Xeber365.com saytının əməkdaşları Türkiyə səfəri zamanı Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Əhməd Berat Çonkarla da görüşdük. Əhməd Berat Çonkarla yeni dünya düzənində Türkiyənin yeri, Orta Doğu siyasəti, Azərbaycanla münasibətlər və digər məsələlərə toxunduq. 1976-cı ildə Ankarada doğulan Əhməd Berat Çonkar Boğaziçi Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsinin məzunudur. 2011-ci ildə millət vəkili seçilib. Məclisin Kolumbiya və Almaniya Dostluq qruplarının başqan yardımçısıdır.
- Sayın millət vəkilimiz, Sayın Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Yeni Dünya düzənində yeni Türkiyə şüarını irəli sürdü. Bundan əvvəl isə qonşularla sıfır siyasəti olmuşdu. Bu mənada Yeni Dünya Düzənində Yeni Türkiyə şüarı hansı anlama gəlir?
- Təbii ki, dünya düzəni önəmli çalxanmalardan, sıxıntılı dönəmdən keçir. Türkiyə də bu dövrdə çox tutarlı və müstəqil siyasət apararaq dünyanın yeni şəkilləndiyi dönəmdə bölgədə istiqrar göstərcisi olaraq həm çevrəsinə, həm də dünyaya pozitiv örnək olmaq qayəsindədir. Yəni bu yeni dünya düzənlənəcək və proses getdikcə Türkiyə doğru dəyərləri müdafiə edərək doğru iş birliklərini yaradaraq digər ölkələrlə də bəlli model, işbirliyini inkişaf etdirəcək. Qayəmiz dünyanın hamımızın gözlədiyi barış, güvən, istiqrar şəraitinin yaranmasıdır. Təbii ki, öncə Türkiyənin öz daxili siyasətində ictimai rifahı artıraraq balanslaşdırılmış siyasətinin sağlam otuzdurmasıdır. Yeni Türkiyədən danışdıqda ölkəmizin keçmişdə yaşamış olduğu iç və ictimai barışıyla əlaqəli sıxıntıları aşaraq tamamilə cəmiyyətin standartlarını, rifahını artıran siyasi qərarlıqla ölkə qurumlarının yenidən qeydiyyatdan keçirməsidir. Həm də bunların təkrarən inşa edilməsi, dünyanın bugün içində olan meydan oxunmalarına qarşı hazırlıqlı hala gələ bilməsi, yəni pozitiv dəyərərləri dünyaya daşıya biləcək gücdə təşkilatlanmasıdır.
- O zaman dünyanın, daha doğrusu, ABŞ-ın Orta Doğu siyasətində Türkiyənin yeri hardadır və Türkiyə bir dövlət olaraq bundan nə qazanır?
- ABŞ da Türkiyənin önəm verdiyi müttəfiqlərindən biridir. Xüsusən NATO çərçivəsində güvənlik boyutunda Avropa Atlantik Güvənliyinin sağlanması nöqtəsində çox keçmişi olan Türkiyə-ABŞ əlaqələrini görürük. Fəqət, yeni dönəmdə, xüsusiylə son 4-5 ildə yaşanan hadisələr bizim bölgəmizdə, Orta Şərqdə ciddi münaqişələr, sabitsizliyə səbəb oldu. Təbii ki, burada ABŞ-da daxil, Qərb dövlətlərinin də, çox siyasi aktorların da məsuliyyəti var. Yəni BMT-in daimi üzvü olan, supergüc kimi qəbul olunan Amerikanın əslində dünyada hamımızın ortaq dəyər olaraq qəbul etdiyi insan haqları, demokratiya, hüququn aliliyi, insan canının, mülkünün toxunulmazlığı kimi təməl dəyərlərdə doğru örnəklər ortalığa qoyması lazımdır. ABŞ-dan bu mövqe gözlənilirdi. Fəqət, Amerika bu məsələdə öz dəyərlərini müdafiə həddindən çox geriyə düşdü. Hətta antidemokratik hərəkətlərin Misirin örnəyində gördüyümüz kimi qiyamla hakimiyyətə gələn qrupun belə qarşısında Türkiyə qədər dəyərlərini müdafiə edə bilmədi. Bu, çox ciddi dəyər iflasını göstərir. Təbii ki, Türkiyə həm ABŞ, həm də Avropa ölkələrinə bu dəyərləri xatırladır. Ədalətin ön planda dayandığı iş birliyinin və qarşılıqlı aktivləşmənin öncələndiyi bir sistemin dünyada birgə qurulmasına zəruri ehtiyac olduğunu söyləyir. Çünki bölgəmizdə İraq, Suriya, Əfqanıstan, Yəmən, Misir və Liviyada bütün bu təcrübələr Türkiyənin müdafiə etdiyi dəyərlərin nə qədər önəmli və insanların rifahı, güvəni üçün vazkeçilməz olduğunu göstərir. Bu baxımdan Türkiyənin bütün dövlətlərlə əlaqələrində bir tərəfdən öz mənfəətlərini düşünərkən, başqa tərəfdən də dünyəvi anlamda bütün bəşəriyyətin bölüşdüyü dəyərləri müdafiə edir. Biz bu məsələdə qabaqcıl missiyasıyla hərəkət edirik.
- Rusiyanın Ukrayna siyasətinə rəsmi Ankaranın münasibətini bilmək istərdik, xüsusən Krımın ilhaqı olayına...
- Təbii ki, Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır. Biz bu mövqeyimizi Rusiyadan olan həmkarlarımızla hər görüşdə bölüşürük. Burada Türkiyənin müdafiə etdiyi əsas dəyər Ukraynanın ərazi bütövlüyüdür. Bu çərçivədə Türkiyə Ukraynanın daxilən barışığa nail olunması və regionun gələcək güvənliyinin möhkəmlənməsi tərəfindədir. Əlbəttə ki, Türkiyə Rusiya ilə çox önəmli ikitərəfli əlaqələrə malikdir. Fərqli düşündüyümüz məsələlərdə ən yuxarı hakim elita da fikir alış-verişində, bəlli anlamlarda münasibətini ortalığa qoyur. Rusiyanın Krım tatarlarıyla birgə öz daxilindəki bütün xalqların haqlarını gözətərək bu insanların bir körpü vəzifəsini gördüyü təməlində yaxınlaşma içərisindədir. Yəni arzuolunmaz bir durum var, Rusiyanın bu prosesdə Türkiyə və türk dünyasıyla əlaqələrini dəyərləndirdiyimiz zaman Ukraynada yaşanan böhranın buna mane olmaması əsadır. Fəqət, siyasi platformada və beynəlxalq qaydalar əsasında biz Rusiyaya işğalın qəbuledilməz olduğunu bildiririk. Ukrayna hökumətiylə də ikili əlaqələrimiz nöqtəsində bu münasibətlərin önəmli olduğunu xatırladırıq. Bu dövlətin inkişafı, təhlükəsizliyi Qara dənizdə işbirliyi ortaqlığının genişləndirilməsi üçün lazımdır. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrinin Avrasiya mərkəzli bir rifah yapınmasının oluşdurulması nöqteyi-nəzərindən çox böhranlı olduğunu bildiririk. Inşallah, bu problemlər müzakirələrlə, diplomatik yollarla çözüləcəkdir. Mən bu ümid içindəyəm.
- Türkiyənin xarici siyasətində Azərbaycanın yerinin harda olduğu bilinir, 1 millət iki dövlət. Yaxın 5 il üçün münasibətlər necə görünür? O, cümldən, Azərbaycan parlamentindəki həmkarlarınızla təmasların səviyyəsindən razısınızmı?
- Biz Azərbaycanı hər platformada təbii ki, strateji əlaqələlər baxımından dəyərləndirməliyik və münasibətlərimiz çox yaxşı səviyyədədir. Həm parlamentlər, həm millət vəkilləri arası dostluq qruplarının fəaliyyəti, yeri gəlsə, hakim elitalar və dövlət başçılarının, baş bakanların apardığı siyasət gerçəkdən çox yaxşı həddə çatıb. Enerji sahəsində qurduğumuz əlaqələr bölgənin gələcəyi və strateji dəyər baxımından ortalığa çıxan fürsətlər iki dövlət münasibətlərini bölgədə örnək əlaqələr kimi ortalığa çıxartdı. Eyni zamanda da NATO və Avropa Birliyi daxilində də Azərbaycanın mümkün olduğu dərəcədə də bu qurumların mexanizmlərində yer alaraq genişləndirməsinə dəstək veririk. Bu standartlar yerinə oturduqca Ermənistanın işğalçı siyasətinin çox sağlam təməllərlə aradan qaldırılacağına inanırıq. Biz bu çərçivədə Azərbaycana verdiyimiz dəstək çox güclüdür. Eyni qarşılığı Azərbaycandan görməkdən böyük məmnunluq duyuruq. Gerçəkdən də biz iç-içə keçmiş millətlərik, fərqli dövlətlər içində olsaq da, qardaşlıq haqqımız dünyada heç bir dövlətdə olmayacaq dərəcədədir. Inanıram ki, bunlar daha yaxşı istiqamətə daşınacaq.
- Sayın cümhurbaşkanı saytımıza söylədi ki, 2015-ci ilə daha güclü hazırlaşırıq, uydurma erməni soyqırımının 100 illiyini nəzərdə tuturam. Olarmı, siz bu hazırlığı konkretləşdirəsiniz?
- Təbii ki, bu məsələni normal ölçü dəyərində ələ almaq gərək. Məncə, çox qabartmağa ehtiyac yoxdur, 100 illik gəldiyi üçün xüsusi önəm vermək qənaətində də deyiləm. Onsuz da çox hadisələrin 100 illikləri olur və keçir. Bu məsələdə haqsız iddia ortalığa qoyulan və siyasi manevrlərlə, bir qədər də lobbi fəaliyyətlərilə doğru olmayan qərarlara çox önəm verməyə gərək yox. Biz hər platformada Türkiyənin siyasətini və bu məsələyə baxışını anladırıq. Eyni zamanda, bu məsələlərin ölkəmizin başqa ölkələrlə olan münasibətlərini “zəhərləməməsi”, siyasi-iqtisadi anlamda münasibətlərdə yer almaması üçün tarixçilərin öhdəsinə buraxırıq. Yəni arxivlər açılaraq alimlər, tarixçilər tərəfindən ələ alınmasını ifadə edirik. Bu məsələdə çox rahatıq. Həm də erməni diasporası və ictimayyətilə anlaşmalar quraraq tarixi məsələlərin ortaq halda müzakirəsini düşünürük. Müzakirələr azəri və Türkiyə türkləri üçün də ola bilər. Nəticədə biz eyni coğrafiyanı bölüşən insanlarıq. Tarixdə fərqli sıxıntılar hər dövlət və cəmiyyət arasında yaşanır. Amma bunlar tarixin çərçivəsində qalır, ona görə bu gün üçün nə edəcəyimizi düşünməliyik. Türkiyə Böyük Millət Məclisi olaraq həm xaricdəki qurumlarla konfranslar keçirərək öz baxışımızı və vəziyyətimizi göstəririk. Əlbəttə, sivil toplum qurumları da gerçəklərin ortalığa çıxması üçün çalışırlar. Biz məsələnin siyasi mənada gündəmdə saxlanmasının Ermənistana və ona alət olan dövlətlərə fayda gətirməyəcəyi qənaətindəyik. Türkiyə və türk dünyası bu məsələdə özünə əmindir. Biz əminliklə hər bir məsələni dediyimiz çərçivələrdə müzakirəyə hazırıq və razılığın pozitiv irəliyə gedəcəyinin olması hər birimizin xeyrinədir.
|