The document has moved here.
|
||
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2 823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb. Bu barədə nazirlikdən məlumat verilib. "Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda bildirilib. Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar. |
||
|
||
Vətən, müharibəsində, şəhid, olmuş, hərbi, qulluqçuların, yeni, siyahısı, |
|