Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 15:08 457 nəfər oxuyub
 
Türkmənistan İranı məhkəməyə verir
DÜNYA Xəbəri
Türkmənistan İranı məhkəməyə verir

Türkmənistan Respublikası İran İslam Respublikasını Beynəlxalq Arbitraj Məhkəməsinə verir.

 

Xeber365.com Türkmənistan mətbuatına istinadən bildirir ki, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağı tapşırıb.

 

Qeyd edək ki, Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.

 

Xatırladaq ki, Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb.

Mənbə: Müəllif:
Türkmənistan, İranı, məhkəməyə, verir,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı