301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
05 Oktyabr 2017 - Cümə axşamı 16:32 1239 nəfər oxuyub
 
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
Zahid Oruc
BAXIŞ Xəbəri
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc

NOYABRIN SUALI: AVROPAYA KİM GEDƏCƏK?

 

Dünən prezident İlham Əliyevin bağlı qapıları açaraq Avropa ilə münasibətlərin gerçək üzünü cəmiyyətə və regional oyunçulara göstərməsi mühüm hadisəydi. ”Şərq tərəfdaşlığı” sammiti qarşısında Birliyə daxil olan ölkələrin vahid mövqedən çıxış etdiyini göstərmək üçün Brüssel böyük nümayəndə heyətini Cənubi Qafqaza yola salıb. Görünür, bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin avroçinovnikləri qabaqlayaraq,bölgəyə səfər etməsi də yalnız Suriya böhranının başa çatması fonunda İŞİD virusuna qarşı mübarizənin zərurətini bütün qonşu dövlətlərə çatdırmaq məsələsi deyil. Putin Qafqaz ölkələrinin xarici təşəbbüslərə reaksiyasını yaxşı izləyir və Moskva üçün “qırmızı xətti”n haradan keçdiyini açıq dilə gətirir. Hər halda Yaxın Şərqdə və Donbasda mövcud olan hərbi gərginlik fonunda Kremlin strateqləri “üçüncü cəbhə”ni açmaqda maraqlı olmasalar da, vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz. Çünki Qərblə tam təcridolunmaya getmək istəməyən Putin yeni toqquşmaların məhz yaxın qonşuların ərazisində baş verəcəyini yaxşı bilir.

 

Sual olunur, vəziyyət 2013-cü ildən köklü şəkildə fərqlənirmi? Axı,Nazarov hökumətinin assosiativ sazişi imzalamayacağını bildirməsi ilə Ukraynanın soyuq müharibədən sonra beynəlxalq təhlükəsizlyin ən böyük problemlərindən birinə çevrilməsini də o vaxt heç kəs proqnozlaşdırmırdı.Yanukoviçin devrilməsi ilə sonuclanan inqilabının adını Avromaydan adlandırsalar da, əsl həqiqətdə Ukraynadakı hadisələr bir neçə dövlətin hərbi-siyasi toqquşmalarından başqa bir şey deyildi.

 

Görünür, Brüsseldə heç kəs Rusiya ordusunun belə çevik reaksiyasına hazır deyilmiş. Üstəlik,Qara dəniz hövzəsində strateji bölgə olan Krımın itirilməsi faktiki olaraq, Avropa Birliyinin qurduğu regional Marşal planının iflasa uğraması kimi qiymətləndirilə bilərdi.Hərbi cəhətdən NATO alyansının müharibəyə qoşulması qeyri real olduğundan separatizm virusu Ukraynanın içərilərinə doğru daha geniş bir şəkildə yayıldı və Qərbin postsovet məkanından özünə yeni seçdiyi müttəfiqlərin hamısını dəhşətli dərəcədə qorxutdu.

 

Gözləmək olardı ki, proses ümumən ləğv ediləcək. Hər halda Obamanın təşəbbüsü ilə Moskvanı beynəlxalq təcrid vəziyyətinə salınması cəhdləri istənilən nəticəni vermədi. Doğrudur,Rusiyanın hər il Krımı özünə inteqrasiyaya 5 milyard dollara yaxın xərc çəkməsi və Birləşmiş Ştatların tətbiq etdiyi iqtisadi-maliyyə sanskiyalarının vurduğu böyük miqyaslı ziyanın fonunda ərazisini genişləndirmək siyasəti ona baha başa gəlir. Lakin Qərbi Rusiya ilə qorxutmaq ssenarisi uğurlu olmadı.

 

Xatırlayırsınız, ünlü politoloq və sabiq müşavir Zbiqnev Bjezinskinin “Putinin tankları cəmi bir saata Riqaya və Tallinə girəcək,onda şimal Alyansı göstərməlidir ki,ərazilər ələ keçirmək çox təhlükəli oyundur” bəyənatı qoca qitənin əsas dövlətlərini Kiyevə əskəri qüvvə göndərməyə həvəsləndirmədi.Britaniya,Fransa,Macarsıtan və hətta münaqişədə hakimliyi rəsmən üzərinə götürmüş Almaniya belə Ukraynaya silah göndərməyəcəklərini bəyan etdilər.Ona görə də Avropa Birliyi yeni Tramp administrasiyasının irəliyə sürdüyü antiRusiya qanununu asanlıqla qəbul etmək fikrində deyil.Ən azı ona görə ki,əsas iqtisadi-siyasi strategiyanı müttəfiqlərinə diqtə edən xanım Merkel “Şimal axını-2” layihəsindən imtinanın onun hələ formalaşdıra bilmədiyi hökuməti üçün nələrə səbəb olacağını yaxşı bilir. Moskva-Berlin arasında son 4 ildə qırılmış əlaqələr on minlərlə iş yerinin və milyardlarla dolların itirilməsinə səbəb olub və böyük şirkətlər şimal bazarını itirmələri fonunda hakimiyyətə güclü təzyiq göstərirlər. Hələ üstəlik, ortada Brekzit faktı müövcuddur. O üzdən Merkel-Makron ittifaqı avrosentrizmə yeni nəfəs vermək və Britaniyanın neoliberalizmə vurduğu zərbələrdən yıxılmadıqlarını nümayiş etdirmək üçün Rusiyanın bir çox müttəfiqlərini ələ keçirməkdə qətiyyət göstərirlər.

 

Hərçənd,Yaxın Şərq cəbhəsində uğur qazanaraq, üstəlik, NATO üzvü olan Türkiyəni də öz tərəfində çəkməklə Putin Brüssel qarşısında öz mövqelərini daha da gücləndirməyə çalışır. Bununla belə,əsas diqqətlər Bakıya yönəlib.

 

Son aylar ərzində Azərbaycan hakimiyyətinin əleyhinə kompramat savaşı apararaq,onu sərt sanksiyalarla cəzalandıracağını bəyan edən Avropa qurumları indi fərqli üsluba və delikat leksikona üstünlük verməyə məcbur olublar.Avropa ailəsinə alınması istənilən bir dövlətin Cənubi Qafqazdakı çəkisi və onun malik olduğu təbii resurslar dəyişən dilin səbəbini anlamağa kömək edir. Əcəba,Bakı bütün riskləri göz önünə alaraq, noyabrda Brüssel toplantısına qatılacağını bəyan edir və irəli sürdüyü şərtlər də qəbuledilməs sayıla bilmir.

 

Doğrudur, İlham Əliyev güclü strateqdir və peşəkar diplomatdır. O, Krıma görə öz müqəddaratını təyin etmək hüququndan bəhs edilməyən bir sənəddə onun ölkəsi ilə bağlı fərqli bir konstatasiyaları, hüquqi difirambaları rədd edir,ərazi bütövlüyündə balans axtaranlara dəqi çərçivəni göstərir.Çox təbii və qanunauyğun davranışlardır. O deməkdir ki, şirkətləri və fiziki şəxsləri üçün qadağan olunmuş zona elan etdikləri Krım kimi Qarabağa da Avropa investisiyası qoyulmasın!

 

Növbəti mühüm bənd viza məsələsidir. Ərazi bütövlüyü təmin olunmamış iki ölkəni-Ukrayna və Gürcüstanı sıralarına qəbul etdikdən sonra Birlik açıq şəkildə göstərdi ki, Rusiyanın tərkibinə qatılmış əraziləri tanımır. Elə isə, prezidentin tələbi tamamilə yerinə düşür.Əgər vahid kriteriyalardan çıxış olunmasa onda sammit gələcək üçün heç bir təsirli addım ata bilməyəcək.

 

Ona görə də Bakıdan İrəvana yola düşən nümayəndələri çox ağır danışıqlar gözləyir. Onlar Sarkisyanın baş nazirliyə gedən yolda Yanukoviçin aqibəti ilə üzləşdirə bilərlər.

 

Ermənsitanda prezident İlham Əliyevin dünən ağardığı danışıqların ittiham və hədə atmosferindən uzaq olduğunu, əksinə Avropa Birliyinin Bakı üçün xeyli güzəştlər və siyasi imtiyazlar vəd etdiyini görüb maksimum dekonstruktiv mövqe tutmağa çalışacaqlar. İlk növbədə, militarizm ritorikasına son qoyması üçün Azərbaycana silah almağı qadağan etmək yönündə kampaniya artıq işə düşüb. Nə qədər absurd görünsə də, hərbi balansı qorumaq üçün xalqın ağır iqtisadi durumunda silahlanma yarışı Ermənistanı sosial cəhətdən çökdürür.

 

İkinci ehtimal, təhlükəsizliyin mühüm komponenti kimi Şimali Atlantik Alyansından hər hansı güzəştləri qoparmaq üçün qərbli diplomatları dilə tutacaqlar. Halbuki, Kremlin İrəvan üzrə kuratorları məhz bu gün erməni parlamentində yaradılması nəzərdə tutulan birgə hərbi qruplaşma haqqında qanununu ratifikasiyaya çıxarıblar. Bəli, nə az,nə çox,sərhəddini xarici əskərə tapşırmaq haqda müqavilə paraflanır. Təkbaşına öz təhlükəsizliyini qoruya bilməyən ölkə Brüsseldən yardım tələb edir ki, Gümrüdəki rus silahlarından onları qorusun! Hə,absurd teatrıdır!

 

Beləliklə, növbəti Maydan inqilabı qarşısında geopolitik toqquşmanın astanasındayıq. Ermənistan hakimiyyət tranzitini başa çatdırmağı bir ərəfədə, həmçinin arxasını Avrasiya Birilinə söykəyib ön cəbhədə Qərbin tərəfdaşı olmaq kimi amorf bir siyasətdə irəliləməyə can atır. Sarkisyana ssenarini harada pozmağın gərəkliliyini diqtə etsələr də, resurs çatışmazlığı üzündən Ermənistan hər iki tərəf üçün “Troya atı” rolunu oynaya bilmir.

 

Əvəzində Azərbaycan daha strateji plan quraraq bir tərəfdən düşmənlə savaşı Avropa Birliyinin gündəminə çıxarır, o biri yandan Rusiya ilə toqquşmadan yan keçərək Ukraynanın aqibətindən özünü qoruyur. Hərçənd ki, Moskvada bir sıra korrupsioner qüvvələr Qərblə Bakı arasında soyuqluğun bərqərar olmasında bilavasitə iştirak edirlər və Avropa Şurasının baş katibi ilə Nalbandyanın dünənki görüşü də hər halda cari məqsədlərdən irəli gəlmir.

 

Noyabr ayı Yanukoviçin üstünə təcəlla edib onun qara siluetinin kimin başı üzərindən sallandığını yaxın aylarda görəcəyik. 
Brüsseldən Kremlə kim zəng vuracaq və soruşacaq: hara getsin, it hürən tərəfə, yoxsa işıq gələn tərəfə?!

Mənbə: Müəllif:
Vəziyyətin, mürəkkəbliyini, heç, kəs, dana, bilməz, -, Zahid, Oruc,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı