301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
04 Oktyabr 2014 - Şənbə 22:24 1246 nəfər oxuyub
 
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Xeyr, əvvəla Putinin reytinqi şişirdilir. İkincisi, Almaniyada vəziyyət bir qədər fərqliydi. Yəqudilər və intilektuallar istisna olmaqla, alman cəmiyyətinin 90 faizi Hiteri sevirdi.
MÜSAHİBƏ Xəbəri
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”

 

Son aylar Qərbin Rusiyaya yönəltdiyi sanksiyalar Şimal qonşumuzu Qafqaza, xüsusilə Azərbaycana daha da meylləndirib. Rus diplomatlarının, hakimiyyət nümayəndələrinin ölkəyə səfəri intensivləşib. Bəs belə bir durumda Azərbaycanı hansı problemlər gözləyir? Ümumiyyətlə, dünyada baş verənlər Rusiyanın mövqeyinə təsir edəcəkmi? Hadisələrin yaratdığı bu və digər suallara politoloq Vəfa Quluzadə ilə söhbətimizdə cavab tapmağa çalışdıq.


-    Vəfa müəllim, hazırda sanki Üçüncü Dünya Savaşı gedir, Suriyada koalisiya qoşunlarının İŞID-la döyüşləri, Ukraynada Rusiyanın dəstək verdiyi separatçılar. Baş verənləri üçüncü dünya savaşı adlandırmaq olarmı?
-    Rusiya prezidenti Putinin keçmiş müşaviri, məşhur politoloq İllarionov bunu “Üçüncü Dünya Müharibəsi” yox, “Dördüncü Dünya Müharibəsi” adlandırıb. O, bildirib ki, Üçüncü Dünya Müharibəsi “soyuq müharibə” idi, Rusiya, Sovet İttifaqı “soyuq müharibə”ni uduzdu, ona görə də çökdü. Putin hakimiyyətə gələndən sonra Rusiya yenidən böyük dövlət iddialarını nümayiş etdirir və keçmiş SSRİ-ni bərpa etməyə çalışır. Bu mənada İllarionov indiki vəziyyəti Dördüncü Dünya Müharibəsi kimi təsvir edir. Mən də onun rəyi ilə tamamilə razıyam. 
-    Amma sizin bəzi həmkarlarınız Rusiyanın son hərəkətlərinin dünyanı “soyuq müharibə” dövrünə qaytardığını düşünür. Siz bu fikri doğru hesab etmirsiniz?
-    “Soyuq müharibə”nin ən pis fəsadı ondan ibarətdir ki, həmişə gözlənilməz surətdə qaynar müharibəyə keçə bilər. Ona görə “soyuq müharibə” artıq başlayıb, ikinci “soyuq müharibə”, amma nə vaxt qaynar müharibəyə keçəcək, ümumiyyətlə, keçəcəkmi, bunlar məlum deyil. Məsələ ondan ibarətdir ki, bir çox məqamlar indi aydın olur. Konkret olaraq, Rusiya ilə ABŞ arasında Ukrayna uğrunda mübarizə elə Sovet İttifaqı çökəndən sonra başladı. O zaman Amerika xeyli irəli getdi, Ukrayna müstəqil dövlət oldu, MDB çərçivəsində fövqəl strukturların yaradılmasına imkan vermədi və nəhayət, bizim müstəqilliyimizə xeyli kömək etdi. Bu prosesdə Kiyev Qərblə əlaqələri xeyli inkişaf etdirdi, eyni zamanda, Avropaya lazım olan müqavilələr imzaladı. Həmin müqavilələri Rusiya da imzaladı. Məsələn, Ukraynada nüvə silahı vardı, bu silah təhvil verildi, lakin Rusiya və Amerika ilə birgə bu ölkənin ərazi bütövlüyünə təminat verildi. Həm də Krımın Ukraynanın tərkibində olmasına təminat verildi. Bu, Qərbin böyük uğuru idi. Ondan sonra Qərb Yuşşenkoya hakimiyyətə gəlməyə kömək etdi, Yanukoviç məğlub oldu. Yuşşenko hakimiyyətdən gedəndən sonra Putinin uğuru oldu ki, Yanukoviç hakimiyyətə qayıtdı. Amma Yanukoviç də hakimiyyətdə sona qədər qala bilmədi, yeni Meydan Hərəkatı başladı, Qərbyönümlü qüvvələr hakimiyyətə gəldi. Rusiya görəndə ki, Avropa ilə sülh yoluyla mübarizə mümkün deyil, ondan silaha əl atdı. 

-    O zaman “soyuq müharibə”nin qaynar müstəviyə keçdiyini söyləyə bilmərikmi?

-    Keçib, amma qlobal yox, lokal səviyyədə. Və lokal səviyyədə məlum olub ki, Rusiyanın bu müharibəni uzun müddətdə davam etdirmək imkanları yoxdur. Qərb isə iqtisadi sanksiyalarla Rusiyanı çökdürəcək. Baxın, rublun məzənnəsi artıq uçuruma gedir, neftin qiyməti enir. Rusiya da heç nə istehsal etmir, neft və qazdan başqa. Bu ölkənin dünya bazarında rəqabət göstərə biləcək malı yoxdur, yalnız enerji məhsulları istisna olmaqla. Artıq Qərb bu məhsullardan da imtina etmək qərarına gəlib. Ona görə yaxın gələcəkdə başqa məhsullara keçiləcək. O cümlədən, ABŞ neftin istehsalını artırıb, bu vaxta qədər isə dondurmuşdu. Bu gedişatda Rusiya büdcəsini itirəcək. Ona görə mediada bir çox siyasi dairələrdən belə fikirlər səslənir ki, Putin hakimiyyətdən gedəcək. 
-    Beləliklə, bu əminlik möhkəmləndi ki, Rusiyanı yalnız iqtisadi müharibədə çökdürmək olar, nəinki döyüş meydanında?
-    Bəli, Rusiyayla qaynar müharibə etmək ehtiyacı yoxdur. Amma Rusiya çox əl-qol atmasın deyə, NATO artıq Şərqi Avropada öz qüvvələrini artırır, bu da Moskvanın Şərqi Ukraynaya təcavüzündən sonra oldu. Putin nəyə nail oldu? NATO toparlandı və Avropa ilə Amerika yenidən sıx əməkdaşlığa başladı. Çünki iki qitə arasında ziddiyyətlər yaranmışdı, Putin də bunlardan məharətlə istifadə edirdi. Putinin ümidi ona idi ki, Avropa Amerikaya qoşulmayacaq, Rusiyayla iqtisadi əməkdaşlığı davam etdirəcək və Kreml də regionda istədiklərini həyata keçirəcək. Bəs istəkləri nədir? Birinci, Xəzər hövzəsinə nəzarət etmək, keçmiş sovet respublikalarını yenidən öz nəzarəti altına almaq, nəhayət, Ukraynanın Şərqini işğal edib Dnestryanıyla birləşdirmək. Putinin olduqca aqressiv planları vardı və ümid edirdi ki, bu planları həyata keçirə biləcək. Amma o, düşünmürdü ki, aqressiv planları laxlamış Avropa Birliyi-Amerika əməkdaşlığını yenidən toparlayacaq. 
-    Ancaq Rusiyada Putinin reytinqi artır, bu vəziyyət ötən əsrin 30-cu illərdıki Almaniyasını xatırlatmırmı? Yəni o zaman alman xalqının yaşadığını bu gün ruslar yaşamırmı?
-    Xeyr, əvvəla Putinin reytinqi şişirdilir. İkincisi, Almaniyada vəziyyət bir qədər fərqliydi. Yəqudilər və intilektuallar istisna olmaqla, alman cəmiyyətinin 90 faizi Hiteri sevirdi. Hətta müharibədən sonra da sevirdi. Sonradan hər şey aşkarlanandan sonra vəziyyət dəyişdi. Almaniya bu gün utanır ki, Hitler kimi nadanı yüksək səviyyəli alman xalqı necə sevib? Rusiyada isə vəziyyət başqadır. 140 milyonluq ölkənin 40 milyonu rus deyil, deməli, onlar Putini dəstəkləmir. 100 milyondan 20 milyonu xroniki alkoqolikdir, bunu özlərinin statistikası göstərir. 80 milyona gəldikdə, Putin Krımı işğal edəndə aşağı təbəqə “urra” qışqırdı ki, irəli gedirlər. Halbuki, savad səviyyələri aşağıdır. Bunlar başa düşmədilər ki, irəli yox, tənəzzülə gedirlər. Ona görə rus xalqının ayılma prosesi gedir, çünki Putinin qələbəsi Rusiyaya nə iqtisadi inkişaf, nə maddi irəliləyiş, nə də insanlara yüksək rifah gətirir. Əksinə, pensiyaçıların pensiyası artıq büdcəyə getdi, ondan sonra neft dollarlarının hesabına “Ana kapitalı” düzəltmişdilər, bunu iqtisadiyyatın inkişafı nəticəsində qursaydı, indi vəziyyət yaranmazdı. Deməli, “Ana kapitalı” da getdi, bu isə aşağı təbəqəyə hesablanmışdı, yuxarı təbəqəyə bunlar lazım deyildi, çünki hamısı milyarderdir. Bu gedişat xalqın sosial-iqtisadi durumunu bərbad hala salacaq. Məncə, Putin sonda deyəcək ki, günahkar Amerikadır. Yəni Avropa Birliyiylə ABŞ sanksiyalar tətbiq edir, ona görə xalqı bu günə düşüb. Əksinə, deməyəcək ki, ölkəni müflis etmişdi, bundan qaçmaq üçün müharibəni başladı və məqsəd diqqəti başqa yerə yönəltmək idi. Bütün hallarda Putinin gücü olsaydı, gedib Vaşinqtonu da tutardı. Amma güc yoxdur. Halbuki, Kiyevi iki həftəyə işğal edəcəyini gizlətmirdi, bəs niyə ilhaq etmir?! 

-    Obrazlı desək, Ukraynada başı əzilən Putin Qafqaza istiqamətlənə bilərmi? O mənada ki, bugünlərdə Gürcüstanın sabiq prezidenti Saakaşvili Rusiyanın Azərbaycana hücum edəcəyini xatırladıb...
-    Əgər Putin Ukraynada həqiqətən də qələbə qazana bilsəydi, növbədə biz idik. Artıq jirinovskilər  “Qafqaza hücum” deyə qışqırırdılar, ondan sonra Həştərxanda Rusiyanın silahlı qüvvəsi modernləşdirilib və yenidən silahlandırılıb. Bu mənada gəlib Xəzəryanı dövlətlər işğal olunmalıydı. Amma bunlar olmayacaq, çünki Rusiya Ukraynada  artıq məğlubiyyətə düçar olub. Bu məğlubiyyət dərinləşir, Kreml geri çəkilir. Baxın, xarici işlər naziri Lavrov bağırır ki, sanksiyalara baxmayaraq Avropa və Amerikayla əməkdaşlıq etmək istəyirlər, nəinki təcriddə qalmaq. Yaxşı, təcriddə qalmaq istəmirsiniz, qoşunlarınızı Ukraynadan çıxardın, Krımı da tərk edin. Bunu edə bilmirlərsə, o zaman ölkədə yeni meydan yaranacaq və “niyə bizim başımıza bu oyunları açdın” deyə sual edəcəklər. Bu gün Rusiya üçün irəli getmək mümkün deyil, geri çəkilmək də o cümlədən. Yerindəcə donmaqdır.
-    Siz Jirinovskinin adını xatırlatdınız, onu vaxtilə “təlxək” adlandıran hakimiyyət dəvət etmişdi, bu səfərə ehtiyac vardımı?
-    Mənim Jirinovskiyə münasibətim birmənalıdır. Hesab edirəm ki, onun Azərbaycana səfəri Rusiyaya heç bir xeyir gətirməyəcək. Yəqin Rusiya o qədər çətin durumdadır ki, Jirinovski kimi adamı Bakıya göndərir, güman edir ki, o, Bakı ilə Moskvanı yaxınlaşdıra biləcək. Bu missiya ona tapşırılası deyildi. Ümumiyyətlə, Rusiyanın son illər siyasəti elədir ki, bu ölkədə Azərbaycana göndəriləsi dövlət xadimi yoxdur, yəni Bakını özünə cəlb etmək üçün. Hamısı Azərbaycana qarşı aqressiv olub. 

-    Bugünlərdə də Matvienko gəlib, son səfərlərdə məqsəd nədir, Azərbaycanı öz tərəfinə çəkmək, yoxsa...?
-    Ötən əsrin 90-cı illərində də çox gəlirdilər. Xatırlayıram ki, Rusiya Dövlət Dumasının nümayəndə heyəti gəlmişdi, sədr Seleznyov Heydər Əliyevin yanına gəlmişdi. Nə olsun?! Bilirsinizmi, dilə tutmaqla siyasət keçirilmir, siyasət iqtisadi və milli maraqlar əsasında baş tutur. Azərbaycanın isə iqtisadi və milli maraqları Şimalla yox, Qərblədir. Bu, faktdır.
-    Amma baş nazirin birinci müavini Yaqub Eyyubov Rusiyaya heç bir sanksiyanın təsir etməyəcəyini bildirərək, Kremllə münasibətlərimizi heç kimin poza bilməyəcəyinə işarə vurmuşdu...
-    Bir daha deyirəm, sözlə heç bir şey etmək mümkün deyil. Onun deməsi ilə Rusiyayla əlaqələr güclənməyəcək. Jirinovskinin də dedikləriylə də heç nə olmayacaq. Baş verənlər real siyasət və iqtisadiyyatdır.  Real siyasət odur ki, bizim çökən dövlətlə nə işimiz var?! İndi qışqırırlar ki, sanksiyalar bizi daha da birləşdirdi, bəs Qarabağın və 7 rayonun işğalı bizi necə birləşdirdi? Yaxud Ermənistana 1 milyardlıq silah verməsi, üstü açılandan sonra da rəsmi müqavilə bağlayıb onları silahlandırması Azərbaycanla birliyi necə gücləndirdi? Bunların hamısı olub və heç kim də unutmayıb. Amma müxtəlif vəziyyətlərlə əlaqədar frazeologiya dəyişir. Əvvəl biz Jirinovskini “təlxək” adlandırırdıq, indi deyirik ki, “nə gözəl adamdır”, çünki bizi tərifləyir. 
-    Son vaxtlar Rusiya politoloqları Azərbaycana mesaj olaraq Amerikanın dostlarını yarı yolda qoyduğunu bildirirlər, bu fikirlər çox tez-tez səslənir. Məqsəd nədir?
-    Bunlar hamısı boş söhbətlərdir. Amerikanın dostları kimdir? Fransa, Almaniya, bütün demokratik ölkələr. ABŞ da onların heç birini yarı yolda qoymayıb. Amerikanın dostları NATO-ya daxil olan Baltikyanı respublikalardır, onları da yarı yolda qoymayıb. Ukrayna isə Amerikanın dostu uğrunda mübarizə aparır, Vaşinqton Kiyevi yarı yolda qoymayıb. Gürcüstan da NATO və ABŞ-la birləşmək üçün mübarizə aparır. Amerika onları da yolda qoymayıb. Onlar Rusiyanın təcavüzünə məruz qalıblar, amma Vaşinqton Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımayıb və tanımayacaq. 
-    Qaldı Azərbaycan və Ermənistan, bu gedişatda bu iki respublikanı hansı gələcək gözləyir?
-    Cənubi Qafqaz tamamilə Qərbin təsiri altında olan iqtisadi əməkdaşlıq zonası olacaq. Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir, lakin bir gün Kreml təcrid olunandan sonra münaqişə beynəlxalq hüquq əsasında həll ediləcək. Nəticədə Qafqazın 3 respublikası Qərbə inteqrasiya olunacaq. 

 
Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Vəfa, Quluzadə:, “Rusiya, Qarabağ, məsələsində, dirəniş, göstərib, maneçilik, törədir”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı