Xəbər haqqında
06 Noyabr 2017 - Bazar ertəsi 17:01 1944 nəfər oxuyub
 
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
MÜSAHİBƏ Xəbəri
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər

Son günlər Səudiyyə Ərəbistanında baş verən hadisələr dünya mediasının əsas gündəminə çevrilib. Belə ki, İslam krallığında  11 şahzadə və 4 nazirin həbsi ilə olaylar pik həddinə çatıb. Bundan başqa, içində şahzadənin də olduğu helikopterin qəzaya uğraması “Səudiyyə Ərəbistanında nə baş verir?” sualını ən aktual məsələyə çevirib.

 

Xeber365.com-un bu və digər suallarını Yaxın Şərq üzrə ekspert Aida Qəmbər cavablandırıb.


 

- Aida xanım, Səudiyyə Ərəbistanında son illərin ən böyük həbs dalğası baş verib. Sizcə, 11 şahzadə və 4 nazirin həbsinin kökündə, əslində, nə dayanır?


 

- Səudiyyə Ərəbistanında belə faktlar əvvəllər də olmuşdu. Sırf korrupsiya ilə bağlı olmasa da, klan içərisində narazılıqlar var idi. Hər dövlətin öz problemləri olur. Burda da korrupsiya ilə bağlı böyük problemlər var. Bu aysberqin görünən tərəfidir. Fakt ondan ibarətdir ki, yeni vəliəhdin təyin olunması ilə Səudiyyədə vəliəhd qanunu pozulub. Kral Salmanın yeni vəliəhd təyini qanunlardan kənara çıxdı. Buna görə də Böyük Səud nəslinin nümayəndələri olan şahzadələr yeni təyinatdan razı deyillər.


 

- Məlumdur ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında sıx siyasi və iqtisadi əlaqələr var.  Sizcə, həbslərdən sonra bu əlaqələrin aqibəti necə olacaq?


 

- Nazirlərin həbs olunması Səudiyyə-ABŞ münasibətlərinə elə də  təsir etməyəcək. Çünki Krallığın siyasi elitası Amerika ilə strateji mütəffiqdir. Məncə, köklü təsirlərdən söhbət gedə bilməz.


 

- Vəzifəyə yeni təyin olunmuş vəliəhdin son hadisələrdə rolu böyükdür. Onun “mülayim İslama keçid”lə bağlı açıqlaması sanki olayların başlanğıcı oldu. Sizcə, bundan sonrakı islahatlar ölkəni hara aparacaq?


 

- Səudiyyə Ərəbistanı çox konservativ ölkədir. Burda hər hansı qanunun dəyişdirilməsi böyük problemlərlə qarşılaşa bilir. Din xadimləri üçün bu qəbuledilməz məsələdir. Hazırda hakimiyyətdə olan klan anlayır ki, mövcud qanunlarla ölkəni inkişaf etdirmək olmayacaq. Ölkəni konservativ imicdə saxlamaq çox çətin olacaq. Onlar istər-istəməz bu islahatları bəyan etməli idilər.

 

- Bəs Krallıqda baş verən hadisələrin regiona təsiri necə olacaq?

 

- Bu problem hələ tamam çözülməyib. Ola bilər, ölkədə vəliəhdə sui-qəsdə qədər müəyyən addımlar atıla bilər. Hadisələrin gedişatını izləmək lazımdır. Yalnız bundan sonra hadisələrin regiona təsir edib-etməyəcəyi ilə bağlı açıqlama vermək olar.

 

Ayşəm Rüstəmova

 
Mənbə: Müəllif:
Vəliəhdə, sui-qəsd, belə, edilə, bilər, -, Aida, Qəmbər,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı