301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
12 İyul 2017 - Çərşənbə 15:30 8382 nəfər oxuyub
 
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
İslamı dünyaya yayan türklər olub, bəs türk dili İƏT-də niyə rəsmi dil deyil?
MÜSAHİBƏ Xəbəri
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI

Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə start verir.

 

Layihənin məramına uyğun olaraq, əməkdaşlıq çərçivəsində qoyulan fikrin əvvəlcə ölkə daxilində, daha sonra regionda təbliğatının qurulması üçün işlər görüləcək. Belə ki, dilçilik sahəsi üzrə mütəxəssislər, Azərbaycan türkcəsinin bölgədə əsas dilə çevrilməsinin üstünlüyünü əsaslandıracaq siyasilərlə, sosioloqlarla, alimlərlə, ümumilikdə ziyalı kəsimlə müsahibələr ediləcək, araşdırmalar aparılacaq, müzakirələr, konfranslar təşkil olunacaq.

 

Bu fikir və məqsədlə yola çıxmağımız heç də əsassız deyil. Xatırladaq ki, qeyri-türk xalqlarının sıx yaşadığı bölgələrdə Türk dili əsas ünsiyyət vasitəsidir və türk xalqlarının yaxın qonşuluğunda və onlarla eyni bölgədə xeyli sayda başqa dil ailələrinə mənsub xalqlar yaşamaqdadır. Xüsusilə Qara Dəniz ətrafı və Qafqaz regionunda əsrlərlə türk xalqları başqa xalqlarla eyni ərazilərdə yaşayırlar. Bu regionda türk dili hər zaman xüsusi çəkiyə sahib olub. Nəinki türklərlə, hətta burda yaşayan başqa xalqlar ümumi ünsiyyət vasitəsi kimi türk dilini seçmişdilər. Bu fikri rus şairi Lermontovun sözləri də təsdiq edir: “Avropada fransız dili nə deməkdirsə, Qafqazda tatar (türk) dili həmin nüfuza malikdir”.

 

Bu gün rus və ingilis dili kimi beynəlxalq dillər bölgədə yaxşı mənimsənilməsinə baxmayaraq, Türk dili ümumi ünsiyyət vasitəsi kimi aktuallığını itirməyib. Lakin bu məsələ indiyədək rəsmən araşdırılmayıb, regionda türk dilinin statusuna diqqət yetirilməyib. Aparılacaq araşdırmalar qeyri-türk xalqlarının nümayəndələri tərəfindən türk dilində ünsiyyəti hansı intensivliklə qurduqlarını müəyyən edəcək. Araşdırma bütünlüklə Qafqaz və Qara dəniz bölgəsini əhatə edəcək. Məqsəd Türk dilinin, eləcə də Azərbaycan türkcəsinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə “linqva franka” statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir.

 

Xüsusilə qeyd edək ki, layihə gələcəkdə Türk dilinin daha geniş bölgələrdə durumunu dəyərləndirmək üçün ilk pillədir. Belə ki, bu addım Orta Asiya və Volqaboyu ərazilərdə gələcəkdə sorğuların qurulması və aparılması üçün zəmin rolu oynaya bilər.

 

Layihə çərçivəsində ilk müsahibimiz ictimai-siyasi xadim,  Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlıdır.

 

– Sabir bəy, Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması türk dilini bu ölkədə ünsiyyət vasitəsinə çevirə bilərmi? Əgər çevirərsə, bunun nə kimi elmi, iqtisadi və siyasi faydaları nə ola bilər?

 

– Məsələnin Gürcüstandan başlaması mənə qəribə gəldi, çünki Gürcüstan ruslar  Cənubi Qafqaza gələnə qədər, yəni onlardan öncəki bütün tarix boyu türk dilinin geniş işləndiyi bölgə olub. Müsəlman acarlar türk dilini biliblər, Cənubi Gürcüstan axıska türklərinin vətənidir, Borçalı türklərin yaşadığı torpaqdır, yəni türk dili, az qala, Gürcüstanın hər yerində anlaşılır və Gürcüstanla bizim elə bir ciddi (bircə XI-XII yüzilliklərdə, yəni Atabəylər dövründə müəyyən istila ehtirasları həm burda, həm orda olmasa) tarix boyu Gürcüstanla bizim həmişə yaxşı manasibətlərimiz olub. Xüsusən Səfəvilər dövründə, Avşarlar, Qacarlar dövründə Gürcüstanda çox ciddi bir islamlaşma həvəsi olub, gürcülər  Azərbaycan türklərinin başçılıq elədiyi  orta əsrlər imperiyalarında və dövlətlərində həmişə iştirak ediblər və müəyyən yuxarı yerlər də tutublar. Söhbət türk dilinin, ümumiyyətlə, böyük dünya dillərindən birinə çevrilməsindən getməlidir. Azərbaycan dilinin təkcə Azərbaycan dili şəklində qoyulması bir az yanlış olar. Çünki Azərbaycan dilini Anadolu tükcəsindən, Türkiyə tükcəsindən ayırmaq olmaz. Bir halda ki bir-birimizi başa düşürük, hər ikisinin kökü oğuz türkcəsidir,  bugünkü ədəbi dillərdəki müəyyən fərqlərə baxmayaraq bu dillər bir dildir və biz hər şeyi Azərbaycan çərçivəsində götürsək –dilimizi, tariximizi, coğrafiyamızı, mədəniyyətimizi – çoxlu yanlışlıqlara yol verərik. Sovet dövründə bunu ediblər, bunu istəyiblər;  bu bölgə üçün ayrı əlifba yaradıblar, ayrı tarix cızmağa çalışıblar və bir bölücülük siyasəti aparılıb. Biz bu siyasətdən qopmalıyıq.  Rusiyadan – SSRİ-dən qopmuşuq, 30-cu illərin xofu arxada qalıb, repressiya təhlükəsi yoxdur. Amma Azərbaycanda 30-cu illərin düşüncəsi hələ də davam edir. Hələ də burda bir rus dili hegemonluğu, sevgisi var, bəziləri təkrar rus dilinin ağuşuna qayıtmaq istəyirlər, hətta rus dilini ikinci dövlət dilinə çevirmək istəyirlər, təzələri peyda olub, hətta üçüncü – ingilis dilini də Azərbaycanın dövlət dilinə çevirmək istəyirlər.  Azərbaycan normal bir müstəqil dövlətdir, öz dövlət dili var və dilini də inkişaf etdirməlidir. O ki qaldı, türk dillərinin dünya dili olması məsələsinə, buna maneçilik törətmək istəyənlər çoxdur. Mən iki dəfə (bir dəfə Qahirədə, bir dəfə İstanbulda)  İslam Ölkələrinin Parlament İttifaqının yığıncağında çıxış edəndə demişdim ki, islam parlamentinin üç işlək dili var; biri ərəb dili, biri ingilis dili, biri fransız dili. Halbuki islamı dünyaya yayan türklər olub. Nədən türk dili burda rəsmi dil deyil? Mən onu müdafiə də elədim, təəssüf ki, mənə kimi o fikri səsləndirən olmamışdı orada. Türk   orduları, türk gücü, türk bayrağı. İslamı üç qitəyə yayıb, islamın yayılmağında çox ciddi rol oynayıb və təbliğatında rol oynayıb. Osmanlı dağılandan sonra türk dilinin arealı – yayılma dairəsi, işlənmə dairəsi  kiçilmişdir.  Amma Osmanlı türkcəsi onsuz da ərəb-fars kəlmələri ilə dolu bir dil idi və indi yenilənmiş, daha güclü, daha təmiz və daha gözəl bir Türkiyə türkcəsi var. Azərbaycan türkcəsi də ötən əsrlərin yabançı ibarələrindən  təmizlənib və özünə dönüb. Dillərimiz təmizləndikcə bir-birimizə daha da yaxınlaşmışıq. İndi söhbət türk dilinin ortaq ünsiyyət dilinə çevrilməsindən gedir. Yəni türk dili Avroasiya məkanında ortaq bir dilə çevrilməlidir. Türk dili tarixi haqlarını bərpa eləməlidir. Bunun böyük rolu olacaq. Əslində türk dili Şumerdən başlamış altı min il dövr ərzində Avroasiyada izi olan və görünür, qədimdən də çox geniş yayılmış və bu son iki min ildə də yenə Çindən Avropaya qədər geniş bir dairədə işlənmiş bir dildir. Şumercədə dörd yüzə yaxın türk sözü aşkarlanıb və alimlər tərəfindən təsdiqlənib. Bu ya bu dillərin qohumluğunu göstərir, ya da o vaxt türk dili o qədər güclü olub ki, Şumer dilinə təsir göstərib. Mən tarixi qədimləşdirməyi xüsusi bir məqsəd hesab eləmirəm və tarixlə də öyünmək lazım deyil.  Sadəcə onu demək istəyirəm ki, türk dilinin izi, təsiri bütün bu bölgədə var. Ərəb dilində türk sözləri var, fars dilində türk sözləri var kifayət qədər, Avropa dillərində də var, rus dilində də. Bu, dilin gücünün əlamətidir.  Bu Avroasiya dediyim məkandan, Uzaq Şərqdən Avropanın ortasına qədər, hətta Karpat dağlarına, Macarıstana qədərki torpaqlarda saysız-hesabsız, minlərlə türk adları var; dağ , çay , çöl, göl, yer adları və s. Bu, dilin heç vaxt bizim indiki coğrafiyamız daxilinə sığışmadığını göstərir, indi də şükür yenə o türk coğrafiyası qalır, sadəcə coğrafi uzaqlıq və bu dilin  ünsiyyət dili kimi işlənməməsi, hamı üçün ortaq yazı dilinə çevrilməməsi getdikcə dillər arasında fərq yaradır. Ona görə də, məncə, əgər istəyiriksə Türkiyə türkcəsi  və Azərbaycan türkcəsi bir yerdə bu bölgənin ortaq ünsiyyət dilinə, ya bir dünya dilinə çevrilsin, onda əvvala bu dillərin arasında əlaqələri möhkəmləndirməliyik, əlifba arasındakı xırda fərqləri aradan qaldırmalıyıq və Anadolu türkcəsi ən inkişaf etmiş,  dillərimizin arasında ən təmiz bir mövqeyə sahibdir, ona görə də onu xarici dil kimi, heç bundan utanmaq lazım deyil, xarici dil kimi Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda iki-üç il tədris eləmək lazımdır orta məktəbdə. Qoy türk dilini rus,ingilis dili kimi (o dilləri öyrənmək də vacibdir) oxutsunlar. Çox lazım deyil, üç il, dörd il. Belə bir planlı təhsil sistemi qurulsa, on ildən, on beş ildən sonra   türklərin ayrı ünsiyyət dilinə ehtiyacları qalmaz.

 

– Sadaladıqlarınız həyata keçərsə, türk dilinin beynəlxalq dilə çevrilməsi real görünürmü?

 

– Türk dili onsuz da tədricən beynəlxalq dilə çevrilir. Yəni baxın, İslam Parlamentində, islam ölkələrinin nazirlərinin görüşlərində mən həmişə azərbaycanca danışmışam. İndiki texniki imkanlar belədir ki, istənilən dil elə dünya dili səviyyəsində səslənə bilir. Amma türk dilinin rəsmən BMT-də və beynəlxalq qurumlarda tanınması və rəsmi dilə çevrilməsi  çox zəruridir, çünki bu gün o qurumlarda yeddi türk dövləti təmsil olunur (altı, bəzən Kıbrıs da təmsil olunur) və az belə dil var ki, onun bu qədər təmsilçisi olsun. Ona görə də bunların dillərinin – rəsmi türkcənin beynəlxalq dil status qazanması vacibdir.

 

– Sabir bəy, bəs Azərbaycanda hazırda ikidilli, çoxdilli situasiya sizin baxışınızla necə görünür?

 

–Anormal görünür. Bütün  tibbi, psixoloji, tarixi araşdırmalara görə insan (uşaq da, bəli) bağça təhsilini, ilk egitimini, məktəb təhsilini ana dilində almalıdır. Ondan sonra nə qədər dil öyrənir, öyrənsin. Biz indi ana dilində təhsildən danışanda bəziləri o dəqiqə hay-küy salırlar: “Ay, bunlar rus dilinə qarşıdır!” biz rus dilinə qarşı deyilik. Rus dilinin imkanları onsuz da getdikcə məhdudlaşır. Biz heç ingilis dilinə də qarşı deyilik. Qoy uşaqlarımız rus dilini də, ingilis dilini də öyrənsinlər. Azyaşlılar bir neçə başqa dilləri də öyrənsin. Köhnədən də bizim millət  ərəbi də bilib, fars dilini də bilib. İndi də nə qədər istəyirsən, molla tapa bilərsən, farsca da bilir, ərəbcə də bilir, türkcə də bilir. Bu, onları bəyəm inkişaf elətdirib akademikə çevirib? Baxır o dildə nə öyrənir. Ona görə də mən rus dilinin ciddi şəkildə öyrənilməsinin tərafdarıyam. Ingilis dilinin ciddi şəkildə ən ucqar kəndlərimizdə də öyrənilməsinin təradarıyam. Amma söhbət təhsildən gedir. Təhsil ana dilində olmalıdır. Ana dilində olanda onda indiki bu anlaşılmazlıq yaranmaz. Çünki rus dilli məktəblərimizlə, Azərbaycan dilli məktəblərimiz arasında fərq var. Bizim Azərbaycan dilli məktəbləri qurtaranlar rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini öyrənirlər, yaxşı öyrənirlər, Bakıdakı rus məktəblərində Azərbaycan dilini öyrətmirlər. Elə müəllimlər, elə dərsliklər, elə proqramlar var və onu elə keyfiyyətsiz, aşağı səviyyədə tədris edirlər ki, rus məktəblərində Azərbaycan dilini sevmək əvəzinə, ona istehzayla baxırlar. Azərbaycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini ortaya qoymurlar. Bizim Bakıdakı rus dilli azərbaycanlılarla azərbaycanca  oxuyanlar arasında fərq var. Rus dillilərin əksəriyyəti (böyük ziyalılarımız istisnadır) Azərbaycan mədəniyyətini bilmir. Bunu mənə rusca oxuyan ziyalılarımız deyirlər. Deyirlər, təəsüf ki, bizim öz mədəniyyətimizin bu faktlarından   xəbərimiz yoxdur. Ona görə də o qədər rus məktəbinin olması, orada o qədər azərbaycanlının oxuması və öz  dilini, mədəniyyətini pis bilməsi millətimizi iki yerə parçalayır – tükdilli azərbaycanlılar və rusdilli azərbaycanlılar.  Daha Üzeyir Hacıbəylilər, Mirzə Cəlillər vaxtı deyil. O vaxt Əhməd Ağaoğlu, Əlimərdan bəy Topcubaşov rus məktəblərində oxuyurdular, amma öz dilini mükəmməl bilirdilər və elə mühit də onlaraa öz dilini öyrədirdi. Amma indi   Bakı mühiti kosmopolit bir mühitdir və burada kimi görürlər, onun dilini öyrənməyə hazırdırlar. Gələnə öz dilini öyrətməkdənsə, gələnin – qonağın dilini öyrənirlər. Qarışdırmaq lazım deyil. Biz dil öyrənməyin əleyhinə deyilik, rus dili öyrənməyin əleyhinə deyilik. Qoy rusdilli məktəb olsun – nə qədər rus var, ona uyğun. Onlar öz dillərində oxusunlar, hər kəs öz dilində oxusun. Amma azərbaycanlı uşaqların məktəbini zəiflədib, Azərbaycan məktəbi pisdir deyib, onları rus məktəbinə göndərmək, günahdır, milli xəyanətdir. Mən belə deyərdim. Sən istəyirsənsə, uşağının səviyyəsi yüksək olsun, uşağın dünya səviyyəsində oxusun, Azərbaycan məktəblərinin səviyyəsini yüksəlt, müəllimlərin səviyyəsini yüksəlt, təchizatı yaxşılaşdır, dünya məktəbləri ilə əlaqələrini gücləndir. Azərbaycan məktəblərini qaldır inkişaf etmiş ölkələrin məktəbi səviyyəsinə. Yoxsa mənim məktəbim pisdir, mən burda oxumuram, desən– getdikcə bu məktəb bir az da pisləşsə, zəifləsə və beləliklə, valideynlər artıq Azərbaycan məktəblərində müəllimlərin əxlaqı, al-ver əhvali-ruhiyyəsi, bir-biri ilə münasibətlərini görüb, bəyənməyib, uşağını rus məktəbinə aparsa, burda günah dildə deyil, burda təhsilin dili günahkar deyil, bu toplumun əxlaqıdır, toplum günahkardır, qanun günahkardır. Sən hüququ möhkəmləndir. Qanun hamı üçün eyni olsun və təhsilin müəllimlərinin səviyyəsini gücləndir ki, Azərbaycan məktəbləri rus məktəblərindən geri qalmasın.

 

– Bütün hallarda Azərbaycan dilini dominant hesab etmək olar, ya yox?

 

– Şübhəsiz, dominantdır. İndi bizim məmurların arasında   rus məktəbini qurtaran və milləti ilə eybəcər bir dildə danışanlar  var. Danışıqlarına baxırsan, adam xəcalət çəkir, utanır və özləri də utanırlar əslində və onların günahı yoxdur. Günah onları oxudanlardadır. Çoxu ana dilini öyrənməyə  çalışır və  sürətlə  öyrənirlər.   Yenə deyirəm, dövlət dili anlayışını təhsil dili ilə qarışdırmaq olmaz.  Rus məktələri var, yenə olacaq, ingilis məktəbləri var, yenə olacaq,  fransız məktəbi var, fars məktəbi də var Bakıda, qoy olsun. İndi kim o məktəblərə getmək istəyirsə, getsin oxusun, öyrənsin və o millətdən olanlar orada oxusunlar. Heç kim ona qarşı çıxa biməz. Azərbaycan o cəhətdən, doğrudan da hər xalq üçün şərait yaratmış bir  ölkədir. Amma öz uşaqlarımız üçün ilkin təsil ana dilində olmalırır. Dövlət dili anlayışı tamam ayrıdır və biz başqa dillərə dövlət dili statusu versək, yenə qayıdıb, Sovet dövründəki kimi olacaq,   Bütün dəftərxana, yazışmalar həmən rus dilinə çevriləcək. Ona görə buna qətiyyən yol vermək olmaz. Müstəqillik nə üçün qazanmışıq? Qazanmışıq ki, dilimiz rahat nəfəs alsın. İndi təzədən geri qaytarmaq, başqa dillərə dövlət statusu vermək dövlətçiliyin təməlini qazmaqdır və dövlətçiliyə ziyan vurmaqdır.

 

– Ölkə ərazisində başqa xalqlar da – ləzgilər, talışılar yaşayır ki, onlarda Azərbaycan dili, ikinci dildir. Bunu, sizcə, dəyişmək lazımdırmı?

 

– Mən burada xüsusi problem görmürəm. Onlar Azərbaycan vətəndaşıdırlar, ana dilində oxumaq istəyirlər, qoy oxusunlar. Bizim qanunumuz buna imkan verir. Onlar öz dillərindən ancaq öz yaşadıqları bölgədə istifadə edirlər. O dil bizim sərvətimizdir. Udun dili də, Xınalıq dili də, tat, ləzgi, avar, talış, kürd  dilləri də– bütün bunlar bizim sərvətimizdir. Bunlar Azərbaycanındır, bu torpaqda yaşayan insanların dilləridir. O insanlar da bizim   qardaşımızdır. Ona görə də onların dilinə maneçilik törətmək birbaşa dövlətə, dövlətçiliyə qarşı çıxmaq, dövlətin apardığı siyasətə qarşı çıxmaqdır. Mən nazir işləyəndə o dillərdə kitab da buraxmışam. Heç kim bunun qarşısını almaq istəmir və almaq da lazım deyil. Biz hətta bir kəndin dili olan xınalıqca kitablar buraxmışıq. O dilin qrammatikası öyrənilir, öyrənilməlidir. Onsuz da bu adamlar Azərbaycanda yaşayırlarsa və özlərini bu ölkənin vətəndaşı kimi rahat hiss eləmək istəyirərsə, Azərbaycan dilini də öyrənirlər və öyrənməlidirlər.  

 

– Bəs ümumilikdə, dünya xalqlarının Azərbaycan dilinə münasibəti sizi qane edirmi?

 

– O, dünyanın siyasətinə və Azərbaycanın ümumi iqtisadi, mədəni çəkisinə bağlıdır. Əgər Azərbaycan bir dövlət olaraq öz qanunları ilə, ədalətli idarəçilik sistemi , iqtisadi inkişafı , turizmin inkişafı ilə, insan haqlarının qorunması ilə cazibədar bir dövlətə çevrilsə (təbii ki, bu istiqamətdə işlər gedir), o zaman Azərbaycana gəlib-getmək istəyənlərin də, bu dili öyrənmək istəyənlərin də sayı artacaq. Amma, ümumiyyətlə, mən hesab edirəm ki, burada müəyyən dövlət proqramı da olmalıdır. Biz, ən azı, öz iri diaspor qurumlarımızda ana dilli məktəbi açmalıyıq. Məsələn, Moskvada Azərbaycan məktəbi vardı, qonşuluqdakı ruslar da gəlib orada oxuyurdular. Azərbaycan məkəbindəki xoş əhval-ruhiyyə, uşqaların tərbiyəli böyüməsi onlara xoş gəlirdi və gətirib uşaqlarını o məktəbdə oxudurdular. Bu tipli məktəblərimiz olsa, o məktəblərə başqa millətlər də maraq göstərə bilər. İkinci də diplomatik əlaqələr genişləndikcə onsuz da Azərbaycan üçün diplomat yetişdirən ölkələrin sayı artır. Bir çox ölkələrdə ali məktəblərdə Azərbaycan bölmələri var. Moskvada var, Amerikada var. Onlar, şübhəsiz, müəyyən kadrlar yetişdirirlər və dilimiz də öyrədilir. Eyni zamanda, nəzərə alaq ki, bizim dövrümüzdə türkcə bilən hər bir adam Azərbaycanda da rahat işləyə bilir.

 

– Bir az əvvəl dediniz ki, türk dili məktəblərimizdə tədris olunarsa, bu , onu regionda hakim dilə çevirə bilər...

 

– Baxın, türk dili ortaq ünsiyyət dili kimi öyrənilsin. “Ortaq dil olsun” demirəm. Özbək indi özbək dilini saxlayacaq, qazax qazax dilini – hər kəs öz dilini saxlayacaq. Heç kim öz dilindən imtina eləmək niyyətində deyil. Bunu zorla da eləmək olmza, ehtiyac da yoxdur. Amma ünsiyyət dili kimi Türiyə türkcəsi işlənsə, tədricən özbəkcədən də, qazaxcadan da, türkməncədən də  ünsiyyət dilinə sözlər gələcək və zaman keçdikcə bu dil ümumiyyətlə regionun ortaq dili olacaq və yayılacaq.

 

– Yəni biz deyiriksə ki, regionda türk dilini hakim dilə çevirək, bunun üçün məhz Anadolu türkcəsi daha məqsədəuyğundur, elə deyilmi?

 

– Anadolu türkcəsi, şübhəsiz. Çünki o dildə səksən milyon adam adanışır. Çox zəngin dövlətçilik ənənələri, protokol , yazı-pozu ənənələri var, nitq mədəniyyəti güclüdür.  Heç kimin dilinə qarşı deyiləm, amma qırğız dilində, türkmən dilində o imkanlar Türkiyə türkcəsindəki qədər deyil.  Yazışmalarında bir xeyli rus sözləri işlədirlər.  Əlbəttə, mən deyərdim, Azərbaycan dilinin imkanları Türkiyə türkcəsindən az deyil.  Amma bizim dillərimiz o qədər də fərli deyil. Oğuz dili türk regionunda  tarixən geniş yayılıb və o dilə meyl həmişə güclü olub.  

 

– Türk dili  BMT-də altıncı dilə çevrilə bilərmi?

 

–   Bundan ötrü çox çalışmaq və türk dilinin nüfuzunu artırmaq lazımdır..BMT səviyyəsində, beynəlxalq qurumlarda türk respublikalarını təmsil edən liderlərin böyük əksəriyyəti türkcəni yaxşı bilirlər. Türkiyədə oxuyanlar çoxdur, bu dövlətlərdə türk məktəbləri var, orada oxuyular. Çingiz Aytumatov rusca  yazırdı və rusca danışırdı. Amma son vaxtlar – SSRİ dağılandan sonra türkcəni öyrəndi və hara gedirdisə, məsələn Azərbaycana gəlirdisə, türkcə danışırdı,   Oljas Süleymanov da eləcə. Türk dilini öyrəndi.   Bu respublikaların ziyalıları görüşəndə türkcə danışırdılar. Bu ənənə inkişaf  edəcək.

 

– Siz fikir vermisinizmi, məsələn, bizim lüğətimizdə nə qədər ərəb-fars sözləri var, amma kimsə bir türk sözü işlədəndə ona qarşı çıxırlar...

 

– Hə, o dəqiqə deyirlər: “Aman türk dili dilimizi korladı!” Bu, cahillikdir də.  Onlar  hələ də Sovet təfəkkürü ilə yaşayırlar. Dünənədək cümlələrinin yarısını rus kəlmələri ilə quran insanlar bu gün dilimizdə  təmizlənmə görən kimi hay-küy salırlarsa,  bu, bizim dilin və bizim günahımız deyil . Bu özü həmin adamların aşağı zəkalılığının əlamətidir.  Bu sözlər bizim sözlərdir. Bizim sözlər öz dilimizi necə korlaya bilər? Məsələn, “olay” türk sözüdür, “hadisə” ərəb sözüdür. “Hadisə” əvəzinə “olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? “Müvəffəqiyyət” əvəzinə “uğur” , “intiqam almaq”  əvəzinə “öc almaq” , “cəmiyyər” əvəzinə “toplum”, “problem” əvəzinə “ sorun” deyirsənsə  bunun nəyi dili  korlamaqdır? Bunlar hamısı işi bilməməkdən irəli gəlir. Xırda söhbətlərdir, buna əhəmiyyət verən yoxdur. Dil canlı orqanizmdir, öz işini görür, özü yaşayır, zənginləşir, qabarır, çəkilir, artıq şeyləri atır. Yaxud farsın İrandakı şovinist siyasətinə baxmayaraq, dilimizdə olan müəyyən fars sözləri  burada vətəndaşlıq qazanıb və ərəb sözləri var ki, bizim dilimizin  qanunlarına uyğunlaşıb yaşayırsa, onları  niyə dəyişməliyik? “Mədəniyyət”  “vətən” , “məktəb” sözünü dəyişməyə nə ehtiyac var?  Bir halda ki, dilimizin qanunları ilə yaşayır, qoy yaşasın. Bir vaxt bura gələn çoxlu ərəblər vardı,  müəyyən zümrələr gəlib yerləşmişdilər. Ərəb   kəndləri də olub. Oranın artıq adı qalıb.  Amma onlar hətta öz köklərini aparıb  birbaşa Məhəmməd peyğəmbərə bağlasalar da, artıq türkləşib, azərbaycanlılaşıblar.   Sözlər də elədir. Sözlər də buraya gəlib bizim sözümüzə çevrilib. Onlardan imtina eləmək olmaz.

 

Mənbə: Müəllif:
Uşaqlarımızı, rus, məktəbinə, göndərmək, günah,, milli, xəyanətdir, –, SABİR, RÜSTƏMXANLI,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı