Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 19:44 153 nəfər oxuyub
 
Türkiyə ordusu son bir ildə zərərsizləşdirdiyi terrorçuların sayını açıqladı
DÜNYA Xəbəri
Türkiyə ordusu son bir ildə zərərsizləşdirdiyi terrorçuların sayını açıqladı

Türkiyə Silahlı Qüvvələri son bir il ərzində 7 min 16 terrorçunu zərərsizləşdirib.

 

Xeber365.com "Report"a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Məlumata əsasən, 2017-ci ildə Türkiyə ordusu terrorçu PKK qruplaşmasının 46 aparıcı üzvü daxil olmaqla 3 min 239 üzvünü, İŞİD terror təşkilatının isə 3 min 777 terrorçusunu məhv edib.

 

Açıqlamaya görə, 2017-ci ildə silahlı qüvvələr terrorçulara qarşı 399 hava əməliyyatı həyata keçirib.

 

Ötən ildən bu günədək 9 min 236 əməkdaşı Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb. 

Mənbə: Müəllif: XƏBƏR365
Türkiyə, ordusu, son, bir, ildə, zərərsizləşdirdiyi, terrorçuların, sayını, açıqladı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı