The document has moved here.
|
||
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
“Bəlkə, bahar ölkəsinə açılan qapıdır ölüm…”
Xeber365.com Türkiyənin tanınmış aktyoru, ictimai mövqeyi ilə həmişə seçilən mərhum Tuncel Kurtizin illər öncə “Cümhuriyyət” qəzetinə verdiyi müsahibəni təqdim edir:
Tuncel Kurtiz həyatının, az qala, əlli ilini səhnədə, kinoda keçirib. Artıq teatra vaxt çatdırabilməsə də, kameraların qarşısından geri çəkilmək niyyətində deyil.
Nələr yoxdur Tuncel Kurtizin həyatında? Böyük dostluqlar, “Gümüş Ayı”kimi nüfuzlu mükafat, onlarla tamaşa, Yılmaz Güney, Can Yücel, Özdemir Asaf, Piter Bruk... “O danışsın, mən axşama kimi qulaq asım” deyirəm. Elə də olur. Elə yazılar var ki, bir boşluğa hamilədir.Nə qədər yazsan da sənə elə gəlirbitirməmisən; sualların hamısını verməmisən, istədiyin cavabları almamısan. Bu yazıda elədir. Nə danışsam, hardan başlasam, bir tərəfi əskik qalacaq.
76 illik ömrü bir yazıya sığdırmaq sizə asan gəlməsin.“Quzunun təbəssümü”ndəki Hilmini, “Sürü”dəki Hamo Ağanı, “Tənəkə”dəki Murtəza Ağanı.Və təbii ki, sevgiləri.
Hələ bu günü demirəm; səhnədə qala bilməyin gücünü və yoruculuğunu, peşmanlıqları, xəyalları. Hətta indi qarşımda necə dayandığını…
Çiyninə keçirdiyi çantayla orta məktəb şagirdinə bənzəyir Tuncel Kurtiz.Özündən soruşsan, “hələ şagirdəm” deyəcək.Tez-tez qeydlər apardığı dəftərini vərəqləsək, böyük bir bilgi dənizinə baş vurmuş olarıq. Hələlik bir neçə məqamı paylaşır bizimlə: Hər günsaat yarım piyada gəzir, gündə dörd qəzet oxuyur – “Cümhuriyyət”, “Birgün”, “Tərəf” və “Aydınlıq”. Ağızdolusu gülür, qəzəblənəndə səsi göy gurultusu kimi çıxır. Yox, bu da yetmədi. Bir az keçmişə gedək. 1940-cı illər. Edremitin orta məktəb səhnəsində bir uşaqözü düzəltdiyi pambıq saqqallaboyundan böyük rolda oynayır! Həmin gün alqış səsi onun yaddaşına hopur.Səhnədən enərkən yerə-göyə sığmır.Bir işi bacarmağın ləzzətiürəyindəküçələri bir aktyor ədasıyla arşınlayır.Amma qısa müddətə. Çünki o dövrdəbaşqa sevdası var: Yazıçılıq! Hətta özünü yazıçı zənn edir.İllərin və yolların onu yenidən səhnəyə gətirəcəyini xarici ölkələrdə uğur qazanacağını,dörd dəfə “Oskar”ın təqdimetməsinə qatılacağını, Berlində“Gümüş Ayı” alacağını və aktyorluqdan 76 yaşında belə vaz keçməyəcəyinihələ bilmir. HələliksəSait Faiki özünə örnək alangənc bir yazıçıdır. Oxuyur, oxuyur, oxuyur: Folkner, Heminquey, Zolya, Steynbek… “Mülkiyyətin tarixi”, “Marksizm nədir?” Sonra Cahit Ilgat, Can Yücel, Özdemir Asaf… O günlərdə qəlbini fəth edən imzalar bunlardır. Bu illər ərzində Tuncel Kurtiz hüquq oxumaq üçün daxil olduğu İstanbul Universitetinin fakültələrini gəzir: filologiya, fəlsəfə, psixologiya, sənət tarixi… Bu “gəzinti” özünün “dəli bir aktyor” olduğunu anlayana qədər davam edir.
Pambıq saqqalla başlayıb, bənövşəylə davam edən aktyorluq karyerası
- Nə zaman anladınız bunu?
– Universitetdə tez-tez oxu günləri keçirərdik. Orada bir hekayəmi oxudum.Görüşdən sonra mənə yaxınlaşdılar, “Bir pyes hazırlayırıq, başrol oynamaq istəyirsənmi?” dedilər.Razılaşdım.Yucin Oniilin “Böyük Allah Braun” əsərinin tamaşasında oynadım.Bəyənmədilər, fitə basıldım.Amma sonra sevgilimlə yemək yeyərkən Ege Ernart bir dəstə bənövşəylə təbrik elədi məni.
– “Ezel”den sonra bir daha serialda oynamayacam deyibmişsiniz. Sonra “Muhteşem Yüzyıl”a gəldiniz. Nə dəyişdirdi fikrinizi? – Əziz dostum, menecer Ayşe Barın! “Ezel”də çox yorulmuşdum.Bir ilə ancaq özümə gələ bildim.Kənddəki həyatım çox gözəldi: dağ var, dəniz var. Amma 60 illik işimi tamamiləbir kənara atmaq da istəmirəm. Ayşə“Sənə “Muhteşem Yüzyıl”ı tövsiyə edirəm, çox yormayacaqlar, şeyxülislam da maraqlı obrazdır” dedi. Mən də razılaşdım.
– Ebu Suud tarixdə ədalətli tərəfləri ilə yanaşı, ələvilərə yönəlik düşmənliyi ilətanınır. Sizin Ebu Suudunuz necə bir obrazdır?
– Mən, əlbəttə ki, azadlıq düşmənlərinə qarşı savaşan biriyəm. Yavuz Sultan dönəmində 40-50 min ələvinin qətl edildiyini, Pir Sultan Abdalın “Açılın qapılar, şaha gedəlim” dediyi üçün edam edildiyini, 1993-cü ildə Sivasda yandırılanları yaxşı bilirəm. Şeyxülislam “Ələvilərin qətli vacibdir” deyən biridir, fəqət Osmanlı hüququnu xeyli inkişaf etdirmişinsandır. Çiçəkləri çox sevirmiş.Hətta ədəbiyyatda “Ebu Suud sarısı”, “Ebu Suud bəyazı”ifadələri var. Onu tamamilə gerçəkçi bir prizmadan anlamağa, anlatmağa çalışıram.
– Bu işdən məmnunsunuzmu?
– Çox. Mənə hədiyyə kimi gəldi.Həftədə ikicə dəfə işləyirəm, çox yormurlar.Di gəl, rolum balaca olsa da, eşşək kimi işləyirəm.Günüm Ebu Suudun həyatını oxumaqla keçir: kəndi necəydi, İskilipə niyə getdi, ailəsi, şeyxülislam olmağı, Qanuniylə münasibətləri… Hətta fətvalarını belə tapıb oxuyuram.Çox həyəcanlıyam.
– Qəbul etməsəniz də deyəcəm: Aktyorluğun ustalarından birisiniz... – Pinəçinin ustası olar, sənətçinin yox.
– Sözüm ondadır ki, bu qədər hazırlaşmasanız belə rolunuz qəbul ediləcək. Niyə bu yaşda özünüzəəziyyət verirsiniz? – Mən çox pis tələbəydim, amma çox yaxşı oxucuydum. Bütün vaxtımı universitetin bufetində keçirirdim.Böyük xocaların dərslərinə girirdim.Sonra Özdemir Asafla, Can Yücelləqardaş kimi olduq. Münir Özkulla, Cahit Irgatla, Tarık Gürcanla, Erol Günaydınla, Müşfik Kenterlə... Belə böyümüşəm.İndi bir obrazı çalışmadan, öyrənmədən necə canlandıra bilərəm?Sənin asan dediyin şey mənə çətin gəlir.Mənə kiçik bir yer veriblər, daha böyüyünü oynamağa gücüm yoxdur, açığı.Üstəlik, get-gedə bu işim də çətinləşir.
– Niyə?
– Altan Elbulak demişkən, ilk 20 ili asanıydı, indi çətindi. Mən istedadlı adam deyiləm, bunu artıq qəbul etmişəm. Çalışaraq, güc-bəla bir nöqtəyə gəlmişəm.Bu aşmalı olduğum bir nöqtədir.Çünki qarşımda Marlon Brandonu, Humphrey Bogartı görürəm.Erol Günaydın səhnədə bircə dəfə o baş-bu baş yerisə, bəsdi. 1959-da aşiq olduğum qız üçünəzbərlədiyim bir şeir vardı: “Benimle gel, gecenin hali pek güzel...” Amma bu həftə deyəcəyim sözləri10 dəfə oxudum.
– İllər öncə “Sadəcə, inandığım, sevdiyim işlərdə olmaq istəyirəm” demişdiniz.Bunu bacara bildinizmi?
– Çalışıram. Çox ağır vaxtlarda, xüsusən də Avropada sevmədiyim işlər gördüm.Amma Piter Brukun dediyi kimi: “Tox aktyor acaktyordan yaxşıdır”.
- Rol aldığınız fimləri, serialları izləyəndə sizə necə təsir edir?
– Bəzən canlandırdığım obrazla yarı-yarıya birləşə bilirəm. Ona görə də bəzən rollarımməni narahat edir. Elə ki, üstündən 5-6 il keçdi, rahat oluram. - Yazdığınızı bilirik, bəs onları nə vaxt oxuya biləcəyik?
– 2004-cü ildə bir kitabım çıxdı. İki min tirajla yayımlanmışdı.Satılıb qurtarmayıb.Hələ çoxunu da mən satmışdım (gülür).
- “Ezel”den sonra da satılmadı?
– Kitablarımı Ramiz Dayı imzası çap eləmirəm axı.
– Yaxşı, onlarla rola həyat vermiş aktyor kimi Ramiz Dayı olaraq tanınmaq siziqəzəbləndirmir ki?
- Bir araəsəbiləşirdim. Belə şeylər çox tez unudulur.Çünki onurğasız işlərdir.Yeni bir serial gələr, o biri yaddan çıxar.Amma kino, kitab qalır.Bir ədəd satılsa, bir tamaşaçı olsa belə qalar, yaşayar.
– Yılmaz Güneylə tarixi bir dostluğunuz vardı…
– O, bıçaq itiləyən dəmir kimiydi: sərt, yalın… Cahit Irgatın Orhan Vəli barədə sözlərini ona da aid eləmək olardı: “Bu torpağın balası”ydı.
– Yılmaz Güney, Cahit Irgat, Can Yücel, Özdemir Asaf... İndi bu dostların heç biri yoxdu. Özünüzü tənha hiss edirsinizmi?
– İndi məni heç kəs tənha buraxa bilməz.Çünki onlarla birlikdəyəm.
– Bəs siz necə xatırlanmaq istərdiniz?
– Heç nə vecimə deyil. Nə deyirlər-desinlər.Türkiyə ölüsünü ən tez basdıran ölkədir.Mən ölümə inanmıram.Bəlkə, bahar ölkəsinə açılan qapıdır ölüm.Hamımız bu qapıdan keçəcəyik.Bu dünya nədir ki?Məzarıma iki şüşəşərab, sevdiyim filmlərimi və yarımçıq qalmış kitablarımı qoysunlar.Son səfərimdə onları oxuyub bitirim.
“Yenə eyni həyatı yaşayaram”
– Bir müsahibənizdə “Mən bir az da zər atmağa inanıram, fələk zərimizi atıb. Nə düşəcəksə, düşəcək” demisiniz.İndi geriyə dönüb baxandasizə daha çox nə düşüb:şeş beş, yoxsa yek?..
– Elə şeylər oldu ki həyatımda. İsraildə“Sürü”yə baxan iki rejissor “Ərəbcə oynaya bilərsənmi?” dedilər.“Oynayaram” dedim. Bu da bir növ zər atmaq idi.Amma çox çalışdım.O rolla“Gümüş Ayı”qazandım.
– Zər atmaqdan qorxduğunuz oldumu heç?
– Həmişə zər atdım, amma heyfsiləndiyim şeylər də oldu.Zər atmaqdan qorxmayan adam niyə gedib Felliniyə “Salam, mən Tuncel Kurtizəm” demədi.
– Başqa peşmanlığınız varmı?
– Çətin günlər keçirdim.Barrikadalar aşdım.Düz divara dırmaşdığım da oldu.Hələ yaşayıram, inanclıyam.Ona görə də eyni həyatı yenidən yaşamağa razıyam, təbii əgər bu, lazımdırsa.Peşmanlıq deyə bir şey yoxdur.Hər şeyi zövqlə elədim.Onları eləməsəydim, bugünkü Tuncel olmazdım.Elədik.Səhviydimi?Eyni səhvi bir daha təkrarlamayaq deyib keçərəm. Çəkdiyim siqaretlərin, içdiyim rakıların hesabına hamının bəyəndiyi bu səsi “əldə etdim”.Amma daha sistemli bir həyat yaşamaq istərdim.Her işim yarımçıqdır: ingiliscəm yaxşı deyil. Almancam da eləcə.Ancaq hamı bu dilləri yaxşı bildiyimi sanır.Almandan haralısan soruşuram, Tutaq ki, o da deyir Berlindən.Başlayıram bir film üçün əzbərlədiyim replikanı deməyə.Hamıda elə bilir almanca super bilirəm (gülür).
“Teatra gücüm qalmayıb…”
– Teatrdan ötrü darıxmısınızmı?
– Mən teatrda elə bir nöqtəyə gəlmişdim ki,yüz adamla“Şeyx Bədrədddin”i oynamışdım. Özündən demək kimi çıxmasın, tamaşalarım barədə ən yaxşı sözləri Vyanada eşitmişəm.Arxasınca yenə inadla çalışmağa başladım.Çünki onda hələ 57 yaşındaydım.Gəncləri başıma yığıb, “Son tanrıça”nısəhnəyə qoydum. İstədiyim kimi alınmadı. Hələ hazır deyildilər: Rəqs, musiqi, ritm. Vyanadakıaktyorlarım konservatoriya məzunu idi.Alətlərdə çala bilirdilər, ritm bilirdilər, rəqs bilirdilər. Sonra əməliyyat keçirdim.Həkim təyyarə səyahətlərini belə yasaqladı.Teatr böyük intizam tələb edir.İndi bu işə girişəcək gücüm yoxdur. – İçinizdə arzu kimi yaşayan bir rol qaldımı?
– Bir vaxtlar Muhsin Ertuğrul Bertold Brextin “Qaliley gəldi” pyesində məni görürdü, xaricdə müqaviləm var idi, gerçəkləşdirə bilmədik. Çexovun “Üç bacı”sında, “Vanya dayı”sında, “Albalı bağı”nda oynamaq istəyərdim.O qədər çoxdu ki arzuladığım rollar. Artıq xəyallarımı yazıram: Edə bilmədiklərimi, etmədiklərimi, edəcəklərimi…
– Heç teatr məktəbi açmağı düşündünüzmü?
– Düşündüm, amma sonra bu fikrimdən daşındım.Ancaq bir müddət xaricdə dərs demişəm.Hətta bir qızın pulu yox idi, işlədiyi meyvə-tərəvəz dükanından portağal, banan gətirirdi. Sonra çox yaxşı aktrisa oldu.
“Bəli, mən bir sosialistəm”
Tuncel Kurtiz özünə qarşı belə yorulmaz müxalifdir. Adil bir quruıuşun yalnız sosializmlə qurulacağına inanır.Təbii ki, fərdin azadlıqlarını qorunmaq şərti ilə. Əks halda, bir adamın yumruğu idarəçiliyinin qurulacağını düşünür. Bəli, o, bir kommunistdir, hem də illərdir. Necə olmasın: “500 ildir kapitalizmlə dünyanın hara gəldiyi ortadadır. Bir milyard insan acından ölür.Təkcə İraqda bir milyondan çox insan öldürüldü”.
“Məni qadınlar böyütdü…”
“Umut” filmindən sonra 4 il “Kann”da qaldım.Cibimdə pul qurtarmışdı.İsveçrəli sevgilim məni əlininiçində bəsləyirdi.Mənə baxan qadınlar sağ olsunlar, var olsunlar.Məni bir az da onlar böyütdülər. Onlar olmasa, işim çətin olardı.Sonra Türkiyəyə qayıtdım.Bir müddət işləyəndən sonra xaricə – kommunist yazıçı Jorji Amadunun yanına gedəcəkdim. İndiki həyat yoldaşımla tanış oldum. Ona çox tez vuruldum.Və İstanbulda qalmağı seçdim.Yaxşı ki, aşiq olmuşam.Bu gün yaşayıram.Yoxsa çoxdan ölərdim.Həyat yoldaşım mənə çox yaxşı baxır, yaşatmağa çalışır.
Kaz dağındakı həyatımızı çox sevirəm. Gözəl bir kitabxanam var. Həftədə ən azı dörd filmə baxıram, yeni çıxanlarla maraqlanıram. Hər səhər ən az iki saat piyada gəzirəm, üzürəm. Yazmağa çalışıram.Bağ-bağat işlərində həyat yoldaşıma kömək edirəm.Hər tərəfdə Yasəmən gülləri var, itimiz, toyuqlarımız var. Dağa dırmanıram. Qızılaxtaranlar dağları da əlimzdə alacaqlar əvvəl-axır.Beş min ildir bilinir ki, bu dağlarda qızıl var, amma axtarmırdılar. Çünki bitki örtüyü qızıldan qiymətlidir. Bütün Avropada belə zəngin təbiət yoxdur…
|
||
|
||
“Türkiyə, ölüsünü, ən, tez, basdıran, ölkədir”, –, Tuncel, Kurtiz, |
|