The document has moved here.
|
||
ÜST-ün ekspertləri Uhan şəhərindədir | ||
SAĞLAMLIQ Xəbəri | ||
![]() |
||
|
||
Yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xəstəliyin ilk qeydə alındığı Çinin Uhan şəhərinə səfər ediblər.
"Xəbər365"in xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
ÜST-ün ekspertlərini daşıyan təyyarə yerli vaxtla saat 11:05-də Uhan beynəlxalq aeroportuna enib.
Səfər çərçivəsində ÜST-ün ekspertləri çinli alimlərlə koronavirusun mənşəyini araşdıracaqlar.
Qeyd edək ki, bundan əvvəl Çin hakimiyyəti ölkədə mövcud qaydalara görə mütəxəssislərin 14 günlük karantində qalmalı olduğunu bəyan edib. Bu müddət ərzində ÜST-ün ekspertləri çinli alimlərlə videokonfrans formatında məsləhətləşmələr aparacaqlar.
|
||
|
||
ÜST-ün, ekspertləri, Uhan, şəhərindədir, |
|