Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 22:15 109 nəfər oxuyub
 
Türkiyədə Rusiya səfirinin qətli ilə əlaqədar daha bir nəfər həbs edildi
DÜNYA Xəbəri
Türkiyədə Rusiya səfirinin qətli ilə əlaqədar daha bir nəfər həbs edildi

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib.
 

Xeber365.com-un “APA”ya istinadən verdiyi məlumata görə, sabiq Türkiyə informasiya və rabitə texnologiyaları idarəsinin əməkdaşı olan şəxsin adı açıqlanmır.
 
Həbs edilən şəxsə qarşı "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə ittiham irəli sürülüb.
 
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib. İndiyədək hadisə ilə əlaqədar üçü polis əməkdaşı olmaqla 6 nəfər həbs edilib.

 

Mənbə: Müəllif: XƏBƏR365
Türkiyədə, Rusiya, səfirinin, qətli, ilə, əlaqədar, daha, bir, nəfər, həbs, edildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı