301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
14 Mart 2016 - Bazar ertəsi 16:09 183 nəfər oxuyub
 
Üçüncü devalvasiya artıq başlayıb...
Dollar bahalaşmaqda, qiymətlər artmaqda davam edir.
BAXIŞ Xəbəri
Üçüncü devalvasiya artıq başlayıb...

Hüseynbala Səlimov

 

QİYMƏTLƏR ENƏ BİLƏRMİ?

Dollar bahalaşmaqda, qiymətlər artmaqda davam edir. İnsanlar üçüncü devalvasiyanın sorağı ilə yaşamağa davam edirlər. Amma böyük ehtimalla indi hər şey bircə günün içində olmayacaq, “üzən məzənnə” manatın kursu ilə kifayət qədər variasiya etməyə imkan verir.

Xüsusən də son günlər bu variasiyalar daha çox hiss edilir. Dollar, tədricən, iki manata yaxınlaşır. Bu, yaxın dövr üçün son həddir, yoxsa manat enməyə və qiymətdən düşməyə davam edəcək?

Bu sualın cavabı çox parametrdən asılıdır. Bura ticarət saldosundan tutmuş neftin qiymətinədək bir çox parametrlər aiddir.

İlk baxışda belə təəssürat yarandı ki, ikinci şokdan sonra manat duruş gətirə bildi. Amma bəzi iqtisadçılar lap əvvəldən dedilər ki, manatın kursunu saxlamaq, bazarda dollar bolluğu yaratmaq üçün emissiya prosesi hələ tamam dayanmayıb.

Düzdür, hərraclarda dolların satılması haqda xəbərləri biz də eşidirik. Amma bu tədbirlər manatın kursuna nə dərəcədə təsir göstərir? Təəssüf ki, bunu deyə bilmirik.

Amma bir daha deyirik ki, böyük ehtimalla üçüncü devalvasiya şok xarakterli olmayacaq. Bəlkə də, daha doğrusu, belə demək olardı ki, əslində üçüncü devalvasiya prosesi başlayıb və o, artıq gedir...          

Ehtimal ki, bu dəfə qismən yumşaq keçid olacaq və biz, tədricən, manatın məzənnəsinin düşməsinə hətta alışacağıq. Əgər bir az əvvəldə dediyimiz kimi, bütün parametrlər yerində olsa, iqtisadiyyatda müsbət tendensiyalar başlasa, o halda manat müəyyən həddə duruş gətirəcək.

 

POST – NEFT ERASINDA YAŞADIĞIMIZI DESƏK DƏ...

Burada neftin qiymətindən də çox şey asılıdır. Biz artıq post - neft erasında yaşadığımızı deyə bilərik. Amma bu, elə də asan məsələ deyil. Qeyri-neft sektoru hələ yenicə ayaq açan uşağa bənzəyir, hələ uzun müddət onun əlindən tutmaq lazım gələcək. Ölkə büdcəsi hələ də əhəmiyyətli dərəcədə neftdən asılıdır. Çox təəssüf ki, hələ uzun müddət Azərbaycan neft gəlirlərini heç nə ilə kompensasiya edə bilməyəcək. Böyük kommunikasiya layihələri, Rusiya və İranla razılaşmalar çox önəmlidir. Amma onların real divident verməsi hələ zaman məsələsidir.

Düzdür, neftin qiymətilə bağlı da müəyyən ümidlər yaranıb. Artıq ondan çox ölkə hasilatı dondurmağa qərar verib. Bu ay neft hasilatçısı olan ölkələrin qonşu Rusiyada toplaşması gözlənilir.

Hər halda hamı kimi biz də ümidliyik. Ona görə ki, neftin qiyməti daha çox siyasi məsələdir – ölkələr razılığa gəlsələr, onun artması tamamilə realdır.

Demək olar ki, hasilatın dondurulacağı haqqındakı xəbərlər artıq dünya birjalarına təsirini göstərir. Bu yaxınlar üçün çox dəhşətli proqnozlar verir və neftin qiymətinin bir barel üçün 10 dollardan da aşağı düşəcəyi deyilirdi. Amma hasilatın dondruluması haqqındakı xəbərlər nəticəsini verdi və ən azı, son bir neçə gündə neftin qiyməti kəskin həddə qədər nəinki azalmadı, hətta bir az artmağa da başladı.

 

"Rusiyada baş tutacaq toplantıdan çox şey asılıdır"

İndi proses hələ öndədir. Bir daha deyirik ki, Rusiyada baş tutacaq toplantıdan çox şey asılıdır. Qərəz, hamı kimi biz də ümidliyik...

Üstəlik hökumət və siyasət adamlarının özləri də ümidlidirlər. Hökumət adamları nə qədər “Post – neft erasına qədəm qoymuşuq!” desələr də, neftlə bağlı ümidlərin üstündən tamam xətt çəkməyə də tələsmirlər. Hələ bir neçə həftə bundan əvvəl aidiyyətli qurumlar səviyyəsində deyildi ki, böyük ehtimalla ilin sonuna qədər neftin qiyməti 60 dollara qədər artacaq. Doğrusu, biz bu qədər optimist proqnozları bölüşmürük.

Amma dördüncü Bakı Qlobal Forumunda səslənən proqnozla biz də razıyıq və ümid edirik ki, neftin qiymətinin düşməsi uzun müddət davam etməyəcək...

           

A.SMİTDƏN GƏLƏN BAZAR QANUNLARI NİYƏ POZULUR?

Bəli, neft çox şey deməkdir, amma hər şey  demək deyil. İnsanların qayğıları təkcə neftin qiymətilə bağlı deyil, elə o biri qiymətlər də az qayğılandırmır. Mübaliğəsiz demək olar ki, indi insanları ən çox düşündürən bir məsələ də digər malların və xidmətlərin qiymətlərdir.

Bayram yaxınlaşdıqca məsələ daha da aktuallaşır – həmişə bayramlar olanda nədənsə mərhəmət də yaddan çıxır, bir millətin adamları olmağımız da...

Nə etməli? Necə etməli ki, qiymətlər heç olmasa, azacıq düşsün? Bəlkə bunun bir optimal yolu var?

Hamı deyir ki, qiymət sırf tələb-təklif məsələsidi və onu bazar müəyyən edir.

Olsun. Amma indi insanların alıcılıq qabiliyyəti, deməli, tələb kəskin şəkildə aşağı düşüb və ümid etmək olardı ki, qiymətlərdə enmələr müşahidə olunacaq...

Amma yox. Bunun hətta əlaməti də görünmür. Səbəb nədir? İki mühüm amili qeyd etmək olar...

 

FƏRQLİ BİZNES PSİXOLOGİYASI

Birincisi, Azərbaycanda biznes psixologiyası tamam fərqlidir. Qərbdə bir şeydən ucuz, amma daha çox satmağa çalışırlar. Bizdəsə insanlar çıxış yolunu az satmaqda, amma baha satmaqda görür. Məsələ bundadır. Bizim insanlar, bir daha deyirik ki, az, amma “saz” satmağa meyllidir, sanki hamı əhalinin 20 faizi üçün çalışır, sanki hamı əhalinin 20 faizinə xidmət etmək istəyir...

Kiçik iş adamları ilə arabir söhbətimiz olur. Məsələn, nəşriyyat təmsilçilərilə arabir görüşməli oluruq. Hamısı gileylənir ki, kitablar alınmır...

Hər dəfə bu adamlardan soruşuram ki, kitablar niyə alınmır? Özüm də cavab verirəm ki, ona görə alınmır ki, bahadır. Və bu adamlara deyirəm ki, siz kitabın maya dəyərinin aşağı salınması haqqında, onların tirajının artırılması barədə düşünün. Sovet vaxtı kitablar qəpik-quruşa satılırdı, amma tirajlar çox, olduqca böyük idi...

 

 
"Qeyri – neft sektoru hələ yenicə ayaq açan uşağa bənzəyir, hələ uzun müddət onun əlindən tutmaq lazım gələcək"
 
 

Həmişə deyirəm ki, C.Forda qədər də dünyada avtomobil istehsal olunurdu. Amma bu adam nə etdi? Avtomobillərin konveyr üsulu ilə istehsal olunmasının yolunu tapdı, avtomobil çox istehsal olunmağa, bir qədər ucuz, amma daha çox satılmağa başlandı...

İndi biz də belə edə bilərik. Yetər ki, biznes strategiyasını düzgün müəyyən edək. Bizdə çatışmayan da elə budur – biznes strategiyası...

 

GÖMRÜK LİBERALLAŞMASA...

Qiymətlərlə bağlı digər mühüm məqam da var. Baxıb görürsən ki, çox kiçik bir küçədə onlarla mağaza, bir neçə supermarket var. Hətta bu, ölkəyə gələn turistləri, qonaqları həmişə təəccübləndirir. Onlar təəccüblənirlər ki, bu qədər yaxın məsafədə yerləşən onlarla mağaza bir xeyir götürə bilirmi?..

Amma bu, hələ hamısı deyil. Bir daha deyirik ki, diqqət çəkən əsas detal onların bir qiymətlərlə işləməsidir – yaşadığınız küçədə on yerdə, məsələn, siqaret satıla bilər, amma hamısında siqaretin qiyməti eyni olacaq...

Bunun da iki əsas səbəbi var. Biri budur ki, ölkəyə idxal bir neçə subyektin əlindədir. Bəzən mağaza sahibləri özləri də bunu etiraf edir, deyirlər ki, hamıya malı eyni idxalçılar verir...

Bunun üçün nə lazımdır? Təbii ki, inhisara son qoyulmalı, xüsusən də gömrük sistemi liberallaşmalı, heç kimə daha “əlverişli, güzəştli şərait” yaradılmamalıdır. Son vaxtlar bu sahədə də işlər görülür, gömrük sistemi liberallaşır, amma təəssüf ki, hələlik bunun nəticələrini gündəlik həyatımızda hiss etmirik...

     

“KARTEL RAZILAŞMASI”...

Bu, məsələnin bir tərəfidir. Digər məqam da var. Ölkədə standart mənada başa düşülən inhisardan başqa bir inhisar da var. O da budur ki, eyni məhsulu təklif edən və ya eyni xidməti göstərən iş adamları öz aralarında razılaşırlar ki, filan məhsulun və ya xidmətin qiyməti bu qədər olacaq...

Buna bəzən kartel sazişi və ya razılaşması da deyirlər. Bu, adi inhisardan daha qəliz məsələdir. Onu həll etmək elə də asan deyil. Fəqət problem varsa, onu həll etmək lazımdır...

Bir daha deyirik ki, qiymətləri tənzimləməyə də çox cəhd edilir. Elə bu yaxınlarda, bir neçə ay bundan əvvəl dərmanların qiymətini tənzimləməyə cəhd edildi. Təbii ki, bu, elə də asan məsələ deyil. Məsələn, dərman biznesi ilə məşğul olanlar hökumətin müdaxiləsindən yayınmaq üçün nələr etmədilər?..

 

TƏKLİF ARTMASA...

Yenə də düşünürük ki, proses davam etməlidir. Ən başlıcası isə qiyməti daha ciddi üsullarla tənzimləmək lazımdır. Ən düzgün yol təklifi artırmaqdır. Əgər təklif artsa, qiymət istər-istəməz düşəcək...

Bir daha deyirik ki, təklifi artırmaq üçün  gömrüyü liberallaşdırmaq, idxal sahəsindəki inhisarı aradan qaldırmaq lazımdır. Bunların aradan qaldırılmayacağı təqdirdə malların və xidmətlərin qiyməti aşağı düşməyəcək...

Əgər aşağı düşməyəcəksə, deməli insanlar əziyyət çəkməkdə davam edəcəklər. Düşünmürük ki, insanların necə əziyyət çəkməsini müşahidə etmək hökumətə xüsusi zövq verir. Yox, belə düşünmürük. Deməli, qalır bir məsələ. Problemləri öz adı ilə adlandırmaq və onları həll etmək...

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Üçüncü, devalvasiya, artıq, başlayıb...,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı