Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 22:39 96 nəfər oxuyub
 
Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır
SAĞLAMLIQ Xəbəri
Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır

Ukraynada yanvarın əvvəlindən yayılan qızılca xəstəliyi artıq bir uşağın ölümünə səbəb olub.


Xeber365.com “AZƏRTAC”a istinadən məlumat verir ki, Odesssa vilayəti Dövlət Administrasiyasının səhiyyə departamentinin direktoru Vyaçeslav Polyasnının məlumatına görə, Belqorod-Dnestrov rayonunda 5 yaşlı uşaq qızılca xəstəliyindən ölüb. Uşağın ölümünə səbəb xəstəxanaya gec müraciət edilməsi olub.


Qızılca xəstəliyi artıq Ukraynanın iri şəhərlərində də yayılıb. Təkcə son 11 gündə paytaxt Kiyevdə 66 nəfər qızılca xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib. Onlardan 55-i uşaqdır. Xəstəliyin yayılması ilə əlaqədar Kiyevdə səyyar sirkin fəaliyyəti dayandırılıb. Kütləvi tədbirlərin keçirilməsi isə məhdudlaşdırılıb. Bu məhdudlaşdırma azı 30 gün davam edəcək.


Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qızılca xəstəliyinin yayılmasının əsas səbəbi valideynlərin uşaqlarını bu xəstəliyə qarşı peyvənd etdirməməsidir. Nazirlik xəstəliyin yayılmaması üçün uşaqların peyvənd edilməsini vacib sayır.

 

Mənbə: Müəllif: XƏBƏR365
Ukraynada, qızılca, xəstəliyinə, yoluxanların, sayı, durmadan, artır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı