Xəbər haqqında
08 Fevral 2018 - Cümə axşamı 15:01 594 nəfər oxuyub
 
Türkiyə “Zeytun budaği” ilə bağlı müttəfiqlərinə çağırış etdi
DÜNYA Xəbəri
Türkiyə “Zeytun budaği” ilə bağlı müttəfiqlərinə çağırış etdi

Rəsmi Ankara müttəfiqlərini PYD və YPG terrorçularına qarşı aparılan "Zeytun budağı" əməliyyatını dəstəkləməyə çağırıb.

 

Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin müşaviri Hami Aksoy bildirib ki, Türkiyə son qələbəyə qədər terrorçularla mübarizə aparacaq və bu addımlar beynəlxalq hüquq çərçivəsində atılır.

 

O vurğulayıb ki, Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlar Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Mənbə: Müəllif:
Türkiyə, “Zeytun, budaği”, ilə, bağlı, müttəfiqlərinə, çağırış, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı