Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 13:51 210 nəfər oxuyub
 
Türkiyə və Rusiya Suriya məsələsində həmrəydir
DÜNYA Xəbəri
Türkiyə və Rusiya Suriya məsələsində həmrəydir

Türkiyə ilə Rusiya arasında Suriya ilə bağlı fikir ayrılığı yoxdur. 

 

Xeber365.com-un “Hüriyyət”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

 

“Hazırda İdlibdə proses Rusiya ilə razılaşdırdığımız şəkildə gedir”, - Ərdoğan bildirib. 
Türkiyə prezidentinin sözlərinə görə, iki ölkə arasında Suriyada vəziyyətin sabitləşdirilməsi ilə bağlı sağlam danışıqlar sentyabrın 14-15-də baş tutacaq Astana sammitində davam edəcək. 

 

Sözügedən tədbirdə Suriyada deeskalasiya prosesinə nəzarət edən güclərin fəaliyyəti nəzərdən keçiriləcək və İdlibə nəzarət edən güclərin tərkibinin razılaşdırılması ilə bağlı məsələ üzrə  müzakirələr davam etdiriləcək. 

Mənbə: Müəllif: XƏBƏR365
Türkiyə, və, Rusiya, Suriya, məsələsində, həmrəydir, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı