Xəbər haqqında
28 Sentyabr 2017 - Cümə axşamı 00:45 167 nəfər oxuyub
 
Urmiya muzeyinin eksponatı Türkiyəyə verilir
GÜNEY AZƏRBAYCAN Xəbəri
Urmiya muzeyinin eksponatı Türkiyəyə verilir

İran tərəfi bəyan edib ki, ölkə muzeylərinin birində sərgilənən 629 illik kilsə zəngi Türkiyəyə veriləcək

 

Xeber365.com "Yeni Akit"ə istinadən bildirir ki, həmin kilsə zəngi Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiya şəhərindəki muzeydədir. İran onu Vanın Müqəddəs Məryəm muzeyinə verəcəyini bildirib. 

 

Yeri gəlmişkən, tarixi faktlara əsasən, bu tarixi eksponat məhz 1388-ci ildə Müqəddəs Məryəm kilsəsinə bağışlanıbmış. 

 

İranın Mədəni İrs, El Sənətləri və turizm Qurumunun sədr müavini Mirhadi Qara Seyid Rumyani Urumiyada muzeyə baş çəkərkən bu açıqlamanı verib. O bildirib ki, eləcə də İrana aid bir sıra tarixi əsərləri geri qaytarmağa çalışırlar. Bunun üçün isə xarici ölkələrə aid belə nümunələr sahiblərinə verilməlidir. 

Mənbə: Müəllif: XƏBƏR365
Urmiya, muzeyinin, eksponatı, Türkiyəyə, verilir, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa