Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 11:43 81 nəfər oxuyub
 
Vəkillər Kollegiyasına yeni sədr seçildi
GÜNDƏM Xəbəri
Vəkillər Kollegiyasına yeni sədr seçildi

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.

 

Xeber365.com bildirir ki,  konfransda 116 nümayəndə iştirak edir.

 

Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.

 

Daha sonra VK Rəyasət Heyətinin üzvü Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

 

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.
 

 

Mənbə: Müəllif:
Vəkillər, Kollegiyasına, yeni, sədr, seçildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı