The document has moved here.
|
||
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar... | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son günlər baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin və ondan bir qədər əvvəl general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun adının avtoxuliqanlıqda hallandırılması və onların hər ikisinin məsuliyyətə cəlb edilməsi bəzi yüksək vəzifəli şəxslərin yaxınlarının qanunlara hörmətlə yanaşmadığını ortaya çıxardı.
Xeber365.com vəzifəli şəxslərin yaxınlarının avtoxuliqanlıq etməsi ilə bağlı, eləcə də onların cərimələrdən yayınıb-yayınmadığını aydınlaşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) müraciət edib.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu hadisələrdən sonra vəzifəli şəxslər artıq qohumları üçün bizə müraciət etmirlər: “Qanunların icrasının sürətləndirildiyi bir dövrdə heç kim məsuliyyətdən yayına bilməz. Bəzi məsələlər ictimailəşdiyi üçün biz də həmin informasiyaları verməli oluruq. İctimailəşdirilməyən işlər olanda da biz qanunun tələblərinə uyğun olaraq hərəkət edirik. Hər kəs etdiyi xətaya görə cavab verməlidir. Artıq tanınmış şəxslər belə məsələlərə müdaxilə etmirlər. Ən azından, öz işlərini, vəzifələrini itirməkdən qorxurlar. Ona görə də heç bir vəzifəli şəxs xəta törədən yaxınına görə xahişə gəlmir”.
Prezident İlham Əliyevin məsələyə şəxsən müdaxilə etməsinə qədər vəzifəli şəxslərin yaxınlarının məsuliyyətdən qaçması faktları ilə bağlı sualımıza isə Vaqif Əsədovun cavabı belə oldu: “İndiyə qədər vəzifəli şəxslərin yaxınlarının törətdiyi xətalarla bağlı hansısa araşdırma aparılmayıb və hesabat təşkil olunmayıb. Lakin dediyim kimi, əgər kimsə xəta törədibsə, mütləq cəzalandırılıb. Eyni zamanda, qeyd etmək istərdim ki, Dövlət Yol Polisinin indiyə qədər məhz qanunu ali tutaraq həyata keçirdiyi tədbirlərin nəticəsi göz qabağındadır. Qəzaların sayı ilbəil azalır”.
Nicat Abdullayev |
||
|
||
Vaqif, Əsədov:, Artıq, vəzifəli, şəxslər, bizə, xahişə, gəlmirlər,, qorxurlar..., |
|