Xəbər haqqında
18 Dekabr 2017 - Bazar ertəsi 16:01 177 nəfər oxuyub
 
Ukraynada hər gün 500 nəfər azalır - Rəsmi
DÜNYA Xəbəri
Ukraynada hər gün 500 nəfər azalır - Rəsmi

Ukrayna əhalisinin sayı ilin əvvəlindən etibarən 150 min nəfərdən çox azalıb.

 

Xeber365.com Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Ukrayna Statistika İdarəsi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Ukrayna əhalisi 1993-2016-cı illər ərzində 9,4 milyon nəfər azalma göstərib. 2016-cı ildə əhalinin sayı 176 min nəfər azalıb. Hazırda hər 100 ölən insana 61 yeni doğulan insan düşür.

 

Hazırda Ukrayna hökuməti insanların sayını çörək və elektrik enerjisi istehlakına görə aparır. Bu hesablamaya görə, ölkədə 25-30 mln. insan yaşayır. Ali Radanın deputatı Andrey Şipkonun sözlərinə görə, hər gün ölkədə 500 ukraynalı azalır.

 
 

 

Mənbə: Müəllif:
Ukraynada, hər, gün, 500, nəfər, azalır, -, Rəsmi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı