Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 15:47 147 nəfər oxuyub
 
Türkiyədən yeni qərar: təyyarələrdə polis olacaq
DÜNYA Xəbəri
Türkiyədən yeni qərar: təyyarələrdə polis olacaq

Türkiyəyə gələn və gedən beynəlxalq uçuşlar silahlı polislər tərəfindən müşayiət olunacaq

 

Xeber365.com "RİA Novosti"ə istinadla yazır ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan məlumat verib. Arslanın sözlərinə görə, Türkiyənin hava limanlarına və əks istiqamətdə bir sıra beynəlxalq reyslər silahlı polislər tərəfindən müşayiət olunacaq.

 

Türkiyə parlamentinin ötən həftə qəbul etdiyi qanuna əsasən, terror hücumlarına qarşı tədbirləri gücləndirmək məqsədilə Türkiyəyə və Türkiyədən uçuş həyata keçirən təyyarələrdə silahlı polislər ola bilər.

 

"Təhlükəsizlik məqsədilə göyərtədə silahlı polislərin olması təcrübəsi yalnız Türkiyədə tətbiq olunmur. Bu üsuldan ABŞ və Böyük Britaniya da olmaqla, bir çox ölkələr yararlanırlar. Bizim qanunvericilik əvvəlcə buna icazə vermirdi, buna görə də bəzi çətinliklər yaranırdı“ deyə nazir vurğulayıb.

 

Mənbə: Müəllif:
Türkiyədən, yeni, qərar:, təyyarələrdə, polis, olacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı