The document has moved here.
|
||
“Türkiyə neftin qiymətinin enməsindən qazandı” | ||
“Nabucco” layihəsinin bu məsələ ilə hər hansı bir əlaqəsi yoxdu. Yəni neftin qiyməti 20 dollara düşsə də, 120 dollara qalxsa da, layihənin dizaynı ilə bağlı xüsusi bir şey olmayacaq. Qaldı bu məsələ ilə bağlı proqnoz verənlərə, son 4 ildə yanıldılar. Adını açıqlamaq istəmədiyim önəmli bir qurumun iki il əvvəlki proqnozuna görə, bu gün neftin qiyməti 135 dollar olmalı idi. | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
“Bəzən qiymətlərin düşməsi səbəbindən maliyyə çətinlikləri ilə üzləşdik”
Türkiyənin Enerji və təbii sərvətlər naziri Taner Yıldız Bakıda səfərdədir. Nazir Taner Yıldız önəmli konfransda ştirak edikdən sonra xeber365.com saytının suallarını da cavablandırdı.
- Neftin qiymətinin enməsi TANAP və TAP layihələrinin gerçəkləşəcəyinə şübhələri gücləndirir. Prezident İlham Əliyev də Münhen Konfransında bu məsələyə toxundu. Siz bu barədə nə düşünürsünüz? - Dünya bazarında xam neftin qiymətinin zamanla düşüb-qalxması bir hadisədir. Ona görə bu kimi böyük layihələrin təhdidləri və fürsətləri də bitməz. Bəzən qiymətlərin düşməsi səbəbindən maliyyə çətinlikləri ilə üzləşdik. Amma ümumilikdə layihəyə baxdıqda, belə bir təhlükə və risk görmürəm. Bu layihə başlanıbsa, inşaallah yekunlaşar. Bu baxımdan bir sıxıntı olmaz, yalnız 3-6 aylığına təqvimlərdə müəyyən dəyişikliklər ola bilər. Amma layihənin həyata keçməsinə maneə yaradacaq heç nə müzakirə mövzusu ola bilməz. - Amerika ekspertləri neftin qiymətinin 20 dollara düşəcəyini də bildirirlər. Belə olacağı təqdirdə “Nabucco” layihəsinin gündəmə gəlməsi mümkündürmü? - “Nabucco” layihəsinin bu məsələ ilə hər hansı bir əlaqəsi yoxdu. Yəni neftin qiyməti 20 dollara düşsə də, 120 dollara qalxsa da, layihənin dizaynı ilə bağlı xüsusi bir şey olmayacaq. Qaldı bu məsələ ilə bağlı proqnoz verənlərə, son 4 ildə yanıldılar. Adını açıqlamaq istəmədiyim önəmli bir qurumun iki il əvvəlki proqnozuna görə, bu gün neftin qiyməti 135 dollar olmalı idi. Amma indiki vaxtda artıq 35 dollara enəcəyi barədə düşünürük. Bu mənada proqnozların real bir qənaətə dayanmadığını düşünürəm. Çünki neft məsələsinin siyasi olaylarla bağlı olduğunu da görürük. Yəni buna siyasi hadisələrin də təsiri var. Ona görə bu məsələnin yalnız qiymətdən irəli gəldiyini düşünmürəm. Daha geniş mənada fərqli təsir imkanlarının olduğu qənaətindəyəm. - Ümumiyyətlə, Türkiyə neftin qiymətinin enməsindən nə qədər itirdi? - Türkiyə istifadə edən ölkə olduğu üçün neftin düşməsindən qazandı. Normal baxımdan 1 ildə 17 milyard dollar civarında qazancın olduğunu görürük. Dünyada 975 milyard dollarlıq maliyyə istehsal edən ölkələrdən istifadə edən ölkələrə doğru axır. İstehsalçı ölkələr son 7 ayda istifadəçi ölkələr axtardılar. Türkiyə də idxalçı və istifadəçi ölkə kimi indiki anda daha az xərcləyir. - Ancaq Rusiya ilə iqtisadi əlaqələrinizə zərər dəydi... - Təbii ki, Rusiya istehsal edən ölkədir. Rusiyanın daha az gəlir əldə etdiyi söylənilir. |
||
|
||
“Türkiyə, neftin, qiymətinin, enməsindən, qazandı”, |
|