər yanvarın 20-də ölkəmizə gəlib.
"Xəbər365"in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, FHN-nin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Eyni zaqmanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər. |
||
|
||
Türkiyədən, peşəkar, klinik-psixoloq, və, psixoterapevtlər, ölkəmizə, gəlib, |
|